Ekspertdən bayram alış-verişi ilə bağlı tövsiyə: "Bazarda bir az çox gəzin" - RƏY
İlaxır çərşənbəyə, Novruz bayramına az bir müddət qalıb. Bayram süfrəsi açmaq üçün insanlar indidən bazarlara üz tuturlar. Bayrama yaxın qiymətlərin artacağından narahat olduqlarından öncədən alış-verişə başlayıblar. Güman edirlər ki, bayrama az bir müddət qalmış əsas məhsulların qiymətlərində kəskin bahalaşma müşahidə olunacaq.
Bəs görəsən, hansı məhsulların qiymətində artım müşahidə olunur?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, sahibkarlar tələbin artmasını nəzərə alaraq qiymətləri qaldırırlar:
"Bizdə bayram adətlərinə görə, süfrəmizin daha bol və çeşidli olması ənənədir. Bu da insanların bayram ərəfəsində daha çox ərzaq almalarına tələb yaradır. Ənənəvi olaraq sahibkarlar, ticarətlə məşğul olan insanlar tələbin artmasını əsas götürərək qiymətləri artırırlar. Yəni tələb artdıqca qiymət də artır".
E.Kərimli qeyd edib ki, bayram yarmarkaları təşkil olunsa, bahalaşmanın qarşısı alınar:
"Bayramda bəzi qida məhsulları üzərində qiymət artımı müşahidə olunacaq. Meyvə-tərəvəz və quru meyvələrdə daha çox müşahidə olunacaq. Yəni bayram süfrəsində istifadə olunan əsas ərzaq məhsulları üzərində bahalaşmanı müşahidə edəcəyik. Bu səbəbdən də əvvəlcədən tədarük görülməlidir.
Hökumət bununla bağlı bayram yarmarkalarını təşkil etsə, yaxşı olar. Bununla daha ucuz və keyfiyyətli ərzaq əldə etmək olar. Daha məqsədəuyğun olar. Nəticədə bahalaşmanın qarşısı alınar".
İqtisadçı-ekspert Fuad İbrahimov qeyd edib ki, bahalaşma ticarət dünyasının fəndidir:
"İstənilən bayram ərəfəsində müəyyən məhsulların qiymətində bahalaşma olur. Bu, ticarət dünyasının irəli sürdüyü fəndlərdən biridir. Xüsusən də bayram süfrəsində daha çox istifadə olunan ərzaq və ya qeyri-ərzaq məhsullarında bahalaşma müşahidə oluna bilər. Bu proseslərə artıq təəccüblənmir, təbii hal kimi qəbul edirik".
F.İbrahimov əlavə edib ki, bayram ərəfəsində hər zaman bahalaşma müşahidə edəcəyik:
"Dünya bazarında da bahalaşma gedir. İnflyasiya öz təsirini göstərir. Bahalaşma təkcə bizdə yox, digər ölkələrdə də müşahidə olunur. Bayram ərəfəsində istifadə olunacaq məhsulların qiymətində artım müşahidə olunur. Çünki sahibkarlar başa düşürlər ki, hər bir ailəyə həmin məhsul lazımdır. Bundan istifadə edirlər. Bu nöqteyi-nəzərdən ticarət fəndini irəli sürürlər".
İqtisadçı bazarlarda kəskin bahalaşma müşahidə olunacağını söyləyib:
"Alıcılar diqqətli olmalıdırlar. Bazarı təhlil etsək, yolumuzu artırsaq, ucuz məhsullar tapa bilərik. Bazarda qiymət diapazonu genişdir. Ümumilikdə bayram ərəfəsində, əsasən, bayramda istifadə olunan məhsulların qiymətində artım müşahidə olunacaq".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1573 Tarix: 04 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
08.11.2026 352 Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12.11.2026 171 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
08.11.2026 326 Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri
Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri
01.11.2026 782 Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar
07.11.2026 407 Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü
Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb
07.11.2026 350 Xidmetler.az - Bütün Xidmətlər bir saytda
XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın
07.11.2026 538 ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
01.11.2026 732 "WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind
08.11.2026 546