Mediasiya xidməti boşanmaların qarşısını ala bilir?
Azərbaycanda artıq iki ilə yaxındır ki, iqtisadi və ailədaxili mübahisələri məhkəmələrdən əvvəl mediatorlar həll edir.
Qeyd edək ki, 2019-cu il martın 29-da Mediasiya haqqında qanun qəbul edilib. Məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2021-ci ilin iyulun 1-dən qüvvəyə minib.
Mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həll yollarından biridir. Mediasiya haqqında qanunun qəbulu ilə ailə və məişət məsələlərində məhkəməyə müraciət edildikdə, onlardan mediator qəbulunda olub-olmamaları soruşulur. "Xeyr" cavabı verilərsə, məhkəmə həmin işə baxmır və tərəflərə mediasiya institutuna müraciət etmək təklif edilir. Yəni məhkəmə yalnız mediasiya prosesini keçmiş və ya mediasiya prosesində həllinə nail olunmayan məsələlərə baxacaq.
İki tərəf mediatorun köməyindən sonra razılığa gəlib sənəd imzalasa, bu hüquqi sənəd sayılacaq və məhkəməyə ehtiyac qalmayacaq.
Mediator vəkildən fərqli olaraq heç bir tərəfi təmsil etmir. Mediasiya sessiyalarında haqlı və ya haqsız tərəflər yoxdur və nəticədə heç kim uduzmur. Çünki əldə edilən barışıq sazişinin özü prosesin hər tərəfin məmnunluğu ilə nəticələndiyinin göstəricisidir.
Görəsən, mediasiya xidmətləri boşanmaların qarşısının alınmasında nə dərəcədə effektiv metoddur?
Bizim.media-ya açıqlamasında 9 saylı Mediasiya təşkilatının mediatoru İlkin İbrahimov bildirib ki, mediasiya xidməti boşanmaların qarşısının alınmasında effektiv metod olduğunu öz fəaliyyətilə göstərə bilib:
"Ölkədə bir neçə sahə var ki, məhkəməyə müraciət etməmişdən öncə mütləq mediasiya xidmətinə müraciət olunmalıdır. Bu sahələr ailə-məişət mübahisələri, əmək və kommersiya mübahisələrillə bağlı sahələrdir. Mediasiya xidmətində barışıq imkanları müzakirə olunur.
Zaman keçdikcə ailə, kommersiya və əmək mübahisələri sahəsində mediasiya xidmətinin daha çox xeyir verdiyinin şahidi olduq. Bunun da nəticəsində məhkəmələrin iş yükünün azaldığını da gördük. Prosesin inkişafı nəticəsində mediatorlarımız hazırda daha yaxşı təcrübə əldə ediblər. Ona görə də prosesdə ildən-ilə daha yaxşı nəticələr əldə olunur.
Mediasiya xidməti boşanma ilə bağlı qərar verə bilməz. Bu qərar müstəsna səlahiyyət olaraq məhkəmələrə verilib. Boşanma və uşaqların statusunun müəyyən olunması, eyni zamanda mülkiyyət kimi məsələlər məhkəmələrdə böyük problemlərə gətirib çıxarırdı. Amma indiki halda bu məsələ ilə bağlı məhkəmələrin iş yükü həddən artıq azalır. Çünki həmin yükü mediatorlar üzərilərinə götürür və əksər hallarda tərəflər arasında barışıqla bağlı razılığı gəlirlər.
Nəticədə işə mediatorların qarışması ilə ailə daxilində baş verən böyük mübahisələri aradan qaldırmaq mümkün olub.
Belə bir xidmətin yaradılması boşanmaların sayının azalmasına rəvac verib. Son iki ildə statistika olaraq boşanmaların sayında azalmalar müşahidə olunur. Bu ilin yanvarında keçən ilin analoji dövrü ilə müqayisədə boşananların sayı azalıb. Bu addım, həmçinin vətəndaşların həmin məsələ ilə bağlı daha da savadlanmalarına gətirib çıxarır".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1118 Tarix: 16 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15.09.2021 1181 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877 Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14.09.2021 364 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505