Eks-nazirlər indi nə işlə məşğuldur? - FOTO
Məlum olduğu kimi, aprelin 14-də Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamla Məcnun Məmmədov kənd təsərrüfatı naziri təyin edilib. O, 1991-ci ildən bəri bu vəzifəyə təyin olunan 8-ci kənd təsərrüfatı naziridir.
BiG.AZ xəbər verir ki, "Bizim.Media" sabiq kənd təsərrüfatı nazirlərinin hazırda harada olduğu və nə işlə məşğul olmalarını araşdırıb.
Müzamil Abdullayev
1991-1992-ci illərdə kənd təsərrüfatı və ərzaq məhsulları naziri Müzamil Abdullayev olub. 1993-1994-cü illərdə o, yenidən həmin vəzifədə çalışıb. 1941-ci il təvəllüdlü M.Abdullayev Azərbaycan Kommunist Partiyasının üzvü olub. Sabiq nazir kənd təsərrüfatı elmləri doktoru, Göygöl rayonunda yerləşən "Göygöl Şərab-2" fabrikinin təsisçisi olub. O, ötən ilin iyun ayında vəfat edib.
Tofiq Hüseynli
1993-cü ilin mart-may aylarında Tofiq Hüseynli (Qara Tofiq) nazir vəzifəsində olub. 1952-ci ildə Tovuz rayonunda anadan olan T.Hüseynli AXC hakimiyyətində kənd təsərrüfatı naziri olub. 1994-cu ildə isə qanunsuz silah gəzdirməkdə ittiham edilərək həbs olunub. Eks-nazir 2 il müddətinə azadlıqdan məhrum edilib. 1995-ci ildə azad edilib. Hazırda isə Qara Tofiq İsveçrədə yaşayır. Ailəlidir, 2 övladı var.
Rəhim Əşrəfov
Tofiq Hüseynlini nazir postunda Rəhim Əşrəfov əvəzləyib. O, 1993-cü ildən 1994-cü ilin fevral ayına qədər nazir səlahiyyətlərini icra edə bilib. Sabiq nazirin sonrakı fəaliyyəti ilə bağlı isə məlumat yoxdur.
İrşad Əliyev
İrşad Əliyev isə ardıcıl 3 dəfə 1994-1998, 1998-1999, 1999-2004-cü illərdə ümumilikdə 10 il nazir olub. O, 30 iyun 1944-cü il təvəllüdlüdür. 2005–2012-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, 2012–2014-cü illərdə isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Hazırda təqaüddədir.
İsmət Abbasov
İrşad Əliyevdən sonra İsmət Abbasov 2004-2013-cü illərdə nazir olub. Ardınca 2013-2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini olub. Həmin ilin aprelindən rəsmən təqaüdə göndərilib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. YAP-ın 2021-ci ilin martında keçirilən VII qurultayında İsmət Abasov Partiyanın rəhbər strukturlarından kənarda saxlanılıb.
Adı bir neçə dəfə qalmaqallı məqalələrlə gündəmə gəlib. Daha sonra eks-nazirin Böyük Britaniyada yaşayan oğlu, iş adamı Yunis Abbasovun Londonda bahalı mal-mülkə sahib olduğu iddia edilib. İsmət Abbasov hazırda Bakıda yaşayır, təqaüdçüdür. Tez-tez dəniz sahilində dincəldiyi bildirilir.
Heydər Əsədov
Heydər Əsədov isə 2013-2018-ci illərdə bu vəzifədə olub. 3 aprel 2019-cu ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib. Hazırda da həmin vəzifəni icra edir. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir. Vaxtilə nazir postunu itirərkən onun ciddi depressiya keçirdiyi söylənilir.
İnam Kərimov
İnam Kərimov 2018-2023-cü illərdə kənd təsərrüfatı naziri postunda çalışıb. 4 aprel 2023-cü il tarixindən etibarən isə Ali Məhkəmənin sədridir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1513 Tarix: 18 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDemokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?
ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə
05.11.2026 317 Ronaldo karyerasını başa vurdu
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i
05.11.2026 269 "ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
05.11.2026 309 Sumqayıtda aptekdən 35 min manat oğurlanıb
Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli
05.11.2026 218 Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
05.11.2026 250 Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu
Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra
05.11.2026 357 Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki
05.11.2026 168 Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
05.11.2026 243 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
05.11.2026 232