Öcal Oğuz: "Erməni vandalizmi bəşəriyyətin inkişafına zərbə vuran hərəkətdir"
"Şuşaya gələrkən yol boyu gördüklərim məni çox kədərləndirdi. Şəhərlər, kəndlər, memarlıq abidələri dağıdılıb. Belə bir vandalizm bəşəriyyətin inkişafına zərər verən hərəkətdir".
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyənin UNESCO üzrə Milli Komissiyasının rəhbəri Öcal Oğuz deyib.
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının Şuşa şəhərində keçirilən bağlanış mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran Ö.Oğuz vurğulayıb ki, Ermənistan uzun illər Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib, Azərbaycanın BMT səviyyəsində tanınan ərazi bütövlüyünü pozub və ermənilər 30 il işğal siyasəti həyata keçiriblər: "Ermənistanın Azərbaycana qarşı ərazi iddiları tamamilə əsassızdır. Azərbaycan uzun illər keçmiş Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etməyə çalışdı. Lakin bunun heç bir nəticəsi olmadı. Ona görə də Azərbaycan Ordusu və bütövlükdə xalq Prezident İlham Əliyevin liderliyi ilə 2020-ci ilin payızında torpaqlarının azadlığı uğrunda mübarizəyə başladı və zəfər qazandı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələyə böyük dəstək verdi. İkinci Qarabağ müharibəsi haqsızlığa, BMT-nin Nizamnaməsinə, qətnamələrinə əməl etməyən Ermənistanın işğalçılıq siyasətinə qarşı aparılan azadlıq və ədalət mübarizəsidir. İşğalçılara qarşı müharibə uğurla nəticələnib və sülhə xidmət edən addımdır".
Ö.Oğuz söyləyib ki, Azərbaycanın zəfəri BMT-nin Nizamnaməsinə və UNESCO-nun təməl prinsiplərinə uyğundur.
O, işğaldan azad olunan ərazilərə Böyük qayıdışın başlaması münasibətilə Azərbaycan xalqını təbrik edib.
Türkiyənin UNESCO üzrə Milli Komissiyasının rəhbəri bildirib ki, regionda tez bir zamanda sülhün və əmin-amanlığın təmin edilməsi vacibdir: "Hər bir dövlət öz ərazilərində xalqının rifahını yaxşılaşdırmaq üçün çalışmalıdır. Belə bir prosesin başlaması həm UNESCO-nun sülh istəyinə, həm də biz türklərin mədəni dəyərlərinə uyğundur. Təbii ki, sülh istəyiriksə müharibəyə də hazır olmalıyıq. Biz o qədər də aciz deyilik, hər zaman döyüşə hazırıq. Lakin bizim istəyimiz dünyada uzunmüddətli sülhün əldə olunması və bunun davam etməsidir. Şuşada 200 tarixi abidənin təhrif olunmasını pisləyirik, onlardan 10-a yaxınının bərpa edilməsini alqışlayırıq. İnanırıq ki, bu istiqamətdə görülən işlər mütəmadi şəkildə davam edəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 727 Tarix: 08 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA
"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər
12:12 93 Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd
11:38 134 Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir
Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı
11:20 146 Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun
11:17 139 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
12:12 86 Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"
ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl
10:38 157 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
11:32 126 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
05.11.2026 486 Ermənistan hökumətindən referendumla bağlı qərar
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya
11:15 142