"Fast food" restoranlarında qidalarda 5-ci dad yaradan maddə - ARAŞDIRMA

"Fast food" restoranlarında qidalarda 5-ci dad yaradan maddə - ARAŞDIRMABu maddə qəbul etdiyimiz qidalarda 5-ci dad yaradır. Ondan daha çox hamımızın azı bir dəfə üz tutduğumuz, uşaqlarımızın sevimli məkanı olan "fast food" restoranlarında daha çox istifadə edilir. Lakin xüsusilə də uşaqlarımızın sağlamlığı baxımından hansı müsbət və mənfi təsirlərinin olduğundan o qədər də məlumatlı deyilik...

"Kaspi" qəzeti sözügedən maddə ilə bağlı məqalə dərc edib. Məqalədə deyilir:

"Ratatouille" cizgi filmində bir səhnə var. Baxanlar xatırlayar. Dequstator Anton Ego "Ratatuy" adlanan yeməyi dadan kimi üz ifadəsi dəyişir. Keçmişə qayıdır, anasının bişirdiyi yeməyin ətrini, dadını bütün dərinliyinə qədər hiss edir. Bu yeməyin içində nə var ki, Anton Egonu uşaqlığına aparır? Deyirlər, aşpazın yeməklərinin sirri Monosodyum Glutamat adlanan maddədir. Xalq dilində buna Çin duzu da deyilir. Əsasən zərərli olaraq bilinir. Bəs əslində bu maddə nədir?

4 dadı birləşdirib 5-cini ortaya çıxarır

Qida məsələləri üzrə ekspert Ağa Salamov dedi ki, Çin duzu əsasən xaricdən gətirilən məhsullarda olur: "Bu maddə Monosodyum Glutamat E 621 kodu ilə tanınır. Umami - yəni 5-ci dad verən bir maddədir. Turş, acı, şirin, duzlu - 4 dadı birləşdirib 5-cini ortaya çıxarır. Bəzən insanlar bu qatqı maddəsinin istifadə olunduğu məhsullardan asılı qalır. Ölkəyə idxal olunan kolbasa məmulatları, "fast food" ətləri, toyuqları, qırmızı ət məhsulları, hazır şorbalar, konservləşdirilmiş məhsullar və s. Çin duzuna rast gəlmək olar".

İnsan acanda artıq ev yeməyi istəmir

Ekspert bildirdi ki, yerli "fast food"lara Çin duzu vurulmur: "O, insan orqanizmində istehsal olunduğu üçün yad deyil. Amma bədənə kənardan da daxil olması gələcəkdə fəsadlar yaradır. Monosodyum Glutamat vurulan məhsullar çox yeyildiyi zaman kökəlmə və asılılıq yaradır. İnsanlarda parkinson, alzaymer, ürək qan-damar, böyrək xəstəlikləri, qaraciyər piylənməsi, mədəaltı vəzin yüklənməsi kimi hallar ola bilər. Bu məhsulları istehlak edən insanın şüuraltında umami dadı formalaşır. Yəni insan acanda artıq ev yeməyi istəmir. Ona görə "fast food" yerlərində adam sayı daha çoxdur. Bu asılılığa ən çox uşaqlar düşür. Belə qatqı maddəsi olan məhsulları delikates kimi, yəni az miqdarda istifadə etsək problem yoxdur. Dadına baxıb kifayətlənməli, ev üsulu ilə bişən yeməklərə daha çox üstünlük verməliyik. Yaxud yerli "fast food"lardan istifadə etməliyik. Azərbaycandakı yerli "fast food"larda Çin duzuna rast gəlməmişəm".

0.1- 0.8 faiz aralığında istifadə edilə bilər

İstehsal meneceri Sayat Quliyevanın sözlərinə görə, Monosodyum Glutamatın istifadəsinə icazə verilir: "Bu maddə əlavə olunan yemək yedikdə ağız suyu miqdarından artıq ifraz olunur və həmin qidaya tələbi artırır, insanın davamlı qəbul etməsinə səbəb olur. Katalizator kimi digər maddələrin bir-birinə qarışmasını aktivləşdirən kimyəvi maddədir. Proteindir, bəzi standartlara görə 0.1 - 0.8 faiz aralığında istifadə edilməsinə icazə verilir, artıq olduqda məhsulun dadını pozur və insan orqanizminə mənfi təsir göstərir".

Şirkət sirri olaraq gizli saxlanılır

S.Quliyeva bildirdi ki, bu maddəni ilk vaxtlar ətləri bişirərkən duz olaraq istifadə ediblər: "Çin duzu əvvəllər şəkər qamışı, şəkər çuğunduru və nişastanın fermentasiyası ilə əldə edilsə də, sonralar bakteriyaların mayalandırılması üsuluyla istehsal olunmağa başlanılıb. Dəniz məhsullarında, yəni bəzi balıqlarda, krevetkalarda, soya, pomidor, kartof, yer kökü, yaşıl çay, pendir, toyuq əti və s. təbii olaraq mövcuddur.
Əvvəllər Çin duzundan ətlərin bişirilməsi üçün istifadə edilirdi. Sonralar çipslər, hazır şorbalar, bulyonlar, duzlu çubuqlar, bəzi qənnadı məmulatları, qarışıq ədviyyatlar, mayonezlər, salatlar və ya ətlərin marinə edilməsi üçün istifadə edilən yağların tərkibinə də dad və aromaları daha da gücləndirmək üçün vurulmağa başlanıldı.

Şirkət sirri və resepti olaraq istehlakçılara bu barədə məlumat verilməsə də, "fast food"larda geniş yayılıb. Hətta bəzi kənd təsərrüfatı gübrələri və bitkinin inkişafına təsir edən qatqıların tərkibində də mövcuddur. Meyvə, meyvə şirələri, tam şəkərli məhsullarda Çin duzundan istifadə edilmir, çünki bu məhsullarda şəkərin miqdarına görə xoşagələn dad yaratmır".

Qidadakı neqativləri ört-basdır edir

Terapevt Fəxriyyə Əhmədovanın sözlərinə görə, Monosodyum Glutamat Asiya və Şərqdə daha çox istifadə olunur: "İllərdir xeyirli və ya zərərli olması mübahisə mövzusudur. "Çin restoranı sindromu" adı altında məlumdur. Çünki restoranda qida qəbul etdikdən sonra insanlarda başağrı, ürək döyünməsi, boyunda qızarıqlıq, sinədə ağrı əmələ gəlib. Bu da maddənin yan təsiri kimi dəyərləndirilib.

Hər hansı qida məhsulundakı neqativləri ört-basdır etmək üçün də istifadə oluna bilər. Eyni zamanda konservant xüsusiyyətlərə malikdir. Qidaya əlavə olunduqda öz xüsusiyyətlərini saxlaya bilir, onu çox köhnəlməyə qoymur. Təbii halda qarğıdalı, süd və s. var".

Həm öldürücü, həm xeyirli...

Həkim dedi ki, Çin duzundan bəzən tibbi məqsədlər üçün istifadə edilsə də, zərərləri daha çoxdur: "Həddindən artıq istifadə etdikdə allergik problemlər yaratması mümkündür. Hamilələr üçün çox təhlükəlidir. Bətndəki uşağın mərkəzi sinir sisteminə ciddi təsir edə bilər. Belə bir fikir var ki, astma yaradır və ya onu daha da qıcıqlandırır. Həmçinin, böyrək, qaraciyər çatışmazlığı, hormonal pozuntu yarada, gözün torlu qişasına ciddi təsir edə, görmə qabiliyyətini poza bilər. Bəzən tibbi məqsədlər üçün müəyyən dərmanlara əlavə olunur. İştahanı, mədə turşuluğunu artırır, həzm sistemini yaxşılaşdırır. Mərkəzi sinir sistemi, psixi xəstəlikləri olan insanların dərmanlarına əlavə edilir. Bu maddə mərkəzi sinir sisteminə keçmir. Yetkin adamlar üçün sutkada 1 kiloqram çəkiyə 1,5 qram, yeniyetmələr üçün 0,5 qram qəbulu mümkündür. Körpələr üçün ümumiyyətlə qadağandır, istifadə olunmamalıdır".

Duzla reaksiyaya girərək...

Diyetoloq Lalə Mahmudova da Çin duzunun zərərlərinin dəhşətli olduğu qənaətindədir: "Monosodyum Glutamat ilk dəfə 1908-ci ildə yapon kimyagər İkeda Kikyne tərəfindən bir dəniz yosunundan əldə edilib. İkeda bu yeni dadı Yaponiyada ləzzətli mənasına gələn "umami" adlandırıb. Tərkibində normal süfrə duzundan daha az natrium olan bu maddə duzla reaksiyaya girərək ləzzətin artmasına təsir edir. Amerika, Avropa Birliyi və Türkiyənin qida kodekslərinə görə istifadəsinə qanuni olaraq icazə verilir. Lakin istifadə zamanı sinə, üzdə qızarıqlıq, nəfəs darlığı, ödəm və tərləməyə səbəb olduğu bilinir. Yeni doğulan körpələrdə öyrənmə və yaddaş mexanizmində pozulmalara yol açdığı, böyüklərdə sonsuzluq, epilepsiya kimi xəstəliklərə səbəb olduğu məlumdur".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1124   Tarix: 20 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qaçış həvəskarları üçün vacib xəbərdarlıq

10 km qaçış zamanı bədən təxminən 8 min zərbə qəbul edir. xəbər verir ki, bu barədə travmatoloq-ortoped Mixail Ryazantsev " "ya açıqlamasında bildirib. O izah edib ki, qaçış texnikasındakı səhvlər və istirahət etmədən qaçmaq oynaqlarda zədələrin toplanmasına səbəb olur. Həkimin sözlərinə görə

15.03.2026 289
.

Süni intellektə güvənməməli olduğunuz - 7 məqam

Süni intellekt artıq yalnız texnologiya deyil, həm də gündəlik həyatımızın görünməz bir hissəsinə çevrilib. Məlumatlar, işlə bağlı verdiyimiz qərarlar, hətta şəxsi tövsiyələr. Lakin bu rahat mənzərə mühüm bir sualı da ortaya çıxarır: Həqiqətən hər mövzuda süni intellektə güvənə bilərikmi? Çünki sün

20.03.2026 449
.

Bir porsiya belə təhlükəlidir: Ultra emal olunmuş qidalar barədə xəbərdarlıq

Çipslər, şəkərli içkilər və hazır yeməklər də daxil olmaqla ultra emal olunmuş qidaların tez-tez istehlakı infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu qidaların daha çox istehlakı isə riski 67% yüksəldir. xəbər verir ki, bu barədə "Science Daily"

21.03.2026 283
.

Tezbazar.Az - Hobbi və asudə, istirahət və əyləncə elanları

ın Hobbi və Asudə bölməsi hər kəs üçündür! Çünki hobbisi olmayan insan yoxdur. Hobbi asudə vaxtlarında etdiyin və ondan zövq aldığın məşğuliyyət deməkdir. Hobbilər müxtəlifdir: kimisi səyahət etməyi xoşlayır, kimisi velosiped sürməyi, kimisə kitab oxumağı, kimisi isə ova və ya balıq tutmağa getməyi

25.03.2026 255
.

Mask "Terafab" çip istehsalı layihəsinin başlanğıcını elan edib

Amerikalı sahibkar İlon Mask rəsmi olaraq mikroçip istehsalına yönəlmiş "Terafab" layihəsinin başlandığını elan edib. "Report"un məlumatına görə, onun çıxışı "Tesla" şirkətinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanıb. "Biz hazırkı təchizatçılarımı

22.03.2026 306
.

Qulaqlarını pambıq çubuqla təmizləyənlərə XƏBƏRDARLIQ

Bir çox insan qulaqlarını pambıq çubuqlarla təmizləməyi gigiyenanın vacib hissəsi hesab edir. -ın xarici mediaya istinadən bildirdiyinə görə, həkimlər xəbərdarlıq edir ki, bu vərdiş faydadan çox zərər verə bilər. Qulağa pambıq çubuq salanda nə baş verir. İnsanlar çox vaxt qulağı təmizləmək üçün instinkti

15.03.2026 328
.

Genlər deyil: Mədəniyyət insanı necə qlobal gücə çevirdi?

İnsanlar bütün dünyaya elə sürətlə yayılıblar ki, bu göstərici heç bir digər vəhşi onurğalı ilə müqayisə edilə bilməz. Biz səhralarda, tropik meşələrdə, yüksək dağlıq ərazilərdə və sərt soyuq şəraitdə yaşayırıq. Əksər heyvanlar bu müxtəlifliyin kiçik hissəsinə belə uyğunlaşa bilmir. Bəs bu, bir növ üçü

20.03.2026 393
.

Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri

Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları

19.03.2026 340
.

Pişiklər üçün təhlükəli olan otaq bitkiləri

Bir çox pişik sahibi düşünür ki, onların ev heyvanı kifayət qədər ağıllıdır və təhlükəli bitkilərə toxunmaz. Lakin baytar həkimlər hər il pəncərə kənarında saxlanılan bitkilər səbəbindən baş verən onlarla zəhərlənmə halını qeydə alırlar. xarici mediaya istinadən xəbər verir ki, pişiklər ətraf mühit

15.03.2026 282
.

TOP MP3