"9-10 yaşlı qız uşaqlarını siğə adı altında zorlayırlarsa bu nə din, nə də mənəviyyatdır" - DEPUTAT
"44 günlük Vətən Müharibəsindən sonra İran iki istiqamətdə Azərbaycan gənclərinin beynini yumağa çalışdı. Narkotik və dinlə".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
O bildirib ki, insanları cəhalətə sürükləyən din dəllalları gənclərimizin beynini yumağa çalışırlar:
"Din təhsili almaq adı ilə bir çoxlarını da aparıb Qumda, Məşhəddə beyinlərini yuyub Azərbaycana geri göndərirlər. Bu gün həmin şəxslər gecə-gündüz məscidlərdə nağıllar danışaraq gənclərin beynini yumaqla məşğuldurlar. Düşünürəm ki, bu iki istiqamət Azərbaycan üçün böyük təhlükədir. Tarix boyu Mirzə Fətəli Axundov, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi,Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hacı Zeynalabdin Tağıyev kimi ziyalılar çalışıblar insanlarımız savadlansın, dünyaya inteqrasiya etsin və qadınlarımız isə təhsil alsın".
Deputat vurğulayıb ki, XXI əsrdə Orta əsrlərin feodal təfəkkürü ilə insanları aldatmaq mümkün deyil:
"Bu gün bar-bar bağıran bəzi kütbeyin mollalar və yaxud burada cinayət törədib İranda gizlənən mütrüblər deyir ki, hicabımıza, əmmamələrimizə təhdid var. İranda bütün şəhərlərdə gənclər mövcud rejimdən o qədər iyrəniblər ki, küçədə gedən mollaların əmmamələrini başlarından götürüb yerə tullayırlar. Əslində məsələ əmmamə deyil,onun altındakı zərərli, ziyanlı zehniyyətdən söhbət gedir. Budur onların iç üzü və siması. Bu gün həmin mollalar öz beyinlərindəri zərərli düşüncələrini başqa ölkələrə də ixrac etmək istəyirlər".
Deputat söyləyib ki, biz dünyəvi, tolerant və multikultural ölkəyik:
"Bizə nağıllar lazım deyil. İnsanlara dinin əsas məqsədini və məramını öyrətmək lazımdır kİ, cəmiyyətin mənəvi saflığını təmin edə biləsən. Bu gün din adı altında boğaz kəsillərsə, 9-10-11 yaşlı qız uşaqlarını siğə adı altında zorlayırlarsa bu nə din, nə də mənəviyyatdır. Xalqımız ayılmalı və işıqlı yolu seçməlidir. Görməlidir ki, coğrafiyada külli miqdarda təbii sərvətlərə malik olan İran acından ölür. Bu da həmin molla zehniyyətinin məhsuludur. Bu cür yaşayış da bizim xalqımıza lazım deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1376 Tarix: 12 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGüclü külək əsir
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22
05.11.2026 224 Gecikdirilmiş vergi ödənişləri ilə bağlı mühüm yenilik
Artıq ödənilmiş vergilərin gecikdirilərək qaytarılmasına görə gündəlik faiz 0.1%-dən 0.05%-ə endirilir, faizlərin hesablanması müddəti isə iki illə məhdudlaşdırılır. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunur ki, vergi ödəyicilərini
05.11.2026 202 iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?
Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə
05.11.2026 238 Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
05.11.2026 255 İntensiv yağış yağacaq
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
05.11.2026 323 Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul
Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə
05.11.2026 233 Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər
Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb
05.11.2026 142 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
05.11.2026 178 Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA
05.11.2026 206