Bir video ilə məşhurlaşan 13 yaşlı məktəblini tanıyaq - FOTOLAR

Bir video ilə məşhurlaşan 13 yaşlı məktəblini tanıyaq - FOTOLARXınalıq kəndindən olan balaca İbrahim son günlər sosial şəbəkələrin Azərbaycan seqmentinin qəhrəmanına çevrilib. Onun polşalı blogerlə ingilis dilində danışaraq qədim Xınalıq kəndi haqqında ətraflı məlumat verməsi diqqət çəkir. Xınalıq kəndinə səyahət edən bloger həmin videogörüntüləri internetdə paylaşdıqdan sonra İbrahim qısa müddətdə sosial şəbəkələrdə məşhurlaşıb.

BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, İbrahim Zeynalovun 13 yaşı var. Rüfət Kəlbiyev adına Quba rayon Xınalıq kənd tam orta məktəbinin VI sinifində təhsil alır.

İbrahimin əcnəbi turistlə təcrübəli bələdçi kimi danışması təsadüfi deyil. Çünki onun atası Bəhmən Zeynalov 11 ildir Dövlət Turizm Agentliyinin tabeliyində olan "Xınalıq" Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda ekskursiyaçı-bələdçi vəzifəsində çalışır.

"Sosial şəbəkələrdə yayılan həmin video 2022-ci ilin noyabrında çəkilib. Polşadan olan bloger rusiyalı tanışı ilə birgə kəndimizə qonaq gəlmişdi. Amma polşalı rus dilini yaxşı bilmirdi. Ona gərə ingilis dilində danışmağa üstünlük verirdi. Onlara bələdçilik edirdim. Amma oğlum İbrahimin də ingilis dilində danışdığını görüb onunla birlikdə kəndi gəzmək qərarına gəldi. Ekskursiya zamanı İbrahimdən müsahibə də alıb. Belə hallar tez-tez olur. İbrahim həm xarici dili, həm də Xınalığın tarixini və etnoqrafiyasını yaxşı bilir", - deyə Bəhmən Zeynalov söyləyib.

O bildirib ki, İbrahim intellekti və dünyagörüşü ilə həmyaşıdlarından fərqlənir. İngilis dilində filmlərə baxır, kitab oxuyur. Kəndə əcnəbi qonaqlar gələndə onlarla asanlıqla ünsiyyət qurur: "Dərslərini, ev tapşırıqlarını hazırladıqdan sonra, əsasən də həftəsonları və istirahət günlərində İbrahim mənlə birlikdə olur. Mən xarici turistlərə bələdçilik etdiyimdən, oğlum da onlarla ünsiyyət qurur. Demək olar ki, bələdçilik sahəsində müəyyən təcrübəsi var. Ona öyrətmişəm ki, turistlərə dəqiq bildiyi və faktlara əsaslanan məlumatları versin. Bilmədiyi şeylər barədə danışmasın. Məktəbdə də tarixi mükəmməl oxuyur. Bədii ədəbiyyatı çox oxuyur. Xınalıq kəndinin tarixini də yaxşı bilir".

İbrahim böyüyəndə ölkəmizin nüfuzlu universitetlərinin birində təhsil alaraq hüquqşünas olmaq istəyir.

"Mən polşalı, hindistanlı, pakistanlı və başqa ölkələrdən olan turistlərə kəndimiz haqqına məlumat vermişəm. Onlarla ünsiyyət qurmaqda məqsədim ingiliscə danışığımı təkmilləşdimək olub. Xarici vətandaşlarla ingilis dilində danışdıqca özümü inkişaf etdirirəm. Bir gün atam sosial şəbəkələrdə yayılan videonu mənə göstərib dedi ki, məşhur olmusan. Amma məşhur olmaq niyyətim yoxdur. Mən həmin videoya baxanda sevindim ki, ingilis dilində danışığım xeyli təkmilləşib", - deyə İbrahim Zeynalov söyləyib.

İbrahimin ingilis dili müəllimi İldırım Zeynalov da Xınalıq kəndinin sakinidir. O, və həyat yoldaşı Aygül müəllimə Xınalıq kənd tam orta məktəbində İngilis dili fənnini tədris edirlər.

İldırım Zeynalov: "İbrahim nadir istedada malikdir. Təkcə xarici dil bilikləri ilə deyil, intellekti və dünyagörüşü ilə də fərqlənir. Biz həm də İbrahimgillə qonşuyuq. Məktəbdən əlavə də ingilis dili ilə bağlı nəsə sualı yaranarsa, bizə gəlir. Yoldaşım Aygül müəllimə ona xarici dilinin qrammatikasını səlis öyrənməyə kömək edir. Son illər Xınalıq kəndində uşaqların xarici dil öyrənməyə marağı artıb. Sevindirici haldır ki, uzun illərdən sonra ilk dəfə Xınalıq kəndindən bir qız məzunumuz ali məktəbə qəbul olundu. İngilis dili ixtisası üzrə təhsil alan həmin məzunumuz artıq Quba şəhərində müəllim kimi fəaliyyətə başlayıb".

Zeynalovlar ailəsi 5 nəfərdən ibarətdir. İbrahimin özündən kiçik bir bacısı və bir qardaşı var.

Xınalıq kəndi Qubaya gələn turistlərin ən çox səfər etdiyi məkanlardandır. Dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir.

Bir video ilə məşhurlaşan 13 yaşlı məktəblini tanıyaq - FOTOLARBir video ilə məşhurlaşan 13 yaşlı məktəblini tanıyaq - FOTOLARBir video ilə məşhurlaşan 13 yaşlı məktəblini tanıyaq - FOTOLARBir video ilə məşhurlaşan 13 yaşlı məktəblini tanıyaq - FOTOLARBir video ilə məşhurlaşan 13 yaşlı məktəblini tanıyaq - FOTOLARBir video ilə məşhurlaşan 13 yaşlı məktəblini tanıyaq - FOTOLARBir video ilə məşhurlaşan 13 yaşlı məktəblini tanıyaq - FOTOLARBir video ilə məşhurlaşan 13 yaşlı məktəblini tanıyaq - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2015   Tarix: 09 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tokayev: Astana Tacikistanın BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyəcək

Qazaxıstan 2028-2029-cu illər üçün BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvlüyünə seçilməsi üçün Tacikistanın namizədliyini dəstəkləyəcək. "Report" "Akorda"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Tacikistan Prezidenti Emoməli Rahmonl

15:50 175
.

FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira

16:34 177
.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

17:20 171
.

Prezident Ağdamda zeytun ağacı əkdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub. "Qafqazinfo" xəbər verir ki, "Aqroinkişaf 2017" MMC-nin direktoru Ruslan Sadıxov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirildi ki, şirkət tərəfində

14:46 181
.

İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı

21:00 157
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

19:10 195
.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

15:04 169
.

Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər

Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d

19:40 172
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

22:30 124
.