ARB-nin yayımı dayandırılacaq
Audiovizual Şuranın videoformatda iclası keçirilib.
BiG.AZ xəbər verir ki, bu barədə Şura məlumat yayıb.
İclasda qeyri-dəqiq reklam yayımı faktı ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Şuraya daxil olmuş məktub və həmin məktuba əsasən həyata keçirilmiş monitorinqin nəticələri müzakirə olunub.
Belə ki, 17 fevral 2023-cü il tarixində ARB televiziya redaksiyasının efirində nümayiş olunan teleticarət blokunun daxilində yayımlanan "Məhəmməd Əfəndiyev, Varikoz mərkəzi - Varikozdan lazer üsulu ilə azad olun" məzmunlu reklam materialında "Klinikamızda bütün xəstəliklərə çarə var" ifadəsinin işlədilməsi ilə qeyri-dəqiq reklama yol verilib.
Müzakirələrin yekunu olaraq Azərbaycan Respublikası Audiovizual Şurası "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsini, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq "ARB 24" Məhdud Məsuliyyətli Cəmiyyətinin "ARB" televiziya redaksiyasının proqramlarının yayımının 16 aprel 2023-cü il tarixdə saat 13.00-dan saat 16.00-dək 3 (üç) saatlıq dayandırılması ilə bağlı qərar qəbul edib.
Bu qərarla bağlı qanunvericiliyin tələbini pozmuş yayımçıya məlumat verilib, habelə digər yayımçılara da bu məsələdə diqqətli olmaları tövsiyə olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1670 Tarix: 12 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakının bu qəsəbəsində su olmayacaq
Bu gün Bakının Hövsan qəsəbəsinin bəzi ərazilərində su olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, magistral su xəttinin qəzalı hissəsinin təmir-bərpa işləri ilə bağlı Hövsan qəsəbəsinin bəzi ərazilərinə gün ərzind
03.08.2026 266 "48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi"
Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4
03.08.2026 287 Ekspert: Moskva artıq müharibəni öz ərazisində hiss edir
"Ukraynanın son dövrlərdə Rusiyanın dərinliklərinə, o cümlədən Moskva və digər iri şəhərlərə endirdiyi zərbələr müharibənin xarakterini əhəmiyyətli dərəcədə dəyişib. Əgər əvvəllər döyüşlər əsasən cəbhə xətti ilə məhdudlaşırdısa, indi Rusiya cəmiyyəti də müharibənin artıq təhlükəsiz hesab oluna
03.08.2026 229 Turistə şəkil çəkdirməyə kömək etdi: çoxdan itkin düşən qohumunu tapdı - İnanılmaz HEKAYƏ
Turistin adi foto çəkmək xahişi Çin sakini üçün gözlənilməz ailə kəşfinə çevrilib. Qısa söhbətdən sonra iki kişi 70 ildən çox əvvəl tarixi hadisələr səbəbindən bir-birindən ayrı düşmüş qohum olduqlarını anlayıb. xarici KİV-ə istinadən xəbər verir ki, iyulun əvvəlində Çen Çze işgüzar səfərlə Yunnan əyalətin
03.08.2026 225 Azərbaycanda qadın vətəndaşın 5100 manat pulunu mənimsəyib - İDDİA
Azərbaycanda qadın vətəndaşın 5100 manat pulunu mənimsəyib. Bunu -a müraciət edən Günel Məmmədova.(ad və soyad şərtidir -red) bildirib. Günel Məmmədova qeyd edib ki, Məmmədova Ləman Xaliq qızından 1 ildir ki, pulunu geri ala bilmir:. "İyul ayının 4-ü ona 35.77 qram qızıl vermişəm. Ləman Məmmədov
03.08.2026 262 Alla Puqaçova brendini itirdi
Rusiyanın Xalq artisti Alla Puqaçova uzun illər sahib olduğu "Baronessa fon Orbah" əmtəə nişanını itirib. Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, avqustun 2-də brendin qeydiyyat müddəti başa çatıb. Sənətçi 22 min rubl (təxminən 472 manat
03.08.2026 233 Üzən məzənnəyə keçid üçün Azərbaycan hazırdırmı?
"Azərbaycanda üzən məzənnəyə tam keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının quruluşu, neft-qaz gəlirlərindən asılılıq, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu sistemdə Mərkəzi Bank zəruri hallard
03.08.2026 240 Qəhvəni sirkə ilə qarışdırın: Mətbəx təmizliyində effektiv üsul
Son vaxtlar sosial şəbəkələrdə mətbəx səthlərini təmizləmək üçün istifadə olunan qeyri-adi üsul sürətlə populyarlaşır. İddialara görə, üyüdülmüş qəhvə ilə sirkənin qarışığı yağ ləkələrini, yanmış qida qalıqlarını və digər çirkləri effektiv şəkildə təmizləməyə kömək edir. Qayarinfo-nun Planeta nəşrin
03.08.2026 117 Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi
Elektron siqaretlər və onların komponentləri mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilib. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış
03.08.2026 216