Bakıda bu qədər silah haradandır? - Artan kriminal hallarla bağlı polis rəisindən AÇIQLAMA

Bakıda bu qədər silah haradandır? - Artan kriminal hallarla bağlı polis rəisindən AÇIQLAMAAzərbaycanda silahlı basqın və odlu silahla törədilən cinayətlərin sayının artdığı müşahidə olunur. Bu da İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan silahların bir qisminin mütəşəkkil cinayətkar qruplaşmaların əlinə keçməsi ilə bağlıdır.

Bu fikirləri Bakupost.az-a sabiq polis rəisi, polkovnik Əlövsət Əliyev bildirib.

Onun sözlərinə görə, müharibə şəraitindən istifadə edərək, qanunsuz yollarla odlu silah əldə edən şəxslər onları cinayətkarlara satırlar. Qeyri-qanuni silah alveri onilliklər ərzində problem olaraq qalacaq:

"Son günlər törədilən cinayətlər də qeyri-qanuni silahlarla bağlı problemin aktual olduğunu təsdiqləyir. Təcrübə göstərir ki, müharibə zamanı və ya müharibədən sonra odlu silah satışı və onun ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılması halları artır. Hətta 30 il əvvəl başa çatmış müharibələrdən qənimət kimi əldə olunmuş silahlar hələ də tam olaraq dövriyyədən çıxarılmayıb".

Ekspert vurğulayıb ki, qanunsuz odlu silah saxlama və silah qaçaqmalçılığının miqyasını təxmin etmək çox çətindir:

"Buna baxmayaraq Avropa Birliyinə üzv dövlətlərin hüquq-mühafizə orqanları mütəmadi olaraq qanunsuz əldə edilən silahların dövriyyəsi ilə bağlı hesabatlar hazırlayırlar. 2017-ci ildə Avropa Birliyi ölkələrində 35 milyon nəfərin qeyri-qanuni yollarla odlu silah əldə etdiyi təxmin edilirdi. Bu göstərici qanuni mülkiyyətdə olan odlu silahların sayından çoxdur".

Əlövsət Əliyev hesab edir ki, Azərbaycanda qanunsuz yolla odlu silahlar əsasən müharibə vaxtı döyüş bölgələrindən əldə edilib:

"Düşməndən qənimət kimi götürülən silahlar qeydiyyatdan gizlədilib. Eyni zamanda yaralanan, ölən və ya itkin düşən hərbçilərimizin döyüş zamanı yoxa çıxan silahları, habelə müharibə vəziyyətindən yaralanan, vəzifəsindən sui-istifadə edən hərbi qulluqcuların çıxdaş etdikləri silahlar qanunsuz dövriyyədədir. Qarabağ müharibəsi başa çatandan sonra "Odlu silahlarla bağlı yol xəritəsi " hazırlayıb hüquq-mühafizə orqanlarına gündərmişdim. Orada müharibə zamanı yoxa çıxdığı ehtimal olunan və ya qanunsuz olaraq əldə edilən silahların sayı və növünü, itdiyi tarixi müəyyən etməyin, həmin silahların izlənməsinin zəruriliyini qeyd etmişdim. Keçmiş təcrübəmə və izlədiyim məlumatlara əsaslanaraq deyə bilərəm ki, qanunsuz odlu silahların daşınmasında daha çox avtomobillərdən istifadə olunur. Həmin silahların satışı və saxlanması ilə mütəşəkkil cinayətkar qruplar və ya ayrı-ayrı şəxslər məşğul olur. Bu şəxslər əsasən keçmiş hərbçi və polislər, əsir və girovların qeyri-rəsmi danışıqlar yolu ilə dəyişdiriməsi ilə məşğul olan şəxslərdir".

Müsahibimiz bildirib ki, hazırda müharibə olan bütün ölkələrdə qeyri-qanuni odlu silahların sayı artmaqdadır:

"Avropada aparılan təhqiqatlara görə, Qərbi Balkan ölkələrindən qanunsuz yolla gətirilən odlu silahlar satılmaqda davam edir. Ukraynadan qaçaqmalçılıq yolu ilə AB-yə silah gətirilməsini iddia edənlər də az deyil. Münaqişələr və silah istehsalının artması odlu silahla törədilən cinayətlərin çoxalması riskini artırır. Buna görə də, birincisi, hüquq-mühafizə orqanları döyüş bölgələrindən qənimət kimi götürülən silahların hamısının qeydiyyata alınmadığını daim nəzarətdə saxlamalıdır. İkincisi, silahlarla bağlı qanunlar, eləcə də qanunsuz odlu silah saxlama faktına görə cəzalar sərtləşdirilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1176   Tarix: 11 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabah da yağış yağacaq

Noyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanı

13:24 192
.

Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,

16:40 168
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

20:22 164
.

Prezident Ağdama getdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 6 hektarda

13:40 201
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

22:30 103
.

Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ

Türkiyə Meteorologiya Baş İdarəsi həftəsonu ölkə ərazisində təsirli olacaq soyuq və yağıntılı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Türkiyə mətbuatına istinadla bildirir ki, proqnoza əsasən, havanın temperaturu nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Qara dəniz sahillərində intensiv yağış, ölkəni

16:37 218
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

14:34 199
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

20:45 148
.

Jurnalist Elnur Şükürov həbs edildi

Jurnalist Elnur Şükürov həbs edilib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq - ağırlaşdırıcı hallarda) və 188.1-ci (qanunl

16:31 193
.