İran MÜHARİBƏ "BOMBASINI" Zəngəzurda qurdu - İslam dünyasının DÜŞMƏNİ KİMDİR?

İran MÜHARİBƏ "BOMBASINI" Zəngəzurda qurdu - İslam dünyasının DÜŞMƏNİ KİMDİR?"Görünən odur ki, İran tərəfi gərginliyin azaldılmasına, eskalasiyanın aradan qaldırılmasına çalışmır. Tam tərsinə, bölgədə gərginliyi, xüsusilə də Azərbaycanla münasibətdə gərginliyi artırmağa çalışır".

Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, İran Azərbaycana qarşı təxribatlarını legitimləşdirmək istəyindədir:

"Adətən dövlətlər parlamentə hansısa bir siyasi fəaliyyəti legitimləşdirmək üçün müraciət edirlər. Məsələn, demokratik ölkələrdə bu, öncədən baş verib. Deyək ki, ABŞ-a hər hansı qanun layihəsi Konqresə təqdim olunur və yaxud Türkiyə, hətta Azərbaycanın özünün razılığı ilə belə Azərbaycan ərazisinə müşahidəçi göndərmək üçün Parlamentdə qərar qəbul etdirmişdi.

Hətta demokratik sistemlərin normal işləmədiyi ölkələrdə belə öz addımlarını legitimləşdirmək cəhdləri hiss olunur. Məsələn deyək ki, Rusiya sülhməramlılarının həmin dövrdəki vaxt azlığını nəzərə alaraq Qarabağa birbaşa göndərdi, amma onun üzərindən bir neçə müddət keçəndən sonra onu Dumada legitimləşdirdi.

İranın da hazırda bu addımı əslində Azərbaycana qarşı aqressiyanı, Azərbaycana qarşı düşmənçilik münasibəti, Azərbaycana qarşı törəyici təxriblatları legitimləşdirmək hədəfi daşıyır. Yəni parlamentdə açıq şəkildə Azərbaycanı İslam dövlətlərinin sırasından uzaqlaşdırılması, Azərbaycanın yenidən İslam dövlətləri sırasına qayıtmasının tələb edilməsi, Azərbaycanın "sionist rejim"dən uzaq durmasının tələb edilməsi və s., eyni zamanda Fələstində tökülən qanlara görə Azərbaycanın cavabdehlik daşımasını bildirmək, bütün bunlar hamısı birbaşa Azərbaycanın üzərinə məsuliyyət yükləməkdir. Gələcəkdə bu parlamentin qəbul etdiyi qətnamənin fərqli şəkildə Azərbaycan əleyhinə istifadəsini görürük.

İranın burada iddiları yerində deyil, əsassız iddialar irəli sürür. İsraillə münasibət qurmaq necə və hansı şəkildə İslam əməkdaşlıq Təşkilatına və müsəlman dünyasına qarşı çıxış ola bilər?! Elə həmin müsəlman dünyasının üzvləri olan Türkiyənin və Misirin İsraildə səfirlikləri var. Deyək, Ərəb ölkələri pandemiya dövründə "İbrahim akkordları" vasitəsilə Səudiyyə Ərəbistanı, BƏƏ olsun, Bəhreyn, Küveyt və s. açıq və yaxud gizli şəkildə səfirliklər, nümayəndəliklər açdılar, ən azından diplomatik münasibətləri bərpa etdilər və yaxud gizli də olsa tərəflər arasında görüşlər keçirilməyə başladı.

Artıq bir çox ölkələrin, məsələn Ərəb dünyasının əsas siyasi lideri olan Səudiyyə Ərəbistanının, Ərəb dünyasının beyni, texnoloji lideri sayılan Birləşmiş Ərəb Əmirlikləri, eyni zamanda ərəb dünyasının ən böyük ordusuna malik olan Yəməndə də husilərə qarşı əməliyyatlarda istər aviasiya kimi, istər əsgər kimi iştirak edən Misir öz təhlükəsizlik arxitekturasını belə İsraillə müəyyənləşdirir, İsraillə birlikdə həyata keçirir.
Ətraflı

Belə olan halda necə Azərbaycanın İsraildə nümayəndəlik açmasını Böyük İslam Dünyasına dümənçilik kimi qiymətləndirmək olar?

Hətta Türkiyə belə öz səfirini İsrailə qaytardı. Amma tam əksinə, İran Qafanda konsulluq açmaqla Azərbaycana qarşı düşməncəsinə addım atdı. Çünki sırf Qafandakı konsulluq Azərbaycanla sərhəddin bir neçə km-də Azərbaycana mesaj idi ki, Azərbaycan Zəngəzurla bağlı hər hansı bir addım atarsa, bu, irana Azərbaycanla müharibə etmək lüzumu verir.

Yəni əslində Qafandakı konsulluq səbəb yaradırdı ki, Azərbaycan Zəngəzura nə vaxtsa daxil olsa, Qafandakı konsulluğa hücumu bəhanə gətirib, İran Azərbaycana qarşı müharibə elan etsin. Həmin ərəfədə də yenə Azərbaycan və Naxçıvan MR sərhədlərində dəfələrlə hərbi təlimlər oldu.

İran bu məsələdə heç bir ədalət prinsipi gözləmədi. Yəni iran demədi ki, "mən Qafanda konsulluq açıram, bunun əvəzində də Azərbaycana təklif edirəm ki, Təbrizdə konsulluq açsın. Paralellik, ədalət prinsiplərini gözləyirəm və Azərbaycana təklif edirəm ki, Urmudamı, Həmədandamı, Zəncandamı, Qəavindəmi, Ərdəbildəmi, hansısa bir şəhərdə yeni bir konsulluq açsın".

İran bunların heç birini etmədi. İran Qafanda konsulluq açdı, Azərbaycana gözdağı verməyə çalışdı. Ancaq Azərbaycan İsrail məsələsində yenə də ədalət gözlədi: Azərbaycan İsraildə səfirlik açdı, eyni vaxtda Fələstində nümayəndəlik açdı. Azərbaycan XİN başçısı İsrailə səfər etdi, getdi Təl-Əvivdə səfirlik binasının açılışını etdi, daha sonra getdi Fələstində Ramallahda nümayəndəliyin açılışında çıxış etdi və fələstinli həmkarı ilə görüşdü.

Baxıram, Fələstin rəhbərliyi orada bizim nümayəndəliyə yer ayırmaqdan çox da razı görünür. XİN rəhbəri Ceyhun Bayramovu necə qarşıladılar, gülər üzlə bütün səfər boyu ona qarşı ehtiram ifadə etdilər. Yaxşı, bu məsələdə Fələstin razıdırsa, etiraz etmirsə, Fələstin Azərbaycanla münasibətləri normal saxlayırsa, burada İrana nə düşüb ki, İran Fələstin adından Azərbaycanı ittiham edir. Gülünc mənzərə yaranır.

Bu, əslində tamamilə İranın Azərbaycana qarşı əlində real bir dəlilin, faktın olmadığını, məhz buna görə də Parlament səviyyəsində Azərbaycana qarşı hər hansı bir yeni iddianı legitimləşdirməyə çalşdığını göstərir".

Qeyd edək ki, ️İran İslam Əməkdaşlıq Təşkilatını (İƏT) fövqəladə iclas keçirməyə çağırıb. İran parlamenti İƏT-i və müsəlman dünyasını Azərbaycana qarşı çıxış etməyə səsləyib. Məsələnin artıq hansısa siyasətçilər tərəfindən deyil, parlament institutu tərəfindən qabardılması ciddi hadisədir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1018   Tarix: 08 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

12:12 93
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 134
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir

Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı

11:20 146
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 139
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 86
.

Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"

ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl

10:38 157
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 126
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 486
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 142
.