Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏR

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏRYeni "İnteraktiv Əlifba" tədris vəsaitinin Bakı məktəblərində tətbiqi artıq bir neçə ildir ki, davam edir.

Vəsaitin müəllifi, "Smart Technologies" şirkətinin direktoru Ülviyyə Əhmədova vəsait, unudulmuş bərpa edilən sözlər, yeni yaradılan sözlər haqqında BİG.AZ-a danışıb.

Onun sözlərinə görə, "İnteraktiv Əlifba" vəsaitində bir neçə məsələyə xüsusi diqqət yetirilmişdir:

""İnteraktiv Əlifba"da zəmin yaradılıb ki, uşaq əyləncəli oyun şəklində hazırlanmış tapşırıqlar üzərində çalışarkən müstəqil düşünməyi öyrənsin. Tapşırıqlar oxumağı öyrətməklə yanaşı, uşaqda müəyyən əqli qabiliyyətləri inkişaf etdirir. Üzərində işlədiyimiz digər məsələ - uşağa kiçik yaşlarından düşüncə bacarıqları ilə yanaşı, öz fikirlərini ana dilində sərbəst, aydın, səlis ifadə etməyi öyrətməkdir. Bu da başqa bir məsələnin həlli ilə - övladlarımızın söz ehtiyatının və bütövlükdə dilimizin söz xəzinəsinin zənginləşdirilməsi ilə şərtlənir.

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏRTədqiqat işləri nəticəsində sovet dövründə unudulmuş, daha doğrusu, unutdurulmuş azərbaycan sözləri yenidən bərpa edilib "İnteraktiv Əlifba"ya daxil olunmuşdur. Bundan əlavə, nitqimizdə istifadə olunan əcnəbi sözlər, azərbaycan dilinin sözqurma modellərinə uyğun olaraq milli mənşəli kökdən və sözdüzəldici şəkilçilərdən yaradılmış qarşılıqları ilə, yəni neologizmlərlə əvəz edilmişdir.

Elmin, texnologiyanın, beynəlxalq təşkilat və qurumların inkişaf etdiyi müasir dünyada xarici dillərdən bəhrələnməmək qeyri-mümkündür. Lakin alınma sözlərin dilə daxil edilməsi kortəbii, xaotik deyil, dilin öz qanunlarına uyğun olmalıdır. Eyni zamanda, bu proses bütün dillər üçün keçərli olan universal qaydalara cavab verməlidir. Bu qaydalara görə dildə hər hansı anlayışı lazımi qaydada ifadə etmək üçün linqvistik, məntiqi, psixoloji tələblərə cavab verən, milli mənşəli köklərdən törənmiş söz varsa, həmin sözün əcnəbi mənşəli qarşılığı dilə daxil edilməməli, mövcüd olan leksemə üstünlük verilməlidir.

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏRTəəssüf ki, sovet dövründə dilimizdə əsrlər boyu işlədilən yüzlərlə söz qısa müddətdə nitqimizdən çıxarıldı, lüğətlərdə "köhnəlmiş" qeydi ilə verilməyə başladı, əvəzində isə dilə böyük bir axınla daxil edilən yad kəlmələr işləndi. Nəticədə, iki-üç nəslin dəyişməsi yetərli idi ki, azərbaycan dilinin lüğət tərkibinin əhəmiyyətli bir hissəsi istifadəsiz qalıb unudulsun.

Xarici leksemlərdən danışarkən alınma sözlərlə barbarizmləri fərqləndirmək gərəkdir (termin yunanca barbarismos, latınca barbaris – "yad, əcnəbi" sözündən yaranıb). Əcnəbi sözün başqa dil sistemində sərbəst və təbii işlənə bilməsi üçün qəbul edən dilə uyğun dəyişib "yadlıq" xüsusiyyətlərini itirməli, eyniköklü sözlər yaradıb həmin dilin ömrünü yaşamalıdır. Alıcı dilin şəkilçiləri ilə yeni törəmə söz yaratmaq, eyniköklü sözlərin törəməsi üçün bünövrə olmaq qabiliyyəti alınma sözün mühüm göstəricisidir. Dildə yayılan, lakin dil sisteminə tabe olmayan yad kökənli sözlər isə çağdaş dilçilikdə barbarizm adlanır.

Dilçilik elminə əsasən, bu termin "xarici dildən götürülmüş və alıcı dil tərəfindən tam mənimsənilməyən (leksik, qrammatik, sintaktik uyğunsuzluğa görə), dil daşıyıcılarının şüurunda yad kimi qəbul edilən əcnəbi söz və ifadə"ni nəzərdə tutur, "barbarizmlər, alınma sözlərdən fərqli olaraq, ədəbi dilin leksik sisteminə daxil olmayan və onun saflığını pozan yad söz və ifadələrdir" (Rus dilinin izahlı lüğəti).

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏRBeləliklə, sovet dövründə dilin lüğət tərkibinə daxil edilən əksər rusizmlər dilçilik baxımından alınma sözlər sayıla bilməz. Yazılı və şifahı nitqimizdə geniş istifadəsinə, hətta lüğətlərdə qeyd edilməsinə baxmayaraq həmin leksemlər bir əsrlik dövr ərzində dilimiz tərəfindən mənimsənilməmiş, azərbaycan dil sistemində özgəlik əlamətlərini qoruyub saxlayan yad ünsürlər olaraq qalmışdır".

"İnteraktiv Əlifba"ya rus barbarizmlərin əvəzinə unudulmuş milli sözlərimiz bərpa olunaraq daxil edilmişdir. Unudulmuş sözlərdən danışarkən, ritorik olsa da, bir məntiqi sual ortaya çıxır: gündəlik nitqimizdə işlənən, ən adi məişət nəsnələrinin adlandırılmasında əcnəbi sözlərin istifadəsinə necə bəraət qazandırmaq olar? Bu hal hər hansı təbii səbəblərlə izah oluna bilərmi?

Bu sualı cavablandıran Ülviyyə Əhmədova bildirib ki, qədim dövrlərdən bəri dil daşıyıcılarını əhatə edən, gündəlik istifadələrində olan bir çox geyim, qab, məişət və s. nəsnələrin adları unudulmuşdur:

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏR"Məsələn, nitqdə "podnos" rus barbarizmi ilə əvəz edilən məcməyi sözünü xatırlamaq olar. Tarixə nəzər saldıqda görürük ki, xalqımızın gündəlik məişətdə istifadə etdiyi qabları belə sənətkarlar dəyərli materiallardan zövqlə hazırlayıb. Təəssüf ki, sovet rejimi bərqərar olduqdan sonra mis və gümüşlə işləyən, eləcə də bir çox başqa tətbiqi sənət növləri ilə məşğul olan sənətkarlar bir zümrə olaraq "ləğv edildi". Əvəzində fabriklərdə kütləvi istehsal olunan plastik "padnos"lar gəldi. Beləliklə, əsnafların əl işləri ilə birgə həmin nəsnələri ifadə edən sözlər də dilimizdən didərgin salındı.

Yaxın keçmişimizdə işlənilən mis qabların çeşidinin zənginliyini, onların müxtəlifliyini belə bir fakt təsdiq edir - təyinatından, zahiri görkəmindən asılı olaraq, dilimizdə yalnız su saxlamaq və daşımaq üçün nəzərdə tutulmuş iyirmiyə yaxın qab adı mövcuddur: səhəng, satıl, sərnic, şəhrəng, güyüm, sürahi, bardaq, dolça, küp, kuzə, badya, parç, qumquma, cürdək... Bütün bu zənginlik əvəzinə "qazanc"ımız "butulka" və "qrafinka" oldu.

Material və forma baxımından fərqli olsa da, mahiyyətinə və təyinatına görə məcməyi və ona bənzər müasir nəsnələrin milli sözlə adlandırılması daha məntiqli və məqsədəuyğundur.

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏRRus dili vasitəsi ilə dilimizə gələn butulka leksemi ingilis sözündən əmələ gəlib. Leksemin kökünü alınma "bottle" sözü təşkil edir. Gördüyümüz kimi, ingilis kökənli söz rus dilinin fonetika və qrammatikasına uyğunlaşdırılıb, rus şəkilçiləri ilə "təchiz" olunub. Amma azərbaycan dilində eyni hadisə baş verməyib: ruslaşdırılmış bu söz olduğu kimi, məna və qrammatika baxımından əhəmiyyət daşımayan rus şəkilçiləri ilə birlikdə dilimizə keçirilib. Yəni ingilis kökünə pərçimlənən rus sözünün leksik və qrammatik morfemləri kökdən kəsilməyib, azərbaycan dilindəki müvafiq qarşılıqları ilə əvəzlənməyib. Nəticədə bu "calaq" dilimizdə sözün bütöv kökünə çevrilib. Onun tərkibində, məna bildirən kök hissəsi ilə yanaşı, azərbaycan dili baxımından lazımsız ünsürlər var. Sözü cəm halında işlətdikdə tərkibindəki tək halın və azərbaycan dilinə yad, qadın cinsinin göstəricisi olan -a morfeminə -lar cəm şəkilçisini əlavə etməliyik. Nəticədə iki dilin fərqli say kateqoriyası sözdə öz əksini tapır. Razılaşın ki, bu cür mürəkkəb, üçdilli quruluş cəfəngiyatdır.

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏRHalbuki, izahlı lüğətimizdə, oxşar məna daşıyan cürdək sözü vardır: "maye saxlamaq üçün şüşədən və ya saxsıdan hazırlanmış dar boğazlı uzun qab". Qədim cürdəkdən fərqlənən müasir su qablarının görünüşü və materialı dəyişsə də, təyinat baxımından həmin anlayışın mahiyyətini əks etdirir. Həmçinin, etimologiyaya görə, bu söz tarixən "su qabı" mənasını daşıyıb: qədim türkcədən tərcümədə cür "su", dək "qab" deməkdir. Beləliklə, barbarizm sayılan "butulka" əvəzinə cürdək sözünün işlədilməsi daha məqsədəuyğundur.

Dilimizdə ayaqqabı və çəkmə sözləri ilə yanaşı, tufli rusizmi də işlənir. Haqsız yerə unudulmuş sözlərimiz sırasında türk xalqlarının qədim yazılı abidələrində rast gəlinən eyni məna daşıyan ədik sözünün dilimizdə bərpasını məqsədəuyğun hesab edirik. Ümumtürk yazılı tarixi mənbə olan Mahmud Qaşğarinin "Divani-lüğət-it-türk" əsərində (1073) bu anlayışın mənasını əks etdirən etük sözü qeyd edilir. Əsası islamdan əvvəlki dövrlərdə qoyulan "Kitabi-Dədə Qorqud" dastanında eyni mənada işlədilən ədik sözü yer alıb.

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏRMaraqlıdır ki, min ildən artıq bir müddət ərzində bu söz cüzi dəyişikliklərə məruz qalaraq öz əsas semantik mənasını qorumuş və geniş coğrafi yayılma arealında günümüzə qədər gəlib çatmışdır. Müəyyən fonetik dəyişikliklərə uğrayaraq (etük, etik, itək, idik, ötük, ətük, ədük, ədik) söz müasir özbək, qazax, qırğız, türkmən, uyğur, tatar, tuva dillərində, habelə türk dillərinin dialektlərində işlədilir. Söz təyinat, funksiya baxımından cüzi dəyişiklərlə əsas mənasını saxlamışdır: uzunboğaz ayaqqabı; ayağı topuqdan aşağı örtən ayaqqabı; vəhşi heyvanların dərisindən hazırlanmış ayaqqabı növü və s. Azərbaycan dilində çəkmə sözü "dizə qədər uzanan ayaqqabı növü"nün ("çəkmək" feilindən) müəyyən semantik xüsusuyyətini daşıdığına görə ədik sözü "ayağı topuqdan aşağı örtən ayaqqabı növü" mənasında bərpa edilərək "İnteraktiv Əlifba"ya daxil edilmişdir.

Oxşar səbəblərdən məişətə aid bir çox anlayışların adları nitqdən çıxaraq unudulub passiv lüğətə keçmişdir. Buraya məişətdə istifadə olunan sini, dövrə, bərni, sapılca, qəndil, qəndab, qumquma, qurşaq, ləpik kimi sözləri aid etmək olar.

Əvvəllər işlənən "sini" sözü istifadədən çıxaraq qismən yaşlı nəslin işləksiz söz ehtiyatında qalıb (yaxın keçmişimizdə plov uzun müddət soyumasın deyə sini misdən hazırlanırdı). Bənzər hal plovun qarasının süfrəyə gətirildiyi, orta dərinlikdə böyük qabı ifadə edən "dövrə" sözünə də aiddir – lüğətdə ümumişlək söz olaraq verildiyi halda nitqdə nadir hallarda səslənir.

"Piroq" sözünü çoxları rus sözü hesab etsələr də, əslində bu söz rus dilinə türk dillərindən keçib. Börək sözü əksər türk dillərində işlənib, həmçinin cüzi fonetik dəyişiklərlə (börek/börək/bäräk/burek/berek/piroh/pürək) bir çox çağdaş türk dillərində qorunub günümüzə qədər gəlib çatmışdır: tatar dilində "çeburek" formasında (çig "çiy ət" və bäräk, yəni "çiy ətli piroq" mənasında), türk, türkmən, krım-tatar, qaraqalpaq, çağatay, noqay, çuvaş dillərində, qazax dilinin dialektlərində. Azərbaycan dilində börək sözü bir qədər dəyişilərək şəkərbura, badambura (şirin içlikli börək, badam içlikli börək) kimi sözlərin tərkibində bura formasında qorunub saxlanılmışdır. Şəkər börək ifadəsi həmçinin Nizaminin əsərlərində qeyd olunur.

Börək sözündən törəmə börəkcik sözü morfoloji sözdüzəltmə üsulu ilə sözün kökünə -cik kiçiltmə şəkilçisi qoşmaqla yaranıb və "İnteraktiv Əlifba"ya daxil edilib (rus dilində də eyni sözdüzəltmə modeli ilə "piroq" sözündən törəmə "pirojok" sözü alınıb). Beləliklə, dil daşıyıcılarına nitqdə təhrif olunmuş "peraşki" barbarizmi əvəzinə börəkcik sözünü istifadə etmək tövsiyə edilir.

Əcnəbi sözlərin alınması qaçılmaz olsa da, bu proses kortəbii keçdikdə, müəyyən çərçivəni aşdıqda, dilin özümlülüyünə, özünəməxsusluğuna, vahidliyinə xələl gətirə bilir. Alınma sözlərin geniş yayılması dilə xas olan qrammatik quruluşa təhlükə törətməklə dilin daxili inkişaf qanunlarını poza bilər. Belə ki, alınma sözlərdən fərqli olaraq məhz daxili ehtiyatlar hesabına yaradılan sözlər hər bir dili zənginləşdirən, əsas lüğət fondunu qoruyub saxlayan, dilin mövcud qrammatik quruluşunun dəyişməzliyini təmin edən başlıca mənbədir.
Bu baxımdan, əcnəbi sözlər axını nə qədər böyük problemə çevrilsə də, Sovet və bütövlükdə müstəmləkəçilik dövrünün dilimizdə yaratdığı fəsadlar daha ağrılıdır. Azərbaycan dilinə məxsus milli sözlər süni şəkildə "köhnəldilib" işləksiz qalmaqla yanaşı, üstəlik dilin bilavasitə təyinatı olan sözdüzəldici funksiyası unuduldu, daxili imkanları sayəsində yeni söz yaratmaq qabiliyyəti "donduruldu".

Həmin dövrdə lüğət fondunun daxili resurslar hesabına zənginləşməsinin ən səmərəli üsullarından biri olan morfoloji üsulu, demək olar ki, tətbiq edilmədi. Bu, uzun sürən ağır xəstəlikdən yatağa düşən insanın tələbat olmadığından hərəkətsiz qalan əzələlərinin gücdən düşməsinə, iflic olmasına bənzəyir. Halbuki hər bir dilin yaşaması milli kök və şəkilçilərdən yararlanmaqla öz daxili imkanları hesabına yeni sözlər yaratması ilə mümkündür. Məhz bu universal qanun dilin bilavasitə vəzifəsidir, daim inkişafını təmin edən əsas şərtdir.

Sovet dövründə azərbaycan dilinin və eyni zaman kəsiyində müasir türk dilinin (Türkiyə türkçəsi) inkişafını müqayisə etdikdə, dilimizin vaxtında reallaşmamış imkanları əyani şəkildə üzə çıxır. Dilimiz digər bir şəraitdə, süni ideoloji çərçivələrlə məhdudlaşdırılmadan, təbii yolla inkişaf etsəydi, şübhəsiz ki, çağdaş türk dilində mövcud olan türk kökənli törəmə söz və ifadələrin əksəriyyətinin qarşılığı və yaxud da eynisi azərbaycan dilində də yaranıb lüğət tərkibinə bir neçə onilliklər əvvəl daxil ediləcəkdi. Hər iki dildə müxtəlif siyasi quruluş mühitində baş verən inkişaf prosesləri arasındakı fərq həmin dillərdə ən çox yayılmış sözlərdən yaranan törəmələri müqayisə etdikdə aydın şəkildə nəzərə çarpır.
Söz yaradıcılığının ən məhsuldar üsulu olan morfoloji üsuldan nə qədər səmərəli yararlanmasını hər iki dildə bir çox ümumişlək sözün özəyini təşkil edən ol, iş, et köklərindən yaranan eyniköklü törəmələrin təhlili göstərir. Örnəyən, çağdaş türk dilində həmin köklərə şəkilçi qoşmaqla yaranan bəzi söz və ifadələri sadalamaq olar: olay (hadisə, hal), olgu (fakt), oluş (ortaya çıxma, yaranma, əmələ gəlmə prosesi), oluşmaq (yaranmaq, əmələ gəlmək, meydana çıxmaq), olağan (adi, tez-tez təkrarlanan), olağanüstü (qeyri-adi, fövqəladə), olanaklı (mümkün), olanaksız (qeyri-mümkün), olguculuk (pozitivizm), olgucu (fəlsəfi termini qismində - pozitivist), etken (amil), etki (təsir, effekt, təəssürat), etkilemek (nəyəsə / kiməsə təsir göstərmək), etkileşim (qarşılıqlı təsir), etkili (təsirli, effektiv; səmərəli), etkin (etibarlı; fəal, mövcud, effektiv), edim (hərəkət; musiqi ifa tərzi; hüquqi termin qismində - ödəniş, kompensasiya), işlem (prosedur; əməliyyat; riyazi termin olaraq - əməllər - əsas hesablama üsulu), işleniş (işləyib hazırlama), işlev (funksiya; öhdəlik), işlemci (İKT termini olaraq - prosessor), işlenti (iş üsulu) və həmin sözlərin işləndiyi bəzi sabit ifadələr: oluruna bırakmak (öz axarına buraxmaq), etkin öğretim (effektiv /fəal tədris), işlem işareti (riyazi işarə).
Sadalanan sözlər dilçilikdə ən məhsuldar üsul – morfoloji törəmə ilə yaradılır. Dünya dillərində yeni sözlərin əksəriyyəti məhz bu yolla - ilkin söz kökünə şəkilçi qoşmaqla yaradılır. Buradan belə bir məntiqi nəticə çıxır: təbii inkişaf şəraiti olsaydı ötən müddət ərzində, şəksiz, azərbaycan dilində də eyni proseslər baş verəcəkdi. Şübhəsiz ki, eyni mənaların azərbaycan dilində ifadəsi üçün, adı çəkilən köklərdən türk kökənli sözlərin yaranması tamamilə təbiidir.

Belə ki, sadalanan sözlərin tərkib hissələri – istər kökü, istərsə də sözdüzəldici şəkilçiləri, demək olar ki, hər iki dildə eynidir. Bununla, dilimizdə yarana biləcək sözlərin də əksər hallarda türk sözləri ilə eyni olacağını güman edə bilərik. Bu isə tam məntiqlidir, çünki hər iki dil eyni mənbədən - qədim ümumtürk dilindən inkişaf edib. Beləliklə, hər iki dilin qrammatikası və fonetikasını ümumi cəhətlər birləşdirir, əsas leksik fond eyni kök və şəkilçilərdən yaranmış sözlərdən ibarətdir, sözdüzəldici modelləri də eynidir. Bu baxımdan, düşünürük ki, izafi zəhmətə qatlaşmadan türk dilindəki həmin sözləri bəzi fonetik və orfoqrafik dəyişikliklərlə artıq dilimizdə mövcud olan sözlərin sinonimi kimi işlədə bilərik.

Burada dilçi alim İlkin Əsgərin "Məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər" monoqrafiyasını qeyd etməmək qeyri-mümkündür. Tədqiqatçı müxtəlif nitq hissələrinin yaradılmasında az istifadə edilən yaxud ümumiyyətlə işlənməyən şəkilçiləri ətraflı təhlil edir.

Son onilliklər ərzində söz yaradıcılığının morfoloji üsulu insanların şüurundan elə əsaslı surətdə sıxışdırılıb çıxarıldı ki, artıq müasir dil daşıcılarının böyük qismi onu mənfi qəbul edir. Bütün dillərin söz varlığının zənginləşməsində böyük səmərəsi olan bu üsul o qədər yadırğanıb ki, cəmiyyətimizdə ona qarşı ögey, yad münasibət yaranıb. Görünür, bəzi insanlar dilimizin mövcud vəziyyəti ilə barışıb, bunu adi hal kimi qəbul edir və bu məsələdə dəyişiklik istəmirlər. Bu isə ürəkaçan vəziyyət deyil.

Biz unudulmuş sözlərimizi bərpa etməklə yanaşı, dilin "iflic olunmuş əzələ"lərini dirildərək hərəkətə gətirmək üçün, dilimizdə meydan sulayan "barbarizmlər" əvəzinə doğma köklərimizdən yaranan yeni sözləri – neologizmləri "İnteraktiv Əlifba"ya daxil etmişik.

Hər bir dilin özünəməxsus səs tərkibi və səs birləşmə normaları var. Məsələn, slavyan dillərində söz nq-, mb- kimi səs birləşmələri ilə başlaya bilməz, Afrikanın bir sıra dillərində isə bu adi haldır. Yaxud, erməni dilində bir leksemin tərkibində bir neçə samit yanaşı dura bilər, hətta bütöv bir söz saitsiz sırf beş samitdən ibarət ola bilər (ermənilərdə geniş yayılmış "Mkrtç" kişi adını xatırlamaq olar). Bir çox dillərdə isə bu cür hal qeyri-mümkündür.

Hər birimiz kiçik yaşdan etibarən ana dilinin fonetikasına, orfoepiyasına xas olan səs xüsusiyyətlərinə alışır, vərdiş edir, onu mənimsəyirik. Bir çox əcnəbi sözlər dilimizin fonetik qaydalarına, mövcud tələffüz normalarına uyğun olmadığına görə dil daşıyıcılarına tələffüzdə müəyyən çətinliklər yaradır. Qonşu samitlərin ardıcıllığı, müəyyən səslərin birləşməsi, sözün tərkibində ц, ё kimi səs və səs birləşmələri (aktyor, suflyor, pulemyot kimi yazılışda verilən leksemlər), bu kimi yad, tələffüzü dilə yatmayan mürəkkəb dil vahidləri nitq üçün uğursuz sayılır.

Məlumdur ki, sözün əvvəlində iki samitin yanaşı işlənməsi azərbaycan və bütövlükdə türk dillərinə yaddır. Bu cür sözlərin böyük əksəriyyəti dilimizə kənardan gələn əcnəbi sözlərdir. Məsələn, rus блины, блинчики sözləri (əksər hallarda danışıq dilində "blinçik" deyilir) dil daşıyıcılarının səs vərdişlərinə uyğun olmadığına görə, adətən, ilk samitlər arasına sait əlavə etməklə tələffüz olunur. Halbuki, səslənməsi çətin olan barbarizminin əvəzinə bu un məmulatını öz dilimizin imkanları vasitəsilə adlandırıb məsələni həll etmək olar. Nəticədə tələffüzdə çətinlik çəkərək həm öz dilimizi, həm də başqa dili təhrif etməyə ehtiyac qalmayacaq.

Mənaca mahiyyətinə görə, anlayışın ayırdedici özəlliyi duru xəmirin tava üzərində yayılmasıdır. Çoxmənalı yaymaq (yayılmaq) feili semantik baxımından bircins maddənin bərabər surətdə paylanma və yaxud yayılmasını əks etdirir. Bu semantik xüsusiyyət, məsələn, "yuxa" və "lavaş" sözlərinin sinonimi olan yoğrulub yayılan xəmir məmulatını bildirən yayma sözündə də (yay- kök morfemindən və -ma şəkilçisindən ibarətdir) aydın şəkildə görünür. Anlayışın semantikasını əsas götürməklə morfoloji üsulla yay- kökünə ma və c şəkilçilər qoşmaqla daha bir törəmə - "yaymac" sözü yaradılıb "İnteraktiv Əlifba"ya daxil edilmişdir.

Dilimizdə barbarizmlərin çoxu əslən rus mənşəli deyil. Onlar rus dilinə ingilis və digər avropa dillərindən alınıb. Bu növ sözlərin tərkibi əcnəbi sözün kökündən və rus dilinin qrammatik morfemlərindən ibarətdir. Bəzi barbarizmlər dil daşıyıcısı üçün daha məqbul formaya salınıb. Nəticədə bu barbarizmlər dilimizə uyğunlaşdırılmış alınma söz olaraq "İnteraktiv Əlifba"ya daxil edilmişdir. Məsələn, rus dili vasitəsilə nitqimizə gələn və geniş işlədilən"krosovka" sözünün tərkibində ingiliscə "kross" kökü və rus dilinin üç morfemi -ov, -k, -a mövcuddur. İngilis əsilli kök və rus qrammatik morfemlərdən ibarət bu qurama dilimizə kor-koranə keçərək sözün bütöv kökünə çevrilib. Tərkibi əsas mənanı ifadə edən kök, leksik morfem, cins və say göstəricili qrammatik şəkilçilərdən ibarət bu leksem cəm halında işləndikdə, sözə əlavə olaraq azərbaycan dilində çoxluq bildirən - lar şəkilçisi də qoşulur.

"Yüyürmək və gəzmək üçün idman ayaqqabısı" mənasını verən anlayışı dilimizdə ifadə etmək üçün söz yad şəkilçilərdən təmizlənərək semantik baxımdan nəsnənin təyinatını ("nəyəsə xidmət etmək") bildirən -luq şəkilçisi ilkin kökünə əlavə olundu. Beləliklə, söz "krosluq" şəklində "İnteraktiv Əlifba"ya daxil edildi (orfoqrafiya qaydalarına uyğun olaraq qoşa "s" bir hərflə yazılır).

İngilis mənşəli "boots" sözündən əmələ gələn rus şəkilçiləri ilə yüklənmiş "botinka" sözü də rus dilindən azərbaycan dilinə keçmişdir. Əslində, sözün tərkibindəki rus şəkilçiləri semantik məna daşımır, qrammatik baxımdan da yad morfemlərə ehtiyac yoxdur.Təəssüf ki, sözün bu formada işlədilməsi nəinki azərbaycan dilinə xələl gətirir, heç rus dilinə də fayda vermir. Bu mənada, sözü istər qrammatik, istərsə də məna baxımından lüzumsuz olan şəkilçilərdən təmizləmək zərurəti ortaya çıxdı. Nəticədə, sözün ilkin kökü həmin ünsürlərdən təmizlənib dilimizdə mövcud olan tələffüzə uyğun, yığcam "bot" şəklinə gətirildi. Bu, həm dilimizin qaydaları, həm də rahatlıq baxımından rus dilindəki variantdan daha məqbuldur.

Ümumiyyətlə dilçilikdə mövcud olan yazılmamış qaydaya görə hər hansı sözü vasitəçi dildən deyil, birbaşa mənşə dilindən alıcı dilə gətirmək daha məqbuldur. Çünki ilkin mənbə dildən gələn söz dolayı yolla çatan, vasitəçi dilin ünsürlərini qəbul edən ruslaşmış sözdən daha rahatdır. Bu halda söz "barbar" leksemi statusunda deyil, ana dilin normalarına uyğunlaşdırılaraq alınma söz kimi dildə yerini alır və nitqdə daha rəvan işlənir.

Ədəbi dilin zənginləşdirilməsində geniş tətbiq edilən üsullardan biri də dialekt sözlərin hesabına baş verir. Zamanla yenidən işləklik qazanan dialekt yaxud köhnəlmiş sözlər oxşar və ya təmamilə fərqli mənada, - məqbul səslənməsi əsas götürülərək dilin ümumişlək söz xəzinəsinə qaytarıla bilər. Bu halda söz mənasını qismən və ya tamamilə dəyişərək yaxın, yaxud tamamilə yeni, bambaşqa mənada işlənməyə başlayır. Məsələn, rus dilçisi Vladimir Dal bu üsulu geniş tətbiq etməklə XIX əsrin ortalarında tərtib etdiyi "Canlı rus dilinin izahlı lüğəti"ndə rus dilinin dialekt sözlərini ədəbi dilə daxil etməklə, o cümlədən "indiyədək qəbul edilmədiyi mənada" ümumişlək sözlər kimi işlədərək rus dilini kəskin şəkildə zənginləşdirmişdir.

Dilin daxili imkanlarından yararlanaraq təsviredici şəkildə söz birləşməsi ilə ifadə olunan "məktəbli çantası" anlayışının adı zahiri bənzətmə və oxşar təyinatına görə köhnəlmiş sayılan heybə (çiyinə geyilən kiçik xurcun) sözü ilə ifadə edildi. Həmçinin, dartınmaq üçün istifadə edilən idman avadanlığını adlandırmaq üçün atama dialekt sözü ümümişlək mənada "turnik" barbarizmi əvəzinə "İnteraktiv Əlifba"ya daxil edilib. Dilimizə rus dili vasitəsilə daxil olan alman mənşəli qalstuk sözünə (almanca Hals "boyun" və Tuc "yaylıq") qarşılıq yaratmaq üçün "yaxa" mənasında işlədilən önür dialekt sözü əsas götürülmüşdür. Önürlük sözü önür kök morfeminə -lük şəkilçisi artırmaqla yaradılmışdır (hərfi mənada "yaxa üçün nəzərdə tutulan" deməkdir).

Təbii ki, yeni sözlər kor-koranə, öz-özündən yarana bilməz. Dilçilikdə olan məntiq heç də riyaziyatdakından az deyil. Hər bir dildə yeni sözlərin, təriflərin yaranması müəyyən qaydalarla tənzimlənir. Dilin qrammatikası baxımından, yaradılan sözlər morfoloji tərkibinə görə şəffaf olmalıdır. Bu deməkdir ki, sözün kökündən tutmuş hər bir şəkilçisinədək bütün morfemləri dilin sözdüzəltmə qaydalarına uyğun gəlməlidir. Belə olduqda, sözün mənasının tam və dəqiq əks etməsini morfemlər təmin edir. Həmçinin, bu halda sözün kökünə qoşulan şəkilçilər yeni törəmə sözlərin yaranmasına maneələr törətmir. Əksinə, digər eyniköklü sözlərin əmələ gəlməsinə zəmin yaradır. Beləliklə, bu qayda ilə yaranmış sözlər gələcək dəyişiklərə açıq olur, bununla da dilin daim zənginləşməsini dəstəkləyir, təmin edir.

Bəzi sözlərin dilimizdə kök salmamasının səbəbi məhz bununla bağlıdır. Məsələn, "başıbəlalı" ipəzor sözü anlayışların adlandırılmasında əsas tələbə cavab vermədiyinə görə özünü doğrultmadı. Belə ki, söz nə mənaca, nə də morfoloji baxımından söz yaratma qaydalarına cavab vermir. Sözün tərkibində olan zor şəkilçisi dilimizdə mövcud deyil. Həmçinin, leksik baxımından, ip sözü anlayışın təməl özəlliyini, mahiyyətinə görə funksional təyinatını (başqa sözlə, nəyə xidmət etdiyini) əks etdirmir. Bu amilləri nəzərə alaraq "İnteraktiv Əlifba"ya mövcud dil qaydalarına daha uyğun, tut söz kökünə -ac şəkilçisi qoşmaqla əmələ gələn tutac sözü daxil edilib.

Bəzi anlayışların adı tək sözlə deyil, bəzən bir neçə sözlə ötürülən təsviredici ifadədən ibarətdir. Gündəlik nitqdə istifadə etdiyimiz rozetka, vıklüçatel, vilka (ştepsel) barbarizmlərini misal göstərmək olar.

Fransız kökənli rozetka sözü (fransızca rosette – kiçik qızılgül) rus dilində bir neçə mənaya malikdir. Bu mənalardan birinin azərbaycan dilində tam vahid sözdən ibarət qarşılığı var - memarlıq və zərgərlik işində istifadə edilən "xonça" termini (eyni ləçəklərə malik simmetrik çiçək şəklində yaradılmış naxış, bəzək, dekor). Daha çox yayılmış digər iki məna şifahi nitqdə rus barbarizmlə, yazıda isə təsviri söz birləşmələri ilə ifadə olunur. Adsız iki anlayışa dilimizdə ad vermək məqsədilə uyğun neologizmlərin yaradılması üçün aşağıdakı prinsiplər əsas götürülmüşdür: semantik (anlama görə) və morfoloji (qrammatikaya görə) şərtləndirmə, dilimizdə mövcud olan sözdüzəltmə modellərinə görə sözlərin formalaşması; lakoniklik; ahəng qanununa uyğunluq. Semantik (anlamsal) şərtləndirmə prinsipinə əsasən, söz yaratmaq üçün anlayışın (məfhumun) mənasını – məntiq dili ilə desək, onun mahiyyətini təşkil edən təməl özəlliyini və ya fərqləndirici, yəni digər anlayışlardan fərqləndirən əlamətini əks etdirən söz kökü əsas seçilməlidir. Lüğətə görə, rozetka sözünün bir mənası "mürəbbə, bal və s. üçün kiçik nəlbəki"dir. Həmin anlayışı azərbaycan dilində ifadə etmək üçün "mürəbbə" ərəbizmindən fərqli olaraq daha yığcam, türk mənşəli bal söz kökünə kiçiltmə mənasını daşıyan -ça sözdüzəltmə şəkilçisini qoşmaqla balça sözü yaradılmışdır.

Razetka barbarizmlə yaxud elektrik yuvası təsviredici söz birləşməsi ilə ifadə edilən ikinci anlayışın lüğəvi mənasına əsasən, bu, "elektrik cihazlarını şəbəkəyə birləşdirmək, qoşmaq üçün divara yerləşdirilən vasitə"dir. Bu nəsnənin "bəndləmək, ilişdirmək, birləşdirmək" başlıca təyinatını azərbaycan dilində qoşmaq feili ən dəqiq və lakonik şəkildə ifadə edir. Sözün əsas məna yükünü nəzərə alaraq qoş kökünə daha uyğun gələn -qac şəkilçisini artırmaqla qoşqac leksemi yaradılmışdır (tutqac və bu kimi sözlər modelinə görə).

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏR"Razetka" barbarizmlə adlandırılan məişət avadanlıqlarını elektrik şəbəkəsinə qoşmaq təyinatına xidmət edən nəsnə ilə yanaşı "vıklüçatel" kimi işlətdiyimiz digər nəsnə, əslində, bənzər funksiya daşıyır - işıqlandırma cihazlarını şəbəkəyə qoşur. Hər iki nəsnənin funksional məqsədi cihazları elektrik mənbəyinə qoşmaqdır. Anlayışı dilin daxili resurslarından faydalanaraq adlandırması üçün məfhumun mənaca mahiyyətini nəzərə alaraq bu halda da "qoş" söz kökü əsas seçildi. Burada da təməl təyinat qoşmaq feili ilə ifadə olunur, deməli, bu anlayışın mənasını qoş kökü əks etmiş olacaq. Mayiyyətcə oxşar cihazlara aid olsa belə, fərqli xüsusiyyətlərə malikdir. Təbii ki, bütün inkişaf etmiş dillərdə olduğu kimi, fərqli anlayışlar fərqli sözlərlə ifadə edilməlidir. Bu baxımdan, özünəməxsus semantik səciyyəyə malik anlayışları ifadə edən sözlərin şəkilçiləri də fərqli olmalıdır. Beləliklə, ikinci anlayışı ifadə etmək üçün qoş kökünə "-ar" şəkilçisi artırmaqla qoşar sözü (açmaq – açar modeli üzrə) yaradılaraq "İnteraktiv Əlifba"ya daxil edilib.

Nitqimizdə işlətdiyimiz elektrik vilka və ya elektrik açar kimi söz birləşmələrini öz dilimizdə lakonik vahid sözlə adlandırmaq üçün morfoloji sözdüzəltmə üsulu deyil, bütün dillərdə tətbiq edilən digər bir üsuldan istifadə olunmuşdur. Neologizm yeni leksik vahid yaratmaqla deyil, dildə mövcud olan sözə yeni, əlavə məna verməklə ərsəyə gəlmişdir.

Bildiyimiz kimi, çoxmənalı olan çatal sözünün əsas lüğəvi mənası "haça uclu" (iki ucu olan) deməkdir. Bu sözün isim olaraq mənası "süfrə başında qızartma yeməkləri sinidən nimçələrə çəkmək üçün istifadə edilən adi çəngəldən daha iri, iki uclu alət"dir. Beləliklə, analogiya (bənzətmə) yolu ilə zahiri oxşarlığı əsas götürülərək çatal sözünün mövcud mənalarına "cihazların elektrik şəbəkəsinə qoşulan iki uclu hissəsi" anlamı əlavə məna kimi artırılmışdır.

Təəssüf ki, azərbaycan dilində mövcud olan xeyli sayda sözyaratma morfemlərindən lazımınca istifadə edilmir. Dilimizdəki söz köklərinə dildə olan şəkilçilər artırmaqla mövcud sözdüzəltmə modellərin əsasında bir çox barbarizmlərin qarşılıqları yaradılaraq "İnteraktiv Əlifba"ya daxil edilmişdir.

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏRMəsələn, axaq ("su kranı" mənasında), açaq (konserv açan alət), bürünük ("böyük yun şal və ya örtük" mənasında, rus. плед), üzgü – ("üzgüçülükdə istifadə edilən, ayaqlara geyinilən nəsnə", rus. ласты), üzənək ("hovuzda, dənizdə və s. üzmək, çimmək üçün geyim növü", rus.купальник ) bağlaq ("üst-üstə yığılmış və ya birlikdə bağlanmış oxşar nəsnələrin yığını" – rus. пачка, стопка), hörünc ("başdan geyilən toxunma yun köynək, hörmək feilindən yaranıb, rus. свитер), hopmac (hopmaq feilindən yaranıb - rus. салфетка), silgər ("döşəməni silmək üçün alət" mənasında, rus. швабра sözünün qarşılığı), masadar (rus. официант sözünün qarşılığı), seyriyyə (rus. – достопримечательности), süslük (rus. брошка), bərkic (rus. кнопка) çənbərək (rus.ободок), ocaqdar (rus. камин) hesablayıcı (rus. калькулятор) doluq (rus. кошелек) döyməcə (rus.котлета) şorbac (rus. супник), yayca (rus. майка) sovurqu (rus.насос), 1939-cu ilin lüğətində yer almış üfürdək (rus. мыльный пузырь), rus barbarizmlə əvəzlənən unudulmuş dol sözümüz ("vedrə" – ведро qarşılığı), kürə - tərcüməsi dilimizdə olan, lakin uşaq əyləncəsi mənasında tərcümə edilmədən işlənilən şar sözünün əvəzinə - üfürük (rus. воздушный шар), uçurtma (fars cərpələng sözünün əvəzinə), kargah (bədnam sex sözünün əvəzinə, lüğətdə mövcud mənaya ikinci məna əlavə olunaraq ərsəyə gəlib, milli mənşəli olmasa da, hər halda səslənməsi daha məqbuldur – rus.цех ), biləklik (rus. манжет), yüklük (rus. багажник), bilgəc (rus. дорожный указатель), söykənc (rus.подоконник), çiləyən (rus.душ), çiləyici (пульверизатор sözünün qarşılığı - mayeni toz halında fışqırtmaq üçün cihaz) və s.

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏRİnkişaf etmiş dillərdə anlayışların adlandırılmasında mənanın dolğun ötürülməsi ilə bərabər onu ifadə edən adın yığcam olmasına riayət edilir. Ümumi qaydaya görə, dildə əks olunan anlayışlar iki və daha çox sözdən ibarət leksik vahidlərlə deyil, mənanı tam və aydın şəkildə açıqlayan tək sözlə ifadə edilməlidir. Beləliklə, izahedici ifadə əvəzinə yeni yaranmış vahid söz lüğətdə yer alaraq həm də dilin xəzinəsini artırır.
Məsələn, "uşaq oyunları üçün qumla doldurulmuş qutu" (rus. песочница) anlayışı türk dilində "qum hovuzu" (kum havuzu) söz birləşməsi ilə ifadə olunur. Bu anlayışı dilimizdə təsviri, izahedici şəkildə deyil, bir leksemlə ifadə etmək üçün, kök morfeminə iki şəkilçi qoşmaqla yaradılmış qumluqca sözü "İnteraktiv Əlifba"ya daxil edildi.

Azərbaycanda iqlim fərqli olduğuna, qış mülayim keçdiyinə görə, tarixən buz üstündə sürüşmə kimi əyləncələr olmayıb. Ən soyuq qışda belə, şaxta kifayət dərəcədə sərt olmadığından suyun səthində əmələ gələn buz qatı üzərində sürüşən insanın ağırlığına tab gətirəcək qədər möhkəm olmur. Bu səbəbdən, buz üstündə sürüşmək üçün ləvazimat, xüsusi bir nəsnə də olmayıb, təbii ki, müvafiq sözlər də yaranmayıb. Müasir dövrdə isə yeni texnologiyaların inkişafı ilə buz meydançalarının hazırlanması artıq iqlim və hava şəraitindən asılı deyil.

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏRDilimizdə məcburi işlətdiyimiz barbar sözlər əvəzinə öz sözlərimizi işlətmək yerinə düşərdi. Belə ki, dildə istifadə olunan "konki" barbarizmi və "buz meydançası" söz birləşməsi ilə ifadə olunan anlayışların adları üçün daha uyğun türk kökənli qarşılıqlar seçilmişdir. Mahmud Kaşğarinin lüğətinə istinadən, "sürüşmək" mənasını verən ümumtürk qayımaq (kayımak) sözü müasir azərbaycan dilində hal-hazırda işlədilməyən qay/kay tarixi kökündən əmələ gəlib. Maraqlıdır ki, feilin ilkin kökü öz məna yükünü itirsə də, həmin kökdən əmələ gələn törəmə sözlər qorunub saxlanaraq gündəlik nitqdə işlədilir. Bu mənada vaxtı ilə -qay kökündən törəyən qayıq və qaya kökdaş sözlərini xatırlamaq olar. Müasir azərbaycan dilində bu leksemlər morfoloji baxımdan bölünməz, bütöv olsa da, sözlərin bir vaxtlar müstəqil morfem olmuş tarixi kökünü asanlıqla ayırd etmək olar. Bu cür yüzlərlə düzəltmə sözlərin daxilində "ölü" köklərə çevrilmiş əski kök morfemlərlərimiz var ki, onları "dirildib" törəmə sözlər yaradaraq dilimizi inkişaf etdirmək olar.

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏREtimoloji mənşəyinə görə "qaya" sözü "sıldırımlı, sürüşkən dağ", "qayıq" sözü isə "su üzərində sürüşən nəqliyyat vasitəsi" semantikasına uyğundur. Müasir türk dilində kay kökündən törəmə sözlər geniş işlənir: kaymak ("sürüşmək") feili, kaygın ("sürüşkən") sifəti və s. Bu sözlərdən yaranan dili kaymak ("dilindən qaçırmaq" mənada), gözü kaymak ("qeyri-ixtiyari baxmaq") və s. kimi sabit ifadələr geniş istifadə olunur.

"Konki" anlayışının mənasını dilimizdə əks etdirmək üçün tarixi ümumtürk kökü əsasında qayar sözü (buz üzərində sürüşmə vasitəsi) yaranmışdır. Həmçinin "İnteraktiv Əlifba"ya "buz meydançası" mənasını verən qayaq sözü daxil edilib, bu söz qaqauz dilində də eyni mənada işlənir.

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏRKalka ("calque") sözü fransız dilindən tərcümədə "hər hansı təsvirin dəqiq surətini almaq üçün onun üzərinə qoyulan şəffaf kağız" deməkdir. Dilçilikdə işlədilən termin də bu mənadan irəli gəlir. Termin başqa dildən kortəbii tərcümə edilən, eynilə "üzü köçürülən" sözü dilə gətirməyi nəzərdə tutur. Kalka üsulu ilə dilə daxil edilən sözlərin çoxluğu doğma dildə yetərli qədər dil vasitələrinin olmamasından, yaxud dil daşıyıcılarının bu vasitələri tapmaq üçün lazımınca səy göstərməməsindən xəbər verir. Bu üsul dilin zənginləşməsinin rahat yolu olsa da, onun sağlam inkişafına mane olur. Mənası hərfi tərcümə ilə ötürülən əcnəbi sözün dilə gətirilməsi əksər hallarda həmin anlayışın mahiyyətini əks etdirmir. Anlayışın məna məzmununu ana dili vasitəsi ilə çatdırmaq üçün əcnəbi sözün "surətini çıxartmaq", tərcümədə daha bir "nüsxə" yaratmaq müəyyən mənada asan yolu seçmək deməkdir. Əcnəbi leksemin düşünülmədən, kor-koranə "kopyalanması" əvəzinə onun mənasının tam qarşılığını ifadə edən yeni sözün yaranması daha doğrudur. Əgər həmin anlamın formal tərcüməsindən uzaqlaşaraq mənanı dilimizdə mövcud vasitələrlə ifadə etməyə çalışsaq, nəticədə "kor-koranə" kalka əvəzinə dilimizdə hər zaman mövcüd olmuş söz təəssüratı bağışlayan yeni kəlmə yaranacaqdır.

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏRMəsələn, "besedka" barbarizmininə milli kökənli qarşılıq yaradılarkən "söhbət" kimi tərcümə olunan "beseda" sözünə əsaslanmaq ilk baxışdan cəlbedici görünür. Lakin düşündükdə, "besedka" deyilən sadə tikilinin əsas təyinatı ancaq söhbət deyil. Skamyadan fərqli olaraq bu divarsız, lakin damla örtülü kiçik tikili kölgə verir, insanı qızmar günəşin şüalarından qoruyaraq açıq havada kölgəlikdə oturmasına imkan yaradır. Belə ki, kalkaya yol vermədən, nəsnələrin zahiri görünüşü və ya başqa ikincidərəcəli cəhətləri deyil, daha önəmli olan təməl özəllikləri - funksional təyinatı əsas götürülərək kölgənək, paylac (tort dilimlərinin paylanması üçün kiçik alət - лопатка sözün qarşılığı), gəzingəc (uşaq arabası mənasında - коляска sözünün qarşılığı) sözləri yaradılıb. Digər tərəfdən, qeyd edilməlidir ki, bəzən kalkalama üsulu məqbul sayılaraq müəyyən sözləri yaratmaqda çıxış yolu ola bilər. Məsələn, "İnteraktiv Əlifba"da ayaqqabı növlərinin adları verilərkən qadın yay ayaqqabı növü bosonojka barbarizmini əvəzləmək məqsədi ilə vəsaitə yalınayaq sözü daxil edilmişdir.

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏRKalkalama geniş tətbiq edilən üsul olsa da, özünə qarşı ehtiyatlı münasibət tələb edir. Çox vaxt bu üsulla yaradılan söz özünü doğrultmur, məfhumun mahiyyətini lazımınca ifadə etmir. Məsələn, açıqca adı uğursuz kalka nümunələrindəndir – rusca "otkrıtka" sözünün hərfi tərcüməsidir.

Belə ki, təsviri göndərişlərin bir növü – daha dəqiq desək, hər hansı mərasimə dəvət etmək məqsədi daşıyan vərəqə üçün dilimizdə dəvətnamə adı mövcuddur. Anlayışın funksional təyinatını adında əks edən təbrikcə sözü isə təbrik çatdırmaq məqsədi daşıyan digər bir növ vərəqə üçün yaradılıb "İnteraktiv Əlifba"ya daxil edilmişdir.

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏRDiqqətəlayiq aktual məsələlərdən biri mənaca yaxın olan anlayışların fərqləndirilməsi, ayırd edilməsidir. Hər bir anlayışın məzmununu həmin anlayışla (və yalnız onunla) ifadə olunan ona xas olan, səciyyəvi, özgü cəhətlərin məcmusu təşkil edir. Məsələn, "ayaqlarla, oturacaqla, söykənəcəklə təchiz olunmuş, oturmaq üçün nəzərdə tutulan mebel növü" – stul anlayışının məzmunudur (dilimizdə oturğac sözü də işlədilib). Bu xüsusiyyətlər bir yerdə stulun quruluşu və təyinatına aiddir, həmin xüsusiyyətləri də yalnız və yalnız stul daşıyır. Stulun struktur hissələrindən birini – məsələn, söykənəcəyi yığışdırsaq, cisim artıq stul deyil, kətil olacaq. Beləliklə, anlayışın məzmunu da məfhuma uyğun dəyişəcək.

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏRMəsələn, bizdə kəmər, qayış, hətta qurşaq sözləri durarkən bəzən toqqa sözünü də lüzumsuz yerə "kəmər" mənasında işlədirik, halbuki toqqa kəmərin, qayışın bir hissəsidir. Məzmunca yaxın, lakin müxtəlif anlayışları ifadə edən sözlərin mənalarını bir-birindən fərqləndirərək anlayışların məzmun sərhədlərini ayırd etmək vacibdir. Məsələn, "hər şeylə, hətta ona aid olmayanla maraqlanan" mənasını ifadə etmək üçün maraqbaz (kəndirbaz, sehrbaz sözdüzəltmə qəlibi üzrə, burada -baz şəkilçisi "nəyəsə maraq, aludəçilik göstərən" mənanı ifadə edir); bilik həvəskarı üçün bilgikeş (azarkeş, zəhmətkeş kimi sözdüzəltmə qəlibi üzrə) kimi sözlər həmin anlayışları ifadə edərək onları dəqiq ifadə etməklə ayırd etməyə kömək edir.

Biz nitqdə yaxın, lakin mənaca müxtəlif anlayışları fərqləndirmədikdə nitqi və, nəticədə, dili kasadlaşdırırıq. Bundan əlavə, çox vaxt bu hal anlayış çaşqınlığına da gətirib çıxarır. Tədris ədəbiyyatında bəzi bədii əsərlərin adları yanlış tərcümə ilə verilir. İ.Krılovun "Cırcırama və qarışqa" təmsilini, "Turpun nağılı"nı buna misal göstərmək olar. Rus xalq nağılının adı azərbaycan dilində "turp" adı ilə ifadə edilsə də, nağılda sözügedən tərəvəzi turp deyil, şalğam adlandırmaq daha düzgün olardı. Anlayış çaşqınlığını heyvanların adlarında da müşahidə edirik, məsələn: cırcırama və iynəcə, çəyirtkə və şala, dələ və sincab kimi canlıların adları qarışdırılır.

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏRTədqiqat nəticəsində passiv lüğətdən bərpa olunmuş sözlərin, eyni zamanda azərbaycan dilinin söz yaratma qaydalarına söykənərək əzəli kök və sözdüzəldici şəkilçilər əsasında yaranan neologizmlərin ümumi sayı yüzlərlə hesablanır. Tədqiqat işlərinin nəticəsində toplanılan materialların çoxluğu onları elmi işdə əks etdirmək zərurəti yaratdı, sözsüz ki, biz bu istiqamətdə çalışırıq. Qeyd edək ki, "İnteraktiv Əlifba", müəllimlərin elektron lövhədə tətbiq edəcəyi rəqəmsal vəsait kimi hazırlansa da, xeyli valideyn vəsaitlə tanış olmaq üçün müraciət etdi. Beləliklə, hər kəsin əlifbadan yararlana bilməsi üçün "İnteraktiv Əlifba"nı kitab şəklində hazırlayıb nəşr etdik. Rəngarəng maraqlı təsvirlər rəssam Dinara Əli tərəfindən yaradılıb. Vəsaitdə yer almış maraqlı tapşırıqlar, təsvirlər və yeni sözlər https://www.instagram.com/education_aze/?next=%2F səhifədə bölüşülür.

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏRSözsüz, hər bir nəsil əmin olmaq istəyir ki, onu əvəzləyən gələcək nəsillər onlara ötürülən irsi itirmədən qayğısını çəkəcək, zənginləşdirib növbəti nəsillərə çatdıracaq. Gələcək nəsillərə miras qalacaq dil quruluşu bizim onlara nə ötürəcəyimizdən asılıdır. Sadəcə yeni söz icad edib, onun varlığını bəyan etməklə dilə yeni sözlər gətirmək mümkün deyil. Sözlər, ilk növbədə, gündəlik nitqdə fəal istifadə edilməlidir. İbtidai sinifdə yaşla əlaqədar olaraq dil fəal surətdə mənimsənilir və uşağın söz ehtiyatı intensiv şəkildə inkişaf edir. Buna görə də, bu dövr fəal söz ehtiyatının zənginləşdirilməsi üçün ən optimal və uyğun dövrdür. Mütəxəssislərin fikrincə, uşaqların söz ehtiyatı 6-7 yaşında 4000-dirsə, 10-11 yaşında 7000-dən 15000-ə çatır. Bu, orta rəqəmlərdir, yəni orta inkişaf səviyyəsinə malik uşaq üçün buna nail olmaq çətin deyil. Biz isə çalışmalıyıq ki, dərsliklərimizin lüğət tərkibi, eləcə də valideynlərin övladları ilə ünsiyyəti bu göstəricilərə uyğun olsun. Sirr deyil ki, insanın nitqi bilavasitə təfəkkürlə bağlıdır. Biz söz ehtiyatının daim zənginləşməsinə zəmin yaratmaqla uşaqların ümumi əqli inkişafını təmin edirik, ona təkan veririk".

Ləpik, şamaşı, ertənək, doluq... - "İnteraktiv Əlifba"da bilmədiyimiz MARAQLI SÖZLƏR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2769   Tarix: 07 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741