Ermənistan hərbçilərimizə böhtan atır - İrəvan cavab verməlidir!

Ermənistan hərbçilərimizə böhtan atır - İrəvan cavab verməlidir!Azərbaycan ordusunun Naxçıvanda itkin düşən hərbçisi Hüseyn Axundov və Aqşin Bəbirov Ermənistan tərəfindən saxlanılıb. Ermənilərə məxsus sosial şəbəkə hesablarında hərbçilərimizin fotoları və videosu yayılıb. Foto və videolardan aydın görünür ki, əsgər H.Axundov ermənilər tərəfindən amansız işgəncələrə məruz qalıb, qeyri-insani rəftarla üzləşib.

Yayılmış videogörüntlərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb. Rəsmi Bakı hadisə ilə əlaqədar sərt reaksiya verib, beynəlxalq təşkilatlara müraciət göndərib.

Bu gün isə Ermənistan Baş Prokurorluğu məlumat yayıb ki, azərbaycanlı hərbçilərlə bağlı cinayət işi açılıb, onlar həbs edilib.

İrəvanın hərbçilərimizə qarşı cinayət işi açması ilə bağlı rəsmi Bakı hansı addımları atmalıdır?

Mövzu ilə bağlı Modern.az-a danışan deputat Arzu Nağıyev qeyd edib ki, ermənilər əsir düşən əsgərimizə böhtan atıb.

"Əsir düşmüş əsgərlərimiz haqqında Ermənistan kütləvi informasiya vasitələrində müəyyən məlumatlar gedib. Əsas məqam ondan ibarətdir ki, ermənilər əsgərlərimizi diversant kimi göstərməyə çalışırlar. Eyni zamanda Zəngəzur mis-molibden zavodunun işçisinin ölümünü də guya bizim əsgərlərin törətməsi barəsində xəbərlər dərc olunur. Lakin rəsmi olaraq Ermənistanın güc strukturları da bu yalanı təsdiq etmir. Əsgərlərimiz həbs olunan vaxtı Beynəlxalq Qırmızı Xaç Komitəsi demək olar ki, hər hansı bir reaksiya vermədi. Onlar bizim əsgərə qarşı edilən qeyri-insani münasibəti işıqlandırıb, buna qarşı addımlar atmağa çağırmalıydı", - deyə parlamentari bildirib.

A.Nağıyev vurğulayıb ki, Azərbaycan hökuməti Ermənistan tərəfindən əsgərimizə qarşı törədilən vəhşiliyi bütün dünyaya çatdırır: "BQXK isə sadəcə açıqlama verərək məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Hətta əsgərlərimiz ilə görüş belə keçirilməyib. Yalnız onların ailələri ilə əlaqə saxlanılıb. Bununla bağlı Ermənistanda olan BQXK-nin sədri Zara Amatuni açıqlama vermişdi. Ən dəhşətlisi isə odur ki, ermənilər törətdikləri cinayətlərlə bağlı bir-birinə uyğun olmayan məlumatlar verirlər. Bununla bağlı Azərbaycanın ombudsmanı müvafiq bəyanatla çıxış edib. Eyni zamanda Xarici İşlər Nazirliyi Ermənistanın qeyri-humanist hərəkətləri ilə bağlı açıqlama verib. Azərbaycanın Baş Prokurorluğu tərəfindən əsgərimizin döyülməsi faktı ilə bağlı cinayət işi də açılıb. Xarici dövlətlərin müvafiq orqanlarına da ermənilərin törətdiyi vəhşiliklərlə bağlı məlumat verilib. Həmçinin, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında bayrağımıza qarşı törədilən vəhşiliyə qarşı da Baş Prokurorluq cinayət işi açıb. Cinayəti törədən Aram Nikolyanla bağlı müvafiq beynəlxalq strukturlara məlumatlar göndərilib. Ermənistanda ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb və sonradan sərbəst buraxılıb. Azərbaycan tərəfi bu hörmətsizliyə görə beynəlxaq səviyyədə cinayət işi qaldırıb və bunun təmin edilməsi üçün lazım olan addımları atır".

Deputat Nəsib Məhəməliyev isə söyləyib ki, Azərbaycan əsgərinin vəhşicəsinə kameralar qarşısında döyülməsi beynəlxalq qanunların pozulmasıdır.

"Bu, konkret olaraq 1949-cu ildə imzalanmış hərbi əsrilərlə rəftar haqqında Cenevrə konvensiyasına ziddir. Bununla bağlı beynəlxalq təşkilatlar səslərini çıxarmalı və hadisələrə münasibətlərini bildirməlidir. Biz də bu pozuntu ilə bağlı həmin təşkilatlara yenidən müraciət etməliyik. Ermənistan törətdiyi əmələ görə hüquqi məsuliyyət daşımalıdır. Təbii ki, bundan sonra məhkəmə prosesləri baş verə bilər. Ermənistan dövləti Azərbaycandan üzr istəməlidir. Həmçinin onlar beynəlxalq təşkilatların nümayəndələrinin əsgərlərimiz ilə görüşünü təşkil edib, öz ailələri ilə əlaqə yaratması üçün şərait yaratmalıdır", - o qeyd edib.

N.Məhəmliyev vurğulayıb ki, Ermənistan hökuməti və milləti bir daha göstərdi ki, onlar sülhün tərəfdarı deyillər: "Bu hadisə Ermənistanın, erməni millətinin əsl simasını göstərdi. Onlar bölgədə və iki ölkə arasında sülhün yaranmasının qarşısını almaq üçün əllərindən gələni etdiyini bir daha nümayiş etdirdi. Bundan əlavə olaraq İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Paşinyan, erməni siyasi elitasının və beynəlxalq nümayəndələrin gözü önündə Azərbaycan bayrağının yandırılması, zalda oturanların bunu yüksək səviyyədə alqışlamaqları və bu hərəkəti edən yaramazı tutduqdan sonra dərhal azad etmələri bütövlükdə erməni cəmiyyətinin xislətidir. Onların özlərini mədəni millət kimi sırımaqlarına rəğmən, bu etdikləri ermənilərin əsl üzüdür. Olanlar Ermənistan cəmiyyətində hələ də İslama, türklərə qarşı fobiyanın olduğunu göstərir. Beynəlxalq təşkilatlar son olanlarla bağlı Ermənistana təzyiq göstərməli və sanksiyalar tətbiq etməlidirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1317   Tarix: 17 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

05.11.2026 317
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 269
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 218
.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

05.11.2026 250
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

05.11.2026 357
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 168
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

05.11.2026 243
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 232
.