"Ötən dövrdə ombudsman dövlət qurumları və vətəndaş cəmiyyəti institutları əməkdaşlıqda əhəmiyyətli irəliləyişlər əldə edib" - DEPUTAT

"Ötən dövrdə ombudsman dövlət qurumları və vətəndaş cəmiyyəti institutları əməkdaşlıqda əhəmiyyətli irəliləyişlər əldə edib" - DEPUTAT"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) öz mandatına uyğun olaraq insan hüquq və azadlıqları sahəsində öz səmərəli fəaliyyətini davam etdirməkdədir. Ötən il ərzində insan hüquq və azadlıqlarının qorunması, sosial ədalət prinsiplərinin təmin edilməsi sahəsində müasir çağırışlara və beynəlxalq meyarlara uyğun olaraq fəaliyyətini daha da inkişaf etdirib".

Bunu Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, ombudsmanın ilk növbədə, Ermənistan tərəfindən hüquqları pozulan Azərbaycan vətəndaşlarının mənafeyinin beynəlxalq miqyasda müdafiəsi, eyni zamanda dövlətimizin milli maraqlarının təmin edilməsi, həmçinin Ermənistandan deportasiya olunan və qaçqın düşən azərbaycanlıların hüquqlarının bərpası istiqamətində gördüyü ardıcıl tədbirləri xüsusi qeyd etmək lazımdır:

"İndiyə qədər Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə və terror cinayətləri, eləcə də ekoloji cinayətlərlə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına ünvanlanmış müraciətlər də təsdiq edir ki, Ombudsman üçün başlıca prinsiplərdən olan Azərbaycan dövlətinin milli maraqları strateji fəaliyyət hədəfi kimi xüsusi diqqətdə saxlanılır. Eyni zamanda, bu qurum Ermənistanın dünya ictimaiyyətini çaşdırmaqla Azərbaycana qarşı yanlış fikir formalaşdırmaq məqsədi daşıyan qərəzli açıqlamalarının, saxta informasiya təşviqatının qarşısını alınmasında və ifşa olunmasında da prinsipiallıq nümayiş etdirməkdədir.

Ombudsmanın təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə təşkil edilmiş beynəlxalq əhəmiyyətli tədbirlərlə yanaşı, beynəlxalq tədbirlərdə iştirak etməklə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müsbət təcrübə mübadiləsi, keçmiş qaçqın və məcburi köçkün soydaşlarımızın hüquqlarının müdafiəsi, habelə Azərbaycan həqiqətlərinin təbliği və dünya ictimaiyyətinə çatdırılması baxımından tədbirləri də əhəmiyyətli hesab etmək olar".

Deputat vurğulayıb ki, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi. Beynəlxalq və Avropa Ombudsmanlar institutları və digər təşkilatlarla sıx əməkdaşlıq Azərbaycan Ombudsmanının nüfuzunun artmasında mühüm rol oynayıb:

"Ötən dövrdə Ombudsman dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və xarici həmkarlarla əməkdaşlıqda əhəmiyyətli irəliləyişlər əldə edib. Paytaxtda və bölgələrdə insan hüquqlarının təmini vəziyyətinin monitorinqin aparılması, aşkar edilmiş problemlərin yaranma səbəblərinin təhlil edilərək onların həlli istiqamətində aidiyyəti qurumlara təklif və tövsiyələrin verilməsi, nöqsan və çətinliklərin aradan qaldırılması və pozulmuş hüquqların bərpasına nail olunması Ombudsmanın fəaliyyətinin cəmiyyət həyatının bütün sahələrini əhatə etməsini göstərir.

Eləcə də qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılıqla mübarizə sahəsində Müvəkkilin gördüyü işlər öz mühüm səmərəsini veribdir. Ombudsmanın humanizm prinsiplərinə söykənərək vəsatəti sayəsində məhkumların azad olunması da vətəndaş mənafelərinə xüsusi diqqətin nümunəsidir. Məhkumların və onların ailə üzvlərinin əfv haqqında müraciətlərini nəzərə alaraq, müntəzəm şəkildə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciətlər edən Ombudsmanın bu humanizmi sayəsində yüzlərlə məhkum cəzasını cəkməkdən azad edilib, yüzlərlə məhkumun cəzası yarıyadək azaldılıb. Eləcə də şəxsən Səbinə xanım Əliyevanın birbaşa cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına və internat tipli təhsil müəssisələrinə baş çəkərək məhkumların sağlamlığı, saxlanma vəziyyəti ilə yerindəcə tanış olması təqdiredilməlidir.

Ombudsmanın insan hüquq və azadlıqlarının qorunması ilə bağlı cəmiyyətdə geniş hüquqi maarifləndirmə və təşviqat tədbirləri də ötən il əhəmiyyətli olub və bu hər bir vətəndaşın hüquqlarına xüsusi diqqətin bariz nümunəsi sayıla bilər.
Çıxışımın sonunda Müvəkkilin 2022-ci ildəki fəaliyyətini səmərəli və ölkəmizin milli maraq və mənafelərinin qorunması, vətəndaş hüquqlarının etibarlı müdafiəsi baxımından müsbət qiymətləndirdiyimi diqqətə çatdırmaq istərdim. İnanıram ki, Ombudsman qarşıdakı dövrdə də fəaliyyətini bu ali prinsiplər üzərində davam etdirərəcəkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 608   Tarix: 09 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tokayev: Astana Tacikistanın BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyəcək

Qazaxıstan 2028-2029-cu illər üçün BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvlüyünə seçilməsi üçün Tacikistanın namizədliyini dəstəkləyəcək. "Report" "Akorda"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Tacikistan Prezidenti Emoməli Rahmonl

15:50 175
.

FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira

16:34 177
.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

17:20 171
.

Prezident Ağdamda zeytun ağacı əkdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub. "Qafqazinfo" xəbər verir ki, "Aqroinkişaf 2017" MMC-nin direktoru Ruslan Sadıxov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirildi ki, şirkət tərəfində

14:46 181
.

İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı

21:00 157
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

19:10 195
.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

15:04 169
.

Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər

Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d

19:40 172
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

22:30 124
.