İranda qızları buna görə öldürürlər - Həkim ŞOK SİRRİ açdı

İranda qızları buna görə öldürürlər - Həkim ŞOK SİRRİ açdıİranda qızların təhsil aldığı orta məktəblərdə şagirdlərin naməlum kimyəvi qazla zəhərlənməsi halları artıb. Bununla bağlı ilk fakt ötən il noyabrın 30-da Qum şəhərində yerləşən "Nur" qızlar gimnaziyasında qeydə alınıb. Həmin gün 18 məktəblinin zəhərləndiyi barədə xəbər yayılıb. Sonrakı həftələrdə bu cür hallar təkrarlansa da, hakimiyyət orqanları məsələni ört-basdır etməyə, bununla bağlı informasiyanın yayılmamasına çalışıblar.

Lakin fevralın ilk ongünlüyündən başlayaraq hadisənin daha geniş miqyas alması İran hakimiyyətinin məsələni gizli saxlamaq və artıq silsilə xarakteri almış zəhərlənmə faktlarının ictimailəşməsinə mane olmaq səylərini heçə endirib. Martın 6-da isə Güney Azərbaycanın Mərənd şəhərindəki "Həzrəti Ruqəyyə" orta məktəbinə SEPAH terrorçuları tərəfindən kimyəvi hücum edilib. Bu hücumdan sonra bir çox şagird xəstəxanaya aparılıb. Sözügedən məktəbin xəstəxanaya yerləşdirilən onlarla şagirdindən ikisi martın 7-də dünyasını dəyişib.

İranda məktəbli qızlar niyə öldürülür?

Finlandiyada yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk bildirib ki, hücumların başlanmasından 100 gündən artıq zamanın keçməsinə baxmayaraq, zəhərlənmələrə səbəb olan maddə nədir, hadisələri törədənlər kimlərdir, hadisənin motivləri nədən ibarətdir kimi suallara İran rəsmiləri tərəfindən konkret açıqlama yoxdur.

"Son 3,5 ay ərzində İranın müxtəlif şəhərlərində minlərlə məktəbli məqsədli şəkildə kimyəvi hücumlara məruz qalıb və zəhərlənib. Son günlərdə isə bu kimyəvi hücumlar universitetlərə də çatıb. Bütün hücumlarda əsas hədəf qızlardır. İlk zəhərlənmə faktı Qum şəhərində qeydə alınanda İranın təhlükəsizlik orqanı tərəfindən yayılan informasiyaların panik ab-havada yığışdırılması və ümumiyyətlə, informasiyaların yayılmasının qarşısının alınması diqqətçəkən məsələlərdən idi. Hətta yayılan məlumatları şayiə adlandırıb bu vasitə ilə durumu ört-basdır etməyə çalışdılar. Buna nail olmadıqda isə rəsmilərin bir-birini inkar edən, bir-biri ilə 180 dərəcə ziddiyyət təşkil edən açıqlamalarına şahid olduq. Beynəlxalq qurumlar və dünya ictimaiyyətinin mövzu ilə bağlı açıq və şəffaf tədqiqatlar aparması, səbəbkarların mühakimə edilməsi yönündə olan tələblərinə qarşı İran rəsmilərinin müqavimət göstərməsi, silsilə cinayətlərin üzərindən sirr pərdəsinin qalxmasına xüsusi canfəşanlıqla imkan verməməsi şübhələri daha da gücləndirdi.

Tehranda zəhərlənən tələbələri müalicə edən həkimlərdən birinin ifadəsi diqqət çəkir. O deyir ki, zəhərlənmələrə səbəb olan maddə normal insanların normal həyatda rahatlıqla əldə edə biləcəyi bir maddə deyil. Bununla da birbaşa dövləti işarə etməkdədir. İran rejiminin "Bəsic" və SEPAH terror qruplaşmaları vasitəsilə qadınlara qarşı əvvəllər də oxşar hücumlar həyata keçirdiyini bilməyən yoxdur. Qadınları hicab qanununa riayət etməyə məcbur etmək məqsədilə onların üzlərinə kislota səpilməsi məhz bu qruplaşmalar tərəfindən dəfələrlə həyata keçirilib. Bu faktlara əsasən demək olar ki, təşkil olunmuş cinayətlərin arxasında birbaşa İran və onun terror qruplaşmaları dayanır. Hətta bu hadisələri birbaşa Xameneyinin oğlu Mujtaba Xameneyiyə bağlı olan terror qrupunun törətdiyini iddia edənlər də var", - ekspert vurğulayıb.

Çingiz Göytürkün sözlərinə görə, cinayətlərin törədilməsində əsas məqsəd son 6 ayda cərəyan edən proseslərdə rejimin yıxılan divarlarını yenidən bərpa etmək, cəmiyyət üzərində rejim qorxusunu geri qaytarmaqdır:

"Bu hadisələrdə xüsusilə qadınların hədəfə alınmasının səbəbi son 6 ayda İranda cərəyan edən proseslərdə məktəbli qızların, tələbələrin xüsusi fəallığı və rejimin məğlubiyyətinin qisasını məhz onlardan almaq istəməsidir. Əlbəttə, məsələlərin motivləri ilə bağlı digər iddiaları da gözardı etmək olmaz. Son günlərdə irəli sürülən əsas iddialardan biri ondan ibarətdir ki, İran kütləvi iğtişaşlara qarşı daha effektiv mübarizə aparmaq məqsədilə yeni silahlar istehsal edib. Bunlardan biri də məhz son 100 gündə məktəbli qızlar üzərində sınaqdan keçirilən kimyəvi hücum silahıdır. Digər bir iddiaya görə, İran dini mərkəzi Qumda qızların bəlli bir yaşdan sonra təhsil almasını İslama zidd olaraq qələmə verən dırnaqarası din alimlərinə bağlı terror qruplaşmaları onları məktəbə getməkdən çəkindirmək məqsədilə bu hücumları həyata keçirir. Silsilə cinayətlərin motivləri ilə bağlı İran rəsmilərinin açıqlamaları isə sadəcə olaraq gülüncdür. İran rəsmilərinə görə, bütün neqativ məsələlərdə olduğu kimi, bu məsələdə də sionistlərin və xarici düşmənlərin əli var". (müsavat.com)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1013   Tarix: 12 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah da yağış yağacaq

Noyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanı

13:24 192
.

Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,

16:40 168
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

20:22 164
.

Prezident Ağdama getdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 6 hektarda

13:40 201
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

22:30 103
.

Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ

Türkiyə Meteorologiya Baş İdarəsi həftəsonu ölkə ərazisində təsirli olacaq soyuq və yağıntılı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Türkiyə mətbuatına istinadla bildirir ki, proqnoza əsasən, havanın temperaturu nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Qara dəniz sahillərində intensiv yağış, ölkəni

16:37 218
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

14:34 199
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

20:45 148
.

Jurnalist Elnur Şükürov həbs edildi

Jurnalist Elnur Şükürov həbs edilib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq - ağırlaşdırıcı hallarda) və 188.1-ci (qanunl

16:31 193
.