Müəllimin uşağa dəstəyi hər şeyi dəyişə bilir? - Münaqişəli ailələrdə böyüyən uşaqların PROBLEMİ

Müəllimin uşağa dəstəyi hər şeyi dəyişə bilir? - Münaqişəli ailələrdə böyüyən uşaqların PROBLEMİHər ailədə zaman-zaman münaqişələr, mübahisələr, fikir ayrılıqları baş verə bilir. Dava-dalaş davamlı hal alırsa və təsiri uşaqlara yönəldilirsə, vəziyyət daha da qəlizləşir. Ailədə yaşanan mübahisələr bəzən uşaqların inkişafına təsir edən ölçülərə çata bilir.

Bəs, ailədəki münaqişələri uşaqlara əks etdirmədən necə həll etmək olar?

Gərgin mühitdə böyüyən, ata ilə ananın dava-dalaşına şahid olan uşaqlarda daha çox hansı xüsusiyyətlər inkişaf etməyə başlayır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Uşaq və gənclərin sosial reabilitasiya mərkəzinin psixoloqu Asəf Kərimov vacib məqamlardan söz açıb.

Psixoloq bildirib ki, hər bir insanın şəxsiyyəti erkən yaşlarında böyüdüyü mühitdən əldə etdiyi informasiya əsasında formalaşır:

"Bu informasiyanın nəticəsində onun psixikası, dərketməsi, reaksiyaları, özünümüdafiə mexanizmi, dəyərləri, maraq və meylləri sistem şəklinə düşür. Uşaq əgər daimi olaraq dava-dalaş içində, zorakılıq mühitində böyüyürsə, təbii ki, xarakterində daim təhlükə gözləmək formalaşır, istənilən hadisəyə qəfil müdafiə reaksiyası göstərir.

O cümlədən, onun xarakterində zorakılığın normal dəyər kimi qəbul edilməsi baş verir. Eyni zamanda, belə uşaqlar təhlükə mühitində yaşadıqları üçün inamsız, problemlərin çözümünü münaqişə etməkdə görürlər. Onlarda mübahisəli vəziyyət yaratma meyli formalaşır, mübahisə yaradıcısı ola bilərlər. Belə şəxslərdə sonradan aqressivlik, gücünü özündən zəiflərə göstərməklə özünüaktuallaşdırma formalaşır".

Özünə inam duyğusunun aşağı olmasında bu amilin rolu nə qədərdir?

Müsahibimiz bildirib ki, uşağın özünə inam duyğusunun yaranması onun təhlükəsizliyinin valideynləri tərəfindən təmin olunmasından başlayır. Belə ki, əgər uşaq ailədə qayğı görürsə, onun fikri nəzərə alınırsa, ona şəxsiyyət kimi yanaşılırsa, valideynlərlə müsbət emosional bağlılıq varsa, uşağın özünə inamlı olması ehtimalı yüksək olur.

Asəf Kərimov deyir ki, bu məsələdə birmənalı fikir də irəli sürmək olmaz:

"İnsan psixikasının maraqlı tərəfi ondadır ki, bəzən ən əlverişsiz mühitdə özünəməxsus iradə sayəsində, problemlərlə mübarizə apararaq təcrübə toplanması və iradi səy göstərilməsi ilə psixoloji problemlərini həll edə bilir. Demosfeni bir kiçik misal kimi göstərə bilərik".
İmtahanlar ərəfəsindəyik. Evdə daimi münaqişənin olması uşaqların təhsil həyatına necə təsir edir?

Evdəki gərginliyin uşaqların təhsil həyatına təsir etməsinə gəlincə isə müsahibimiz bildirib ki, bu məsələdə insan psixikasının, sinir sisteminin tipindən asılı olaraq ümxtəlif yanaşmalar qeyd edə bilərik:

"Güclü şəxsiyyət mübarizədə formalaşır. İnsan ola bilsin ki, ailəsində problemlər yaşayır, təhsilinə fikir verilmir, ona diqqət yetirilmir, lakin bir müəllimin çalışqan uşağa dəstəyi belə, hər şeyi dəyişə bilir. Təbii ki, uşağın belə vəziyyətə düzgün qiymət verməsi və dəyərləri də olduqca önəmlidir".

Münasibətləri yerində olmayan valideynlər bu vəziyyəti uşağa hiss etdirməmək üçün nə etməlidirlər?

Psixoloq deyir ki, daim münaqişə vəziyyətində olan insanlar ilk olaraq uşağa görə deyil, özlərinə görə münaqişələrini həll etmək üçün mütəxəssisə müraciət etməlidirlər:

"Belə hallarda ailə psixoloqu, psixoterapevti ailənin psixoterapiyasını həyata keçirməlidir. Həmçinin, münaqişənin səbəbləri ilə bağlı uşağın yaşına görə danışmaq lazımdır. Çalışmaq lazımdır ki, uşağın və özlərinin normal həyatı üçün düzgün qərar versinlər".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1007   Tarix: 01 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.