Ekzotik sürünən bir qitədən digərinə 8000 kilometr "uçdu" - FOTO

Ekzotik sürünən bir qitədən digərinə 8000 kilometr "uçdu" - FOTOBöyük Britaniyadan olan cütlük Tanzaniyadakı tətildən sonra evə gələrək çamadanında gekkon balası tapıblar.

BiG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır.

Cütlük İngiltərənin Ueykfild şəhərinə qayıtdıqda çamadanda sikkə boyda kərtənkələ aşkar ediblər. Baqajın içindən çıxan ekzotik sürünən turistlərlə birlikdə 8000 kilometr uçub və aşkarlanana qədər çamadanda daha dörd gün qalıb.

Cütlük dərhal müvafiq qurumlara müraciət edib. Bildirilib ki, gekkonlar İngiltərədəki temperaturlara dözməyəcək və müəssisələrə, zooparklara və ya vəhşi təbiət parklarına köçürülməlidir.

Qeyd edək ki, bundan sonra kərtənkələ "Reptilia Exotic Animal Rescue" şirkətinə aparılıb. Burada mütəxəssislər ona qulluq edir. Gekkonun çamadanda belə uzun bir səyahətdən sağ çıxması heyrətamizdir. Tapılana qədər orada daha dörd gün qalması sadəcə inanılmazdır.

"Reptilia Exotic Animal Rescue" şirkətinin nümayəndəsi qeyd edib ki, mərkəzdə gekkondan başqa təsadüfən müxtəlif qitələrdən gətirilən bir neçə başqa heyvan da var. Bu heyvan da məskunlaşdıqdan və karantin dövründən sonra vətəninə qayıtmağa hazır olacaq.

Ekzotik sürünən bir qitədən digərinə 8000 kilometr "uçdu" - FOTONatəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1143   Tarix: 05 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20.09.2026 256
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21.09.2026 375
.

Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir

Mandarin seçərkən yalnız rənginə baxmaq kifayət deyil. Qabığın toxuması və bərkliyi ilə meyvənin ölçüsünə görə çəkisi birlikdə qiymətləndirildikdə daha şirəli və ətirli olanları seçmək ehtimalı artır. Üstəlik, bəzi mandarin növləri yetişdikdə belə qabığında yaşımtıl tonlar saxlaya bildiyi üçün rəng təkbaşın

27.09.2026 219
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20.09.2026 391
.

Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?

Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi

20.09.2026 219
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20.09.2026 336
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20.09.2026 342
.

Bədənin əsl yaşı gözlərdə gizli imiş

Cənubi Koreyada aparılan yeni bir araşdırma gözün arxa hissəsindəki torlu qişanın (retinanın) bədənin qocalma sürəti haqqında mühüm ipucları daşıya biləcəyini ortaya qoyub. Təxminən 30 min retina görüntüsündən yararlanan elm adamları göz müayinələrindən insanın yaşı və ümumi sağlamlıq durumu ilə əlaqəl

26.09.2026 164
.

Restoranın dayanacağında doğulan körpəyə "fasto food" ləqəbi verildi

ABŞ-da dayanacaqda doğulan körpəyə qeyri-adi ləqəb verilib. xarici KİV-ə istinadla bildirir ki, Keti Mörfidə doğuş sancıları başlayıb və o, həyat yoldaşı Stiven Kirbi ilə birlikdə xəstəxanaya yollanıb. Lakin həkimlər doğuşun hələ başlamadığını bildirərək qadını evə göndəriblər. Axşama doğru sancıla

27.09.2026 150
.