Ərinin çayına zəhər qatan qadın cinayət başında yaxalanıb - Məhkəmədə gizli kamera görüntüləri
ABŞ-ın Kaliforniya ştatında yaşayan 46 yaşlı dermatoloq Yue "Emily" Yu ərini zəhərləməyə cəhddə ittiham edilib.
Musavat.com xəbər verir ki, "Orange County" prokurorluğundan verilən məlumata görə, qadın ərinin mətbəxə yerləşdirdiyi gizli kamera sayəsində cinayət başında yaxalanıb.
Qadının əri, rentgenoloq Cek Çen 2022-ci ilin aprelində xəstələnəndə həyat yoldaşından şübhələnməyə başlayıb.
"Mən limonadımda kimyəvi dad hiss etməyə başladım" deyən kişi həkimə gedib. Ona mədə xorası və yemək borusu iltihabı diaqnozu qoyulub. Xəstəliyinin içkisindəki qəribə dadla bağlı olub-olmadığını öyrənməyə çalışan kişi arvadının xəbəri olmadan mətbəxə gizli kameralar yerləşdirib. Kamera görüntüləri dəhşətli həqiqəti üzə çıxarıb. Arvadı kişinin içkilərinə kanalizasiya təmizləyən mayelər tökürmüş.
Arvadının ona hazırladığı çaydan nümunələr götürüb analiz etdirən kişi həyat yoldaşına qarşı cinayət işi qaldırıb. Daha sonra Yue avqustun 18-də həbs edilib.
Çen məhkəməyə təqdim etdiyi dəlillərlə 10 illik həyat yoldaşının onu 3 dəfə zəhərləməyə çalışdığını iddia edib.
11 və 18 iyul tarixli kadrlarda qadının ərinin içkisinə kimyəvi maddə qatdığı açıq-aydın görünür.
46 yaşlı dermatoloqun vəkili Skott Simmons cütlüyün boşanma prosesində olduğunu bildirərək ittihamları rədd edib. Vəkil onu da bildirib ki, qadın evdə qarışqa problemini həll etmək üçün "Drano" adlı kimyəvi maddədən istifadə edib.
Ailədaxili zorakılıqda ittiham olunan qadının ilk işinə aprelin 18-də baxılacaq. Məhkəmə ekspertizanın nəticələrindən sonra qadının günahkar olduğunu müəyyən edərsə, Yu 8 il həbs cəzası ala bilər. Cütlüyün iki övladının vəlayəti də məhkəmənin nəticəsinə görə müəyyənləşəcək.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1975 Tarix: 09 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO
Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi
12.09.2021 2549 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627