Azərbaycanda "YouTube" kanallarına qarşı hücum var?
"Azərbaycanda "YouTube" kanallarına qarşı hücum var. Mənə verilən məlumatlara görə, son həftələrdə artıq bir neçə məşhur "YouTube" kanalı kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra "Bitcoin" qarşılığında hərracda satışa çıxarılır. Hazırkı hədəf yerli media orqanlarıdır".
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı texnobloger Fərid Pərdəşünas sosial media hesabında məlumat paylaşıb.
Bloger bildirib ki, bu u oğurluq növü məşhur növdən olan brauzerin kuki fayllarının oğurlanmasıdır:
"Bir neçə günlük araşdırmalarım və sorğular əsasında müəyyən etdik ki, hazırda edilən hücum növü fişinq və sosial mühəndislik üsulu deyil. Zərərçəkənlər qeyd edir ki, heç bir linkə daxil olmadıqları təqdirdə, ən üst səviyyə qorumaları aktiv olduğu halda belə kanalları oğurlanıb.
Bu oğurluq növü məşhur növdən olan brauzerin kuki fayllarının oğurlanmasıdır. İllərdir bu metod kibercinayətkarlar tərəfindən istifadə edilir. Kompüterə salınan zərərli bir proqram vasitəsilə brauzerin bütün kuki faylları oğurlanır və cinayətkar da heç bir şifrə, mail daxil etmədən hesabları ələ keçirir.
"Google"un Təhdid Analiz Qrupu məlumatı təsdiqləyib. 2021-ci ildən belə bir hücum növü geniş yayılmağa başlayıb.
Əgər əməkdaşlarınız arasında saxta əməliyyat sistemi, saxta proqram təminatı istifadə edən varsa, kanalınız təhlükə altında ola bilər. Bu hücum növündən qorunmağın yeganə yolu pirat proqram təminatları və ƏS-lərindən uzaq qalmaqdır. Hansısa pullu məhsulu kimsə sizin üçün pulsuz verirsə, bu xeyirxahlıq üçün olmur".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1413 Tarix: 12 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877 Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə
16.09.2021 877 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801