"LANDAU School"da NARAZILIQ: illik qiymətləri artırdı - 13 min AZN

"LANDAU School"da NARAZILIQ: illik qiymətləri artırdı - 13 min AZNBakıda "LANDAU School"da təhsil haqqının 2023-2024-ci təhsil ili üçün artırılması ciddi narazılığa səbəb olub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, valideynlər bu qərarla razılaşmayıb və məktəb rəhbərliyinə narazılıqlarını bildiriblər. Onlar qiymətlər endirilməyəcəyi halda övladlarını başqa məktəblərə aparacaqlarını deyiblər.

"LANDAU School"un İdarə Heyəti valideynlərin narazılığını başqa bir yolla həll etməyə çalışsa da, bu da onları qane etməyib. İdarə Heyəti tərəfindən qərar verilib ki, əvvəllər hər sinifdə 18 şagird təhsil alırdısa, onların sayı 20-21 nəfərə yüksəldilsin. Rəhbərlik şagird sayını artırmaqla təhsil haqqını müəyyən qədər aşağı salmağı planlaşdırır.

"LANDAU School"da NARAZILIQ: illik qiymətləri artırdı - 13 min AZNBundan başqa qərar verilib ki, 2024-2025-ci tədris ili üçün təhsil haqqı artımı olarsa, hazırkı şagirdlər üçün maksimum 500 AZN-ə qədər olacaq. Bu bənd müqavilənin əlavəsində də qeyd ediləcək.

Hazırkı təhsil ilində təhsil haqqları 1-4 siniflər üçün 7300 (hissəli ödəniş 7600 manat), 5-11 siniflər üçün 8800 (hissəli ödəniş 9200 manat) olub.

Dəyişikliklərdən sonra 2023-2024-cü tədris ili üçün birdəfəlik təhsil haqqı ödənişi aşağıdakı kimi təyin edilib:

1-4-cü siniflər 8,000 AZN (hissəli ödəniş olduqda 8,400 AZN)

5-7 siniflər 9,300 AZN (hissəli ödəniş olduqda 9,700 AZN)

8-9 siniflər 9,900 AZN (hissəli ödəniş olduqda 10,400 AZN)

10-11 siniflər 10,000 AZN (hissəli ödəniş olduqda 10,500 AZN)

10-11 siniflər xüsusi ixtisaslar üzrə 12,500 AZN (hissəli ödəniş olduqda 13,000 AZN)

"LANDAU School"da NARAZILIQ: illik qiymətləri artırdı - 13 min AZNValideynlər ən çox hissəli ödənişlərə üstünlük verdiyindən 1-4 siniflər üçün 1100 manat, 5-7-ci siniflər üçün 900 manat, 8-9 siniflər üçün 1100 manat, 10-11 siniflər üçün 1700-3100 manat arası qiymət artımı qeydə alınıb.

"LANDAU School" İdarə Heyəti təhsil haqqlarının artırılmasına səbəb kimi ölkədə baş verən qiymət artımını əsas gətirib.

Məsələ ilə bağlı "LANDAU School"un da mövqeyini dərc etməyə hazırıq.

"LANDAU School"da NARAZILIQ: illik qiymətləri artırdı - 13 min AZN


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3211   Tarix: 12 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

Gecikdirilmiş vergi ödənişləri ilə bağlı mühüm yenilik

Artıq ödənilmiş vergilərin gecikdirilərək qaytarılmasına görə gündəlik faiz 0.1%-dən 0.05%-ə endirilir, faizlərin hesablanması müddəti isə iki illə məhdudlaşdırılır. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunur ki, vergi ödəyicilərini

05.11.2026 202
.

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə

05.11.2026 238
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

05.11.2026 255
.

İntensiv yağış yağacaq

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

05.11.2026 323
.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 233
.

Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər

Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb

05.11.2026 142
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 178
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.