Şəhərdəki "kofeşop"ların sayı artır: Qəhvə sevgisi nə zaman yarandı? - ARAŞDIRMA

Şəhərdəki "kofeşop"ların sayı artır: Qəhvə sevgisi nə zaman yarandı? - ARAŞDIRMA"Qəhvə içmək ənənəsi məndə illərdir var. Gün ərzində bir fincan içirəm. Qəhvənin tibbi baxımdan insana enerji verdiyi iddia edilir. Mən və bir çox iş adamları üçün səhər qəhvəsi ritualdır. Günümüz olduqca sürətli və dolu keçdiyinə görə özümüzlə və fikirlərimizlə baş-başa qalmağa zaman olmur. Mənim üçün səhər qəhvəsi özümlə zaman keçirmə şansıdır. Qəhvə içmədiyim gün düşünürəm ki, özümə zaman ayırmamışam, sakitcə planlarımı düşünməmişəm. Bir gözəl fikir var: "Səhər qəhvənizə keçmişin xatirələrini deyil, gələcək ümidlərinizin şəkərini daxil edin".

Bu sözləri "Kaspi" qəzetinə günə hər zaman bir fincan qəhvə ilə başlayan peşəkar idarəçi və biznes məsləhətçisi Fəxri Ağayev dedi.

F.Ağayevdə illərdir bu ənənə var. Amma ölkəmizdə qəhvə sevgisi yeni olanlar daha çoxdur. Qəhvə içənlərin sayı günü-gündən artır, bunun sayəsində son 2-3 ildə şəhərdəki "kofeşop"ların sayının da çoxaldığını müşahidə edirik.

"Kofeşop" sahibi Emil Kərimov deyir ki, gənc nəslin qəhvəyə marağı olduğu üçün bu içki növünə tələb get-gedə artır:

"Qəhvə içənlərin 90 faizdən çoxu 30-35 yaşdan aşağı şəxslərdir. Ondan yuxarı şəxslər çox azdır. Bir səbəb budur ki, gənclər qəhvəni sevirlər. Digər tərəfdən, zamanla qəhvə mədəniyyəti ölkəmizdə inkişaf edir. Böyük "kofeşop"ların bu sahənin genişlənməsində rolu oldu. Eyni zamanda, karantin dövründə "take away" (al-götür) yerlərindən alış-veriş artdı. Restoranlar bağlı idi, adamlar ayaq üstü yeyə, içə biləcəkləri qidaları alırdılar. Həmin dövrdə "kofeşop"lar da artdı".

Barista (qəhvə hazırlayan) Pərvin Dunayoğlu deyir ki, əvvəllər də Azərbaycanda qəhvə içənlər var idi, amma indiki qədər deyildi:

"2018-ci ildən sonra bizdə geniş yayıldı. Arada pandemiya oldu, 2021-2022-ci illərdə çox sürətləndi. Hələ də davam edir. "Kofeşop" arzusu olanlar fəaliyyətə keçməyə başlayıblar. Kiçik "kofeşop" açmağa maraq göstərənlərin, barista olmaq istəyənlərin sayı da artıb".

P.Dunayoğlu bildirdi ki, qəhvə ilə tanışlıq yarandıqca bu içkiyə maraq da artdı:

"Bir şəxs qəhvənin dadına baxır, bir neçə dəfə içəndən sonra davamlı istifadə etməyə başlayır. Alışqanlıq sadə qəhvə içməkdən zövq alanlarda daha çox olur. Əgər acı qəhvədən zövq alırsa, davamlı içir. Ancaq südlü qəhvələrə süd, sirop, şəkər vurulur, qəhvənin təbii dadı azalır".

Barista yeni yaranan ənənə olduğu üçün bizdə acı deyil, südlü qəhvənin daha çox içildiyini də dedi:

"Südlü qəhvələr – "Kapuçino", "Latte" daha çox istifadə olunur. "Espresso", "Americano" sadə qəhvə olduğu üçün çox az içilir. Çünki qəhvə bizim ölkədə indi-indi geniş yayılır, insanlar hələ acı qəhvələrə o qədər də öyrəşməyiblər. Südlü qəhvələri test edirlər, dadına baxırlar. Belə davam edənləri daha çoxdur".

Qəhvəni görüntü üçün içənlərin daha çox olması ilə bağlı fikir də səsləndirilir. P.Dunayoğlu bununla razılaşmır:

"Görüntü üçün olsa, adam arada-sırada bir dəfə içər. Davamı, gündəlik içənlər çoxalıb. Qəhvə qiymətləri 6-7-8 manatdır. Elə müştəri olur ki, gün ərzində 2-3 dəfə alır. Qiymət baxımından da görüntü üçün içdiklərini demək olmaz".

Hətta bəzən gün ərzində 3-4 fincan və daha çox qəhvə içənlərə də rast gəlirik. Çayla bağlı deyimlərdə "3-ü bəsdir" deyirik. Bəs qəhvənin neçəsinə "bəs" deməliyik?

Şövkət İsmayılzadə qəhvə həvəskarlarındandır. Deyir ki, bir müddət çox içdiyi üçün sağlamlığında problem də yaranıb:

"Son 3 ildir ki, gündəlik qəhvə içirəm. Həm dadı xoşuma gəlir, həm də günə gümrah başlamaq üçün yaxşıdır. Sadəcə, bir müddət daha çox içdim. Günə 3-4 fincan olurdu. Ürək döyüntülərim artdı, həkim qəhvəni qadağan etdi. 2 həftə fasilə verdim, sonra yenidən başladım. İndi çox içməməyə çalışıram. Gündə 1, maksimum 2 fincan kifayət edir. Gündəlik çox su içirəm ki, bədənimdəki kofeini atsın".

Diyetoloq Turxan Baratzadə bildirdi ki, normal miqdarda qəbul edəndə, qəhvə zehni açır, oyanıqlığı, enerjini artırır, alzheimerə qarşı faydalıdır, yağ yandırmağa köməyi olur. Ancaq normanın keçilməsi asılılıq yaradır:

"Qəhvəyə orqanizmə nə qədər kofein qəbul edilməsi kimi yanaşaq. Gün ərzində 300 milliqram kofein normaldır. Dəmindən asılı olaraq 1 stəkan çayda kofeinin miqdarı 40-80 qramdır. Qəhvədə isə təxminən 100 milliqram. Ancaq gündə 700 milliqramın üzərindədirsə, artıq asılılıq səviyyəsidir".

T.Baratzadənin sözlərinə görə, bir adam "qəhvə içmədən oyana bilmirəm" deyirsə, deməli, qəhvə asılılığı yaranıb. Bu adamlar gün ərzində boş vaxtlarını kofeinli içkilərlə doldurmağa başlayırlar. Asılılıq isə siqaret çəkən insanlarda daha tez yaranır:

"Orqanizmdə nikotinlə birləşən kofeinin asılılıq yaratma ehtimalı daha yüksəkdir".

Diyetoloq bildirdi ki, qəhvənin gündəlik normadan artıq içilməsi orqanizm üçün zərərli ola bilir:

"Davamlı çox içirsiniz, sonra içməyəndə, bu zaman baş ağrısı, yuxululuq, yuxusuzluq, əsnəmə, motivasiya əskikliyi, halsızlıq, əsəbilik, düşünmədə yavaşıma və s. olur. Bu da işə təsir edir. Adam qəhvə içməsə, işləyə bilmir. Gündəlik normadan çox qəbul edilirsə, asılılıq çoxdursa, bu, insanda xəstəliklər də yarada bilir. Kalsium əskikliyi, ürək ritmi pozğunluqları, qanda şəkərin və xolesterinin yüksəlməsi, mədə xorası riski, depressiya kimi xəstəliklərə də səbəb olur".

T.Baratzadə qeyd etdi ki, qəhvə asılılıqdan qurtulmaq üçün ən yaxşı vasitə bitki çayları və su qəbuludur.

Qısası, qəhvə gözəldir, amma normasında. Bu halda faydasını görərik, nəinki zərərini.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1249   Tarix: 05 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20.09.2026 256
.

Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı

Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq

20.09.2026 223
.

Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin

Son dövrlərdə şəhərdaxili nəqliyyatda tez-tez rast gəlinən və sürücülərin ani reflekslərini hədəf alan yeni bir oğurluq üsulu avtomobil və yol təhlükəsizliyi mütəxəssislərinin radarından yayına bilməyib. Avtomobilin qanad bölgəsinə yerləşdirilən sadə bir plastik butulka ilə qurulan bu üsul sürücüləri

27.09.2026 159
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

20.09.2026 197
.

Avropada elmə məlum olmayan iki balaca ilbiz tapıldı

Monteneqroda əvvəllər elmə məlum olmayan iki yeni ilbiz növü aşkarlanıb. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Yeni növlər olduqca kiçikdir və onların qabıqlarını qapı kimi bağlamağa imkan verən xüsusi anatomik quruluşu var. Növlərdən biri Komarnitsa kanyonunda yaşayır. Tədqiqatçıla

27.09.2026 143
.

Bədənin əsl yaşı gözlərdə gizli imiş

Cənubi Koreyada aparılan yeni bir araşdırma gözün arxa hissəsindəki torlu qişanın (retinanın) bədənin qocalma sürəti haqqında mühüm ipucları daşıya biləcəyini ortaya qoyub. Təxminən 30 min retina görüntüsündən yararlanan elm adamları göz müayinələrindən insanın yaşı və ümumi sağlamlıq durumu ilə əlaqəl

26.09.2026 164
.

Rusiyada muzeydə ziyarətçi şəkilə baxanda gözlərinə inanmadı: Şüşədə naməlum qadın üzü GÖRÜNDÜ

Rusiyadakı muzeylərdən birində ziyarətçi eksponatların yaxınlığında "xəyalət" olduğunu iddia edib. xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb. Qazaxıstanlı turist Nərgizə Sankt-Peterburq şəhərində yerləşən Leninqradın mühasirəsi muzeyində olarkən blokad

27.09.2026 113
.

Gələcəyin peşələri AÇIQLANDI - Kim seçsə, ömür boyu çörəyi olacaq

"PeşəFest" çərçivəsində gələcəyin peşələri sırasında barista, Əşyaların İnterneti (IoT) və UI/UX dizayn və digər istiqamətlər də təqdim olunur. Bu sahələrin bir qismi Azərbaycanda artıq əmək bazarında istifadə olunur. Lakin həmin ixtisaslara yiyələnən şəxslərin iş tapmaq imkanları və bu sahələrd

27.09.2026 316
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21.09.2026 375
.