Prezident Ağdama getdi - Fotolar - Yenilənib

Prezident Ağdama getdi - Fotolar - YenilənibAzərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub.

"Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 6 hektardan çox olan ərazidə xəstəxana kompleksinin əsas binası, əlavə korpuslar, həmçinin yardımçı tikili və qurğular inşa edilir. Xəstəxana kompleksində inzibati bölmə, qəbul və təcili tibbi yardım, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar, oftalmologiya, LOR, pediatriya və digər şöbələr fəaliyyət göstərəcək. Burada, həmçinin funksional və uşaq poliklinikaları, klinik diaqnostika laboratoriyası, şüa-diaqnostika, hemodializ, fizioterapiya və tibbi bərpa şöbələrinin yaradılması nəzərdə tutulur. Xəstəxana müasir standartlara cavab verən tibbi avadanlıqla təchiz ediləcək.

*

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdam Sənaye Parkında "Komfy" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib.

"Komfy" MMC-nin direktoru Fuad Nəcəfov müəssisə barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, "Komfy" MMC-yə 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Müəssisənin illik istehsal gücü 130 min ədəd döşəkdir. Burada müxtəlif ölçüyə, konstruksiyaya və sərtlik dərəcəsinə malik döşəklərlə yanaşı, bonel və paket yay sistemləri də istehsal olunacaq. Müəssisədə Azərbaycanda ilk dəfə "roll-pack" formatında, yəni sıxılaraq rulon şəklində qablaşdırılan döşəklər istehsal ediləcək. Bu, daşınma xərclərini azaltmaqla ixrac imkanlarını genişləndirəcək. Beləliklə də məhsulların daxili bazarla yanaşı, digər ölkələrə satışı nəzərdə tutulur.

Müəssisə yerli və xarici hotellərin tələblərinə uyğun döşəklər də istehsal edəcək. Burada 65 nəfər daimi işlə təmin ediləcək. Ümumi dəyəri 2,5 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) dövlət zəmanəti ilə 700 min manat kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 114 min manat dəyərində əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumlarından azad olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2021-ci ildə yaradılmış Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Burada 37 rezident və 2 qeyri-rezident olmaqla, ümumilikdə 39 müəssisə qeydiyyata alınıb. Layihələrin ümumi dəyəri 375,5 milyon manat, faktiki yatırılmış investisiyanın məbləği 192,6 milyon manatdır. Layihələr üzrə hazırda 1000-dən çox insan işlə təmin olunub. Rezidentlərin ümumi satış həcmi 2,96 milyard manata, ixracın həcmi isə 132,6 milyon manata çatıb.

*

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdam Sənaye Parkında "ASMC" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib.

"Almet Holding" Açıq Səhmdar Cəmiyyətinin (ASC) təsisçisi Şirin Camallı dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, əsas təsisçisi "Almet Holding" ASC olan "ASMC" MMC 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Ümumi dəyəri 24,9 milyon manat olan layihə iki mərhələdə həyata keçirilir. Dəyəri 8,8 milyon manat olan birinci mərhələnin maliyyələşdirilməsində özəl vəsaitlə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən subsidiyalaşdırılan 4,7 milyon manata yaxın bank kreditindən istifadə edilib. İkinci mərhələ üzrə 16,1 milyon manat investisiya nəzərdə tutulur. Sənaye Parkının rezidenti kimi müəssisə 470 min manat dəyərində əlavə dəyər vergisi (ƏDV) və gömrük rüsumlarından azad olunub.

Təqribən 1,7 hektar ərazidə yerləşən zavodda polad həsir, tikanlı, çəkilmiş, yanmış və sinklənmiş məftil və mismar istehsal olunacaq. Birinci mərhələdə illik istehsal gücü 4 min 920 ton polad həsir, 3 min 480 ton çəkilmiş məftil, 3 min 180 ton mismar, 1800 ton yanmış məftil, 12 min ton məftil və 1080 ton soyuq deformasiya olunmuş armatur təşkil edəcək. İkinci mərhələdə isə illik 10 min ton qalvanikləşdirilmiş və 8 min 240 ton yüksəkkarbonlu çəkilmiş məftil istehsalı planlaşdırılır.

Müəssisənin istehsal etdiyi polad həsir, məftil və mismar azad olunmuş ərazilərdə aparılan tikinti-bərpa işlərində geniş istifadə edilən materiallardır. Bu məhsulların bölgədə istehsalı tikinti layihələrinin materialla yerindən təminatına və daşınma xərclərinin azalmasına imkan yaradır.

İtaliya, Almaniya, Türkiyə və Çinin aparıcı şirkətlərinin avadanlığının quraşdırıldığı müəssisədə məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da nəzərdə tutulur.

Hazırda burada 26 nəfər çalışır. Müəssisə tam gücü ilə işə düşəndən sonra daimi iş yerlərinin sayı 100-ə çatdırılacaq.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin ölkənin iqtisadi məkanına reinteqrasiyası istiqamətində dövlət başçısının rəhbərliyi ilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Sənaye parklarında yaradılan infrastruktur, vergi və gömrük güzəştləri, Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli maliyyələşmə və zəmanət mexanizmləri özəl sektorun regiona investisiya yatırmasını stimullaşdırır.

Prezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - YenilənibPrezident Ağdama getdi - Fotolar - Yenilənib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 176   Tarix: 07 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

14:54 125
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

10:26 247
.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

17:20 0
.

FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira

16:34 29
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. BİG.AZ xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

15:29 118
.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

17:16 0
.

Prezident Ağdama getdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 6 hektarda

13:40 164
.

39 yaşlı kişinin meyiti bağda tapıldı

Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

06.11.2026 367
.

Veteran: "Bizə döyüşən əllərdən daha çox düşünən beyinlər lazımdır"

"Mənim kimi döyüşəcək kifayət qədər insan tapmaq olar. Amma savadlı, düşünən və idarəetmə bacarığı olan beyinlərə daha çox ehtiyacımız var". Bunu BİG.AZ-a Vətən Müharibəsi veteranı Araz Rəhimov bildirib. O, qeyd edib ki, bir əsgər şəhid olduqda onun yerini tutacaq başqa bir döyüşçü tapıla bilər

12:40 208
.