"Ermənistan vətəndaşları hələ də sülhə hazır deyillər" - Politoloq

"Ermənistan vətəndaşları hələ də sülhə hazır deyillər" - Politoloq"Azərbaycan əsəgərlərinin Ermənistan ərazisinə bilmədən keçib getmələri və heç bir düşmənçilik, ziyan vurmaq niyyətində olmadıqları halda, bu gün onların əsirlikdə saxlanılması beynəlxalq hüquq prinsiplərinə tamamilə ziddir".

Bu sözləri BiG.AZ-a açıqlamasında politoloq Aydın Quliyev deyib.

Politoloq qeyd edib ki, Ermənistanda Azərbaycan əsgərlərinə işgəncə də verilib:

"Bu əsgərlərin Ermənistana hər hansı bir ziyan vermək niyyətilə getmədikləri ortada olduğu halda, ermənilərin əsgərlərimizə qarşı vəhşiliyi insanlığa sığmayan və humanist prinspləri ilə bir araya gəlməyən bir davranışdır. Ona görə də, Ermənistanın bu hərəkəti beynəlxalq təşkilatlar tərəfindən qətiyyətlə qınanmalı və həmin əsgərlərin Azərbaycana qaytarılması üçün müvafiq tədbirlərin görülməsi üçün lazimi təyziqlər göstərilməlidir. Ermənistan əsgərlərimizə qarşı davranışı ilə bir daha göstərir ki, Azərbaycanla sülh içində yaşamaq niyyətində deyil".

Aydın Quliyev vurğulayıb ki, Ermənistanın məqsədi 44 günlük Vətən müharibəsindəki nəticələri aradan qaldırmaq üçün Azərbaycandan qisas almaqdır:

"Elə buna görə də Ermənistan sülh sazişi imzalamır. Əgər müharibədən sonra bu iki il müddətində Ermənistan sülh sazişini imzalamış olsaydı, o zaman azaraq ermənistanın ərazisinə keçmiş Azərbaycan əsgərlərinə qarşı vəhşilik törətməzdilər. Bu bir daha göstərir ki, Ermənistan məhz düşmənçilik niyyətini fürsət olduqca ortaya qoyur və buna görə də Azərbaycanla sülh sazişi imzalamır. Sülh sazişinin imzalanması uzandıqca bu cür hadisələrin təkrar olunma ehtimalı böyükdür. Ona görə də, vasitəçi olmaq istəyən beynəlxalq tərəflər Ermənistanı ciddi şəkildə qınamalı və məcbur etməlidirlər ki, ən qısa müddətdə Azərbaycan əsgərlərini təhvil versinlər. Bu əsgərlər Ermənistana qarşı hər hansı bir düşmənçilik niyyətində olmayıb, onun ərazisində hər hansı bir cinayyət törətməyib, bu ölkəyə qarşı maddi, mənəvi, tarixi, mədəni xatakterli hər hansı bir ziyan vurmayıblar. Sadəcə olaraq, təbii şəraitdə yola girərək Ermənistan ərazisinə daxil olublar".

Politoloqun sözlərinə görə, bu hadisə bir daha göstərir ki, Ermənistan vətəndaşları hələ də sülhə hazır deyillər:

"Çünki Azərbaycan əsgərləri saxlanılarkən onlara ilkin işgəncəni verənlər məhz sıravi ermənilər olub. Bu bir daha onu təsdiq edir ki, Ermənistanda nə hakimiyyət, nə də cəmiyyət sülhə hazır deyil. Azərbaycanla sülh içində yaşamaq istəmirlər. Azərbaycan Ermənistan revanşistləri tam bitənə və ortadan qalxana qədər özünün hərbi güclənmə siyasətini davam etdirməlidir.

Ən önəmlisi isə, biz ermənilərin bu cinayətlərinə görə beynəlxalq hüquq tribunalarına cəlb olunmasına çalışmalı, beynəlxalq təşkilatlarda bu cür qeyri-insani və qanunsuz davranışlara görə Ermənistan hakimiyyətinə lazımi sanksiyaların tətbiq olunması üçün addımlar atmalıyıq".

Mehriban Xəlilli


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 951   Tarix: 17 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyevdən həmkarına - Təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə

05.11.2026 258
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 380
.

Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"

05.11.2026 221
.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric

05.11.2026 255
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

05.11.2026 357
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq

Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, xəritələşmə işləri artıq yekunlaşıb. "Trend"ə istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun "Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasınd

05.11.2026 261
.

Fransada yeni iğtişaş hazırlığı: Ölkə boyunca insanlar ayağa qalxırlar

Fransada bütün ölkə boyunca yeni tətil dalğasına hazırlıq görülür. -ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib. Qeyd olunur ki, həmkarlar ittifaqlarının ümumxalq tətilinə çağırışı ilə yüz minlərlə insan küçələrə çıxa bilər. "Bütün Fransada yüz minlərlə insanın nümayiş

05.11.2026 187
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.