Gənc oğlan gecəyarısı qonşusunun yataq otağına boylandı, qadın isə... - Paytaxtda şok olay

Gənc oğlan gecəyarısı qonşusunun yataq otağına boylandı, qadın isə... - Paytaxtda şok olayBakının Sabunçu rayonunda 1990-cı il təvəllüdlü Bəhruz qonşusu Şirvana (adlar şərti verilib - red.) xəsarət yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, hadisə 3 avqust 2021-ci ildə saat 9 radələrində baş verib.

Bəhruz yaşadığı küçədə, evinin qarşısında qonşusu Şirvanla 1 gün əvvəl pəncərəsini taxta ilə taqqıldadaraq arvadı Gülşəni narahat etməsi səbəbindən mübahisə edib.

Mübahisə zamanı Bəhruz üzərində olan turist bıçağı ilə Şirvanın qarın və döş qəfəsi nahiyələrindən 4 zərbə vurub.

İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

"Məndən gizlətdiyini bildirdi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qonşuluqda yaşayan Şirvanla əvvəllər hər hansı bir ədvəti və ya düşmənçilik münasibəti olmayıb: "Avqustun 2-də saat 17 radələrində işdən evə gələrkən arvadım mənə qonşuluqda yaşayan Şirvanın gecə saatlarında yaşadığımız evin pəncərəsini taxta ilə döyərək onunla mübahisə etdiyini bildirdi.

Gülşəndən bu hərəkətlərin qarşılığında nə etdiyini soruşdum. O, da polisəməlumat verdiyini bildirdi. Həmçinin arvadım Şirvanın bu hərəkətləri son bir ayda 3-4 dəfə təkrarlandığını, lakin əsəbləşməməyim üçün məndən gizlətdiyini bildirdi".

"Üzr istədi"

Bəhruz qeyd edib ki, Şirvanın etdiyi hərəkətlərə görə əsəbləşib və onunla söhbət etmək üçün yaşadığı evin həyət darvazasını döyüb:

"Şirvanın atası Vəli qapıya çıxaraq məndən nə istədiyimi soruşdu. Şirvanın hərəkətləri barədə ona məlumat verdim. Vəli Şirvanın evdə olmadığını dedi, oğlunun hərəkətlərinə görə məndən üzr istədi. Vəliyə oğlunun etdiyi hərəkətlərə görə narahat olduğumu dedim, 1 ay ərzində bununla bağlı tədbir görmədiyinə görə Vəlini tənqid etdim. Sonra yaşadığım evə getdim".

"Arvadımı narahat etdiyini soruşdum"

Bəhruzun ifadəsinə görə, avqustun 3-də saat 9 radələrində yaşadığı evin həyət darvazsından çıxıb və hasara bərkidilmiş qaz sayğacının işləyib-işləmədiyinə baxıb:

"Bu zaman Şirvanın öz darvazaları qarşısında avtomobilin içərisində oturduğunu, qardaşı Əlinin isə avtomobilin yanında dayandığını gördüm. Qaz sayğacına baxdıqdan sonra yaşadığım evin mətbəxindən özümə məxsus qatlanan cib bıçağını götürüb cibimə qoydum. Sonra evdən çıxıb Şirvana yaxınlaşdım.

Şirvana söhbət etmək istədiyimi, qardaşı Əliyə isə onunla təklikdə danışacağımı bildirdim. Şirvana hansı səbəbdən yaşadığım evin pəncərəsini taxta ilə döyərək arvadımı narahat etdiyini soruşdum.

Şirvan pişiyin hasara çıxdığını, özünün də pişiyə görə hasara çıxdığını bildirdi. Mən bu hərəkətlərin son 1 ay ərzində dəfələrlə təkrar oldunduğunu bildirdim. Şirvan arvadımın ona məxsus həyətə baxdığını və Gülşənin onu çağırdığını dedi. Bu sözlərə inanmadım. Dedim, Gülşən səni çağırsaydı, polisə və valideynlərinə məlumat verməzdi".

"Arvadıma böhtan atdığı üçün əsəbiləşdim"

Təqsirləndirilən şəxs deyib ki, bu zaman Şirvan ona əl hərəkəti ilə çıxıb getmək üçün yol göstərib, özü də getmək istəyib:

"Mən də Şirvanın hərəkətlərinə və arvadıma böhtan atdığı üçün əsəbiləşdim. Cibimdən bıçağı çıxararaq onun kürək nahiyəsindən bir neçə dəfə zərbə endirdim. Şirvanın bədənindən qan axdığını gördükdə əsəbim sakitləşdim. Ona daha bir neçə dəfə zərbə endirmək fikrimdən daşındım.

Şirvan qışqıraraq qardaşı Əlini çağırdı. Əli gəldikdən sonra Şirvan onunla birlikdə avtomobilə əyləşərək getdi".

"Baş verənləri izah etdim"

Cinayət işi üzrə zərərçəkmiş Şirvanın sözlərinə görə, onun yaşadığı evin həyəti ilə Bəhruzun yaşadığı evin yataq otağı yanbayandır: "Hadisədən bir neçə gün əvvəl həyətdə gəzərkən Bəhruzun yaşadığı evdən bir nəfərin həyətimə baxdığını gördüm. Hava qaranlıq olduğundan pəncərədən baxan şəxsin Bəhruz olduğunu düşündüm. Yerdən taxta götürərək pəncərəni taqqıldatdım.

Bundan sonra Bəhruzun arvadı yaşadığım evin həyətinə gəldi, hansı səbəbə görə gecə saatlarında pəncərəni taxta ilə taqqıldatdığımı soruşdu. Mən də Gülşənə pəncərədən baxan şəxsin Bəhruz olduğunu zənn etdiyimi, taxta ilə pəncərəni döyərək gecə saatlarında yaşadığım evin həyətinə baxmamağı barədə xəbərdarlıq etmək istədiyimi bildirdim.

Gülşənlə mübahisə etdikdən sonra o, yaşadığı evə getdi. Bir qədər sonra 15-ci polis bölməsinin əməkdaşları gəldi. Polislər məndən nə baş verdiyini soruşdu. Mən də baş verənləri izah etim".

"Fit çaldığımı soruşdu"

Şirvan qeyd edib ki, avqustun 3-də saat 9 radələrində həyət darvazasının qarşısında qardaşı ilə olan zaman Bəhruzun öz həyətindən çıxdığını görüb: "Avtomobilin içərisində oturmuşdum, qardaşım da orada dayanmışdı. O, hasara bitişik qaz sayğacına baxıb evə daxil oldu. Bir az sonra yenidən çölə çıxaraq mənə yaxınlaşdı. Mənimlə təklikdə söhbət etmək istədiyini bildirdi.

Etiraz etmədim, Bəhruzla birlikdə bir qədər kənara çəkildik, ondan nə baş verdiyini soruşdum. Bəhruz hansı səbəbə yaşadığı evin pəncərəsini döyüb fit çaldığımı, səbəbsiz yerə arvadımın üzünə baxaraq güldüyümü, qeyri-etik sözlər ilətdiyimi soruşdu.

Deyilənlərin yanlış olduğunu bildirdim, hadisənin mahiyyətini Bəhruza izah etdim. Ona getməyi məsləhət gördüm. Bəhruz isə cibindən bıçağı çıxararaq kürək nahiyəmə bir neçə bıçaq vurdu. Qan axdığını gördükdə kənara çəkildi. Mən isə qışqırdım və qardaşımı çağırdım.

Bəhruz yaşadığı evə getdi. Qardaşımla avtomobilə əyləşdim və xəstəxanaya getdik".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Bəhruzun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Bəhruz 2 il sınaq müddəti olamaqla 2 il 11 ay 28 gün müddətinə şərti cəza verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2254   Tarix: 12 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah da yağış yağacaq

Noyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanı

13:24 192
.

Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,

16:40 168
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

20:22 164
.

Prezident Ağdama getdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 6 hektarda

13:40 201
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

22:30 103
.

Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ

Türkiyə Meteorologiya Baş İdarəsi həftəsonu ölkə ərazisində təsirli olacaq soyuq və yağıntılı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Türkiyə mətbuatına istinadla bildirir ki, proqnoza əsasən, havanın temperaturu nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Qara dəniz sahillərində intensiv yağış, ölkəni

16:37 218
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

14:34 199
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

20:45 148
.

Jurnalist Elnur Şükürov həbs edildi

Jurnalist Elnur Şükürov həbs edilib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq - ağırlaşdırıcı hallarda) və 188.1-ci (qanunl

16:31 193
.