"Kliniki ölüm keçirdim, ruhum bədənimdən çıxdı, o an gördüm ki..." - Xanım İsmayılqızı

"Kliniki ölüm keçirdim, ruhum bədənimdən çıxdı, o an gördüm ki..." - Xanım İsmayılqızıBu gün yaşadığımız həyat nəticəsində ruhumuzun mənəvi cəhətdən daha çox qidalanmasına ehtiyac duyuruq. Bəs ruh nədir? "Kaspi" qəzeti şairə, bəstəkar Xanım İsmayılqızı ilə bu ruh haqqında söhbətləşib.

- Çexov deyir, ruh qəribə şeydir. Harada olduğunu heç kim bilmir, amma necə ağrıdığını hamı hiss edir. Sizcə, ruh nədir, haradadır?

- Ruh Allahın nişanəsidir. Doğulan yox, göndəriləndir. Onun ağrısı da ağrıların ən zirvəsi və dözülməzidir. Ruh da Təkdir. Ruh bu dünyanda səninlə, o dünyanda sənsiz yaşayandır. Ruh həm burada, həm orada səni yaşadandır. Bizi ən son tərk edən də ruhumuzdur. Bütün orqanlar sırayla bizdən üz döndərər, ruh isə ən sonuncu gedəndir. Getsə belə, müqəddəsimizə qovuşan, yaradanına qayıdan, bizdən kimlərəsə xəbər aparıb-gətirən, yuxularda bizi sevdiklərimizlə görüşdürəndir. Hərdən mənə elə gəlir ki, ruhum beynimin içindədir, ürəyimdən boylanır, nəfəsimdədir, gözlərimə hopur, olmayanları olduğu kimi göstərə bilir, xəyala çəkir, xatirələrə aparır. Həm də ən etibarlı dostumdur. Bəlkə də bu halları çoxu yaşayır. Kimsə fərqinə varır, kim isə yox.

- Ruh halı nədir? Nədir onu dəyişdirən?

- Ruhun o qədər halı var ki... Məhz bu hallar bizim həyatımızın rənglərini ömrümüzə çəkir. Orqanizmimiz elə bir mexanizmdir ki, onun açarı ruhdadır. Vücudumuz ruhumuzdan qidalanır, havalanır, nəm çəkir və çiçəkləyir. Mənəviyyatımızdakı dəyişikliklər ruhumuzun işidir. Onu dəyişdirən ətrafdan gələn gözəgörünməz zərbələr, enerjidir. Hətta fəsillər də ruhumuzun öz fəslinə toxunur. Bədənin zədələnsə dərmanla sağaldarsan, çirklənsə yuyarsan təmizlənər, amma ruhu sağaltmaq və ya təmizləmək mümkün deyil.

- Deyirlər, cisim ölsə də, ruh ölmür, əbədiyaşardır. Amma bir ifadə də var, çox yorğun olanda (xüsusən də mənəvi yorğunluq) "ruhum ölüb" deyirlər.

- Biz insanlar uşaqlıqdan qocalığa kimi nədənsə küsürük, nəyəsə üsyan edirik. Bəzən bu üsyanlar qışqırıq, ağlamaq, çırpınmaq formasında olur və eşidilir. Ruh isə etirazını əlamətlərlə - həyata küskünlük, yorğunluq, üsyankarlıq, tənhalıq və s. ilə bildirir. Allah gözə görünmür, ruhumuz da gözəgörünməzdir. Ümumiyyətlə, gözə görünməyənlər görünənlərdən daha böyük, daha güclü, daha ilahidir. Hisslərimiz də eləcə. Bədənimizin digər orqanlarından fərqli olaraq ruhumuzun küsməyi bütün varlığımızı axsadır. Ağlı xəstələnən adama ruhi xəstə deyirlər. Poetik dildə desəm, ruhla cisim bədən deyilən mexanizmin atası ilə anası kimidir. Biri axsayanda, o biri yetimləşir.

- Ruhun insanın həyat yoluna, bəxtinə təsiri varmı?

- Əlbəttə, əsaslı təsiri var. "Alın yazımız necədirsə, bəxtimiz də odur" fikri bizim təsəllimiz, özümüzü başımıza gələnlərdən kənara çəkmək təşəbbüsü, cavabdehliyimizi azaltmaq vərdişidir. Ruha təmiz qida verməyəndə o da zəhərlənə bilir və tək bizi yox, həyatımızı, ailəmizi, ətrafımızı, gələcəyimizi zəhərləyir. Biz Allahın bəndəsi, ruhumuz da bizim Allahımızdı. Ruhumuzla Allaha yaxınlaşırıq. Bu qədər müqəddəsliyə sahib olduğumuzu unutmasaq ruhumuz da sevinər. "Sağlam bədəndə sağlam ruh olar" deyirik. Sağlam ruhla da bəxtə işıq düşür, ömür aydınlığa çıxa bilir. Cerri Çukerin çəkdiyi "Ruh" filmində olduğu kimi eyni hissləri yaşamışam və hiss etmişəm. Dünyasını dəyişən əzizimin o dünyadan mənə təsiri, işarələr göndərməsi, xəbərdarlıqları, təskinlik verməsi. Yəni bunlar var, mövcuddur.

- Yaradıcı adamların ruhu bir başqa olur, deyirlər. Siz necə fikirləşirsiniz?

- Yaradıcı adamların ruhunun görmə bucağı fərqlidir, hissiyyatları daha qabarıqdır. "Üçüncü göz" deyilən mistik anlayış var. Digərlərindən fərqli görənlərin, hiss edənlərin gözüdür bu. Hər şeyi daha çılpaqlığı, dərinliyi, aydınlığı ilə görüb, duyub həzm etmək, bu və ya digər formada onu üzə çıxarmaq, ifadə etmək. Ona görə də çoxluqda deyil, azlıqda olanların həm özünə, həm ətrafına, həm də cəmiyyətə təsiri başqadır. Salvador Dalinin həm özü, həm yaratdıqları ruh halının nələrə qadir olduğunun birbaşa nümunəsidir... 1980-ci ilin qış ayları idi. Evdə dəm qazından zəhərlənərək kliniki ölüm keçirmişdim və o anda gördüklərim ayılandan sonra məni heyrətə gətirmişdi. Ruhumun gördükləri ilə həqiqətdə olanlar eyni idi. Məni geri qaytarmaq üçün həyat yoldaşımın çabalarını, süni nəfəs verməsini, uşaqların necə ağladıqlarını, döşəmədə uzanıqlı vəziyyətdə qaldığımı kənardan görmüşdüm. Ruhum bədənimdən çıxsa da, bu mənzərəyə dözə bilməyib qayıtdı sanki. Özüm öz səsimə diksinmişdim. Ağlaya-ağlaya gözlərimi açmışdım. Amma bu qayıdışa çox sevinmişdim. Bir dəfə də belə hal olmuşdu. Yəni ruhum o dünyaya yol almışdı. Amma budəfəki fərqli idi. Dar tunellə, çox böyük sürətlə dibə doğru uçurdum. Qəfildən harasa dəyib dayandım, qarşımda cənnət görünüşündə bir mənzərə açıldı. Bütün bu hadisə bəlkə də bir saniyə və ya bir dəqiqədə baş vermişdi. Amma o qədər uzun görünmüşdü ki. Həkimlər üzümə sillə vuran zaman ayılıb, qayıtmağıma çox peşman olmuşdum.

- Şeirlərinizin, bəstələrinizin ruhunu canlarına necə üfürürsünüz? Hansı duyğular nota, sözə - ruha çevrilə bilir?

- Şeirlər də, nəğmələr də əslində elə ruh kimidirlər. Ruhun müxtəlif halı, nəfəsi və üzüdür. Ələ gəlmirlər, sözə, səsə gəlirlər. Sadəcə mən bir vasitəçiyəm, ötürücüyəm, çatdıranam. Hər şey bir anda baş verir, duyğulanıram, ruhlanıram və çevrilmə baş verir. Şeirlərim də, musiqilərim də ruh halımın şəklidir. O anda necə olursa, ondan doğulan da elə olur. O qədər sözə, nəğməyə çevrilmədən ölən hisslərim olur ki. Bu, izahedilməz bir prosesdir. Amma o dəqiqdir ki, ruhun yaratdığı beyindən və ürəkdən qopanlardan daha sehrli, möcüzəvidir.

- Yaradıcılığınızda ruhunuza xitablar, ruhun təsviri çoxdur.

- Elədir. Çünki mən ruh adamıyam. Yazdıqlarımla ruhumun üzünü, halını, rəngini, vəziyyətini çəkib göstərirəm. Ruhumun zülmətinə də dözürəm, işığında da yaşayıram. Ruhumuz bizim mayakımızdır. O hara, biz də ora.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1724   Tarix: 09 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.