Novruz öncəsi bazarlarda vəziyyət: "Səməni alan yoxdur, alıcılıq qabiliyyəti çox aşağıdır" - REPORTAJ
Novruz bayramına iki gün qalıb. Bu bayramlarda diqqəti çəkən əsas məqam süfrənin tərtibatıdır. Azərbaycan xalqının milli bayramı olduğundan, hər kəs Novruza xüsusi hazırlaşır, şirniyyatlar bişirirlər. Çalışırlar ki, süfrəyə bol nemət düzsünlər. İnanclara görə, süfrədə nə qədər çox nemət olsa, il bir o qədər ruzili-bərəkətli keçəcək.
Novruz hazırlıqları üçün isə insanlar əvvəlcədən alış-veriş etmək üçün paytaxtda qurulan yarmarka və mağazalara üz tuturlar.
Əhali arasında sərfəli alış-veriş məkanlarından biri olan "Yaşıl bazar"da bayramqabağı vəziyyətin necə olduğunu öyrənmək üçün Oxu.Az-ın əməkdaşı ora baş çəkib.
Diqqətimizi çəkən ilk məqam bazarda olan seyrəklik idi. Bayrama sayılı günlər qalmasına baxmayaraq, əvvəlki qədər sıxlıq müşahidə olunmurdu. Piştaxtalar bayram üçün bütün nemətlərlə dolu idi. Lakin alıcı qıtlığı hiss olunurdu.
Əvvəlcə Novruzun atributlarından olan səmənilərə nəzər yetirdik. Bazarda hər qiymətə səməni vardı. Baharın simvolundan olan səmənilərin ən aşağı qiyməti 1 manat idi.
Satıcı səməniləri fevral ayından satışa çıxardığını söyləyib:
"İlk çərşənbədən öncə səmənini satışa çıxardıq. Lakin mənə elə gəlir ki, insanlar çərşənbələri artıq qeyd etmirlər. Çünki çərşənbələrdə demək olar səməni alan yox idi. Son çərşənbəyə yaxın axın oldu. Lakin bu da əvvəlki qədər çox deyil".
Digər bir satıcı da alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşdüyündən şikayətlənib:
"Bayrama 2 gün qalır. Lakin axın yoxdur. Məhsullar üzərində qiymət artımı yoxdur. Alıcılığın aşağı olması təəccüblü məqamdır. Marketlərə nisbətən bizdə daha ucuzdur. Əksər məhsulların qiyməti bazar, marketlə müqayisədə 1-2 manat ucuzdur".
Bazarın çərəz satılan hissəsinə baş çəkdik. Çeşid çoxluğunu müşahidə etsək də, satıcılar alıcılıq qabiliyyətində artımın olmadığını söyləyiblər:
"Ləpə 14-16 manatdır. Qabıqlı qoz isə 4-6 manata satılır. Fındıq 7, ləpəsi 14, badam ləpəsi 22, iydə 6, xurma 10-15, innab 8, qaysı 13 manatadır. Qarışıq meyvə qurusu 10-22 manat, tumsuz xurma 14 manat, tumlu 7 manat, alma və armud qurusu 3-10 manatdır. Şabalıd 3,50-10 manat, qaysı 12-20 manat, sarı kişmiş 6-20, alça qurusu 4-10, gavalı qurusu 3-15 manat aralığında satılır. Qiymətlər normaldır. Bayramla əlaqədar bahalaşma yoxdur".
Bayram süfrəsini plovsuz təsəvvür etmək mümkün deyil. Plovun hazırlanmasında istifadə olunan düyülərə isə tələbat çoxdur. Qablaşdırılmış düyülər isə müxtəlif qiymətə satılır.
Meyvə-tərəvəz məhsullarının satıcısı bazarda alıcıların sayının azalmasını iri marketlərlə əlaqələndirir:
"Bazarda məhsullar ucuzdur. Bazarda hər şey ucuz olsa da, məhsulları alan yoxdur. Armud 2, portağal 3, heyva 2, banan 3 manatdır. Qiymətlər bundan aşağı ola bilməz".
Digər satıcı isə alıcılıq qabiliyyətinin son bir neçə ayda aşağı düşdüyünü əlavə edib:
"Bəziləri bayramqabağı bahalaşma səbəbindən alıcılıq qabiliyyətinin aşağı olduğunu düşünür. Lakin bayram ilə əlaqəsi yoxdur. Bir neçə ay öncədən durğunluq müşahidə edilir".
Ümid edirik ki, alıcıların süfrəsi, satıcıların da cibi bu bayramda boş qalmaz. Bayramınız mübarək!
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1489 Tarix: 18 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDoğum evində skandal: 20 il sonra məlum oldu ki...
İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus
12.09.2021 2121 Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO
Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi
12.09.2021 2549 Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024 Zooloqlar inəklərə görün nəyi öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas
15.09.2021 960 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495 Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO
ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd
15.09.2021 660 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942