Çörək qırıntıları ilə böyüdü, erməni terrorunda həlak oldu: Böyük bəstəkarımızın faciəvi həyatı

Çörək qırıntıları ilə böyüdü, erməni terrorunda həlak oldu: Böyük bəstəkarımızın faciəvi həyatıBu gün Xalq artisti, bəstəkar Rafiq Babayevin doğum günüdür.

Kulis.az onun haqqında maraqlı faktları təqdim edib.

Rafiq Babayev 1936-cı il martın 31-də Bakıda xüsusi xidmət orqanı əməkdaşı olan Fərzi Babayevin ailəsində dünyaya gəlib. O, doğulandan bir il sonra atası SSRİ Xalq Daxili İşlər Komissarlığı orqanları tərəfindən həbs olunaraq güllələnmə cəzasına məhkum olunur. Beş uşaqlı ailənin sonbeşiyi olan Rafiq atasının üzünü görmür.

Rafiq Babayev repressiya və müharibə dövrünün ağır sınaq günlərini anası Şahbəyim xanım və digər bacı-qardaşı ilə birlikdə keçir. Şahbəyim xanım çox böyük əziyyətlərlə övladlarını böyüdüb sənət sahibi edir və ömrünün sonuna qədər oğlu Rafiqin evində yaşayır.

Beləliklə, Babayevlər ailəsində övladların hər biri peşəkar musiqi təhsili alırlar. 1937-ci ildə həyat yoldaşının güllələnməsindən sonra evdəki əşyalar müsadirə edilərkən Şahbəyim xanım böyük çətinliklə də olsa, uşaqlar üçün ən qiymətli əşyanı - pianonu qoruyub saxlaya bilir.

1943-cü ildə Rafiq musiqi məktəbinə daxil olur. Musiqi istedadı ilə yanaşı, o riyaziyyat fənnini gözəl bilirdi. Məktəbin direktoru, tanınmış pianoçu Kövkəb Səfərəliyeva Rafiqə paralel olaraq 160 saylı orta məktəbdə də təhsil almağa icazə verir. 1950-ci ildə Rafiq Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur. Pedaqoq R. S. Levinanın sinfində təhsil alan Rafiq öz qabiliyyəti sayəsində başqalarından seçilir.

Ailə üzvlərinin demək olar ki, hamısı musiqi ilə məşğul olduğundan bir müddət sonra Babayevlərin evi musiqi ocağı kimi Bakı gənclərinin diqqətini cəlb edir. Əzizbəyov küçəsindəki bu mənzildə müzakirələr səhərə qədər davam edirdi. Rafiq Babayev caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirir. Hətta 160 saylı məktəbdə o, özünün "caz-band"ını da yaradır. 1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilir.

Rafiq Babayev bəstəkar Fikrət Əliyevin məsləhəti ilə konservatoriyaya daxil olmağa hazırlaşır. Lakin onun riyaziyyata olan marağı Rafiqi seçim qarşısında qoyur. Lakin Rauf Atakişiyevin səyləri nəticəsində o, musiqini seçir. Tələbəlik illərindən Rafiq Babayevlə müəllimi, professor Rauf Atakişiyev arasında möhkəm dostluq başlayır və bu münasibətlər uzun müddət davam edir.

Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən sənətçi konservatoriyanı bitirib, musiqi qrupunun rəhbəri kimi Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır. Üç il, 1960-1962-ci illərdə qrupa rəhbərlik edir. 1962-ci ildə qrup parçalanır və onlar Bakıya cibləri pulla dolu qayıdırlar. Bu vaxta qədər heç vaxt Azərbaycandan olan caz ifaçıları belə yüksək qonorar almamışdılar. Gənc sənətçi bu pula anasına mebel, özünə isə royal alır. Digər tərəfdən bu üç il sənətçinin yaradıcılıq həyatında da mühüm rol oynayır: onun yaradıcılıq fəaliyyətinin coğrafiyası genişlənir və vətənin sərhədlərini aşır.

Bəstəkarın qızı Fərizə xanım atası haqqında xatirələrini bölüşərkən deyir:
"Nənəm evində olan bütün əşyalarını satıb ki, uşaqları acından ölməsin. Sonralar evi dolandıra bilmək üçün tikiş fabrikində üç növbə ilə işləyib. Atam danışırdı ki, "payok"la alınan çörək doğranandan sonra yerdə qalan qırıntıları yemək üçün qardaş və bacılar arasında növbətçilik müəyyən olunubmuş. Hər gün bu qırıntıları ailə üzvlərindən biri ovcuna yığıb yeyirmiş. Yadıma gəlir ki, sonralar da nənəm heç vaxt çörək qırıntılarını atmırdı. Atamın o biri qardaş və bacıları işləsə də, onlar yenə də kasıb olublar. Təsəvvür edin ki, onların evində mebel əşyası olmayıb. Ona görə də atam istəyib ki, anasına maddi kömək etsin. Üç illik qastrolu seçməyinin səbəbi də maddiyyat olub. Nənəm həmişə xatırlayırdı ki, atam qastroldan qayıdanda cibindəki pulları "paçka" ilə çıxarıb göyə səpələyib, anasını qucaqlayıb deyib ki, ana get, evimizə divan, mebel, ürəyin istəyən hər şeyi al".

20 yanvar hadisələri, ardınca baş verən Qarabağ müharibəsi bəstəkara dəhşətli dərəcədə təsir edir. Qarabağ müharibəsi başlananda, səfərbərlik elan olunur. Bu zaman musiqiçiləri də müharibəyə aparırlar. Rafiq Babayev isə buna kəskin etiraz edir. Deyir onsuz da müharibə insanları öldürür, heç olmasa musiqiçiləri qorumaq lazımdır. Çünki onlar mədəniyyətin formalaşmasına xidmət edən insanlardılar. Onlar olmasa, bu xalqın mədəniyyətini kim təbliğ edəcək. Həmin vaxtı o, vağzala qədər gedib müharibəyə aparılan musiqiçiləri, rəqqasları qatardan düşürdür.

Sonralar Cəbrayıl Lotfi adlı mesenat ona kollektivini saxlamaq üçün hər ay lazım olan vəsaiti ayıracağını, köməklik edəcəyini deyir və bunu yerinə yetirir. Onun köməkliyi sahəsində bəstəkar kollektivini genişləndirir, böyük heyətli ansambl yaradır.

Rafiq Babayev çox vətənpərvər adam olub. Ona dəfələrlə Amerikada, Avropada yaşamaq təklif olunsa da, onunla müqavilə bağlamaq, müəyyən işlər görmək istəsələr də o, razı olmayıb. Bakıdan kənara çıxmayıb. Hətta ən çətin vaxtlarda, maddi çətinlik çəkdiyi dövrlərdə belə bu kimi təkliflərdən imtina edir.

Qızı Fərizə Babayeva müsahibələrinin birində deyir:

"Xüsusi partitura, yaxud nəsə geniş musiqi yazmaqla arası yox idi. Təzə bir şeyi məşq edirdilərsə, əlüstü hər kəsin parçasını fərdi qaydada onun tonallığına, ifa qabiliyyətinə uyğun şəkildə işləyib verirdi və sonra həmin kağızlar atılırdı. Bu səbəbdən evdə onun not yazıları qalmayıb. Səhər yeməyindən sonra onun idmanı Şopenin etüdlərinin ifası olurdu. Şopen onun üçün əvəzolunmaz düha idi. Bir də Raxmaninov. Müəllimi Rauf Atakişiyev ona royal bağışlamışdı, həmin royalda moderator funksiyası vardı, royalın səsini almaq olurdu. Atam alətin səsini alıb qonşuları narahat etmədən gecələr də rahat məşğul ola bilirdi".

1994-cü il martın 19-da erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakının "20 Yanvar" metro stansiyasında dəhşətli terror aktı törədilir. Bu terror nəticəsində həlak olan 14 nəfər arasında Rafiq Babayev də olur.

Qızı Gülarə Babayeva xatırlayır:

"Metroda terror baş verməsi xəbəri ildırım sürətilə yayılmışdı. Atam həmin gün səsyazma studiyasına, sonra Mahnı Teatrına getməli idi. Axşamüstü onu Mahnı Teatrından axtarmağa başlamışdılar. Bakıda böyük faciə baş vermişdi, bütün şəhər ayaqda idi, hamı narahat olmuşdu. Ağlımıza gəlmirdi ki, atamız da o qatarda ola bilər, amma vaxt keçdikcə narahatlıq pik həddə çatırdı. Bacımın yoldaşı morqları axtarmağa başladı. Bir şey olan kimi bayıra cumurduq. Hər xəbərə hazır idik, bircə buna yox. Səs eşidən kimi hamımız bayıra cumduq, mərhum kürəkənimiz həkim idi, atamla çox doğma münasibətləri vardı. Onu görən kimi hər şeyi başa düşdüm. Çiyinləri sallanmışdı, gözlərindən yaş axırdı..."


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 890   Tarix: 01 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.