"Çox böyük itki oldu..."

"Çox böyük itki oldu..."Xəbər verdiyimiz kimi, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli vəfat edib.

Axşam.az xəbər verir ki, sənət adamları onunla bağlı paylaşım edərək, xatirələrini bölüşüblər.

Xalq artisti Brilliant Dadaşova paylaşımında "Bəzən yaxından tanıdığımız insanlar üçün ağlayırıq. Sözdə yox, özdə Allahın əlindən tutduğunu hiss edir qəlbimiz. Onun hikməti, zəmanəmizə xas olmayan mərifəti, dünyadan getmə qabiliyyəti, səssiz-səmirsiz..." deyə, qeyd edib.

Aktyor Kamran Ağabalayev birlikdə olan şəkillərini yayımlayaraq, "Hacı, mən onsuz da 1 dəfə yetim qalmışdım..." sözlərini yazıb.

Müğənni Hacı Nazim Məmmədov isə onun sonuncu statusunu yayımlayıb:

"Mən bu ağlamalı, mən bu gülməli... Dünyaya ağlayıb-gülməyə gəldim. Bir dünya tapılmaz bundan ölməli, mən də tamahlanıb ölməyə gəldim. Allah rəhmət eləsin".

Müğənni Emma Ələkbərzadə isə Hacı Şahinlə bağlı paylaşımında "Mənim üçun çox pis xəbər oldu.... Hacı Şahin rəhmətə gedib. Gözəl, savadlı insan. Allah rəhmət eləsin" deyə, bildirib.

Müğənni Xatun Əliyeva da Hacı Şahinlə bağlı paylaşım edib. "Vay-vay, necə yanıb-yaxıldım bu üzücü xəbərə. Siz Allahını tanıyan hər kəs üçün doğma insan idiniz. O qədər sizə rəğbət bəsləyirdim ki, heyran idim. Çox böyük itki oldu, bütün Hacı Şahin sevənlərinə. Siz neçə-neçə insanı pis yoldan çəkindirirdiniz. Elə çıxışlar edirdiniz, məqamlara toxunurdunuz və onu o qədər savadlı, səmimi şəkildə diqtə edirdiniz ki, istər-istəməz yolunu azmış bir bəndə də sizə qulaq asırdı. Bu da hər natiqə xas deyildi. Siz seçilmişdiniz. Yenə də Allahın təqdiri. Ölüm haqdır, nə edə bilərik. Allah sizə rəhmət eləsin. Nurlar içində yatın, Allahın sevimli bəndəsi" deyə, ifaçı paylaşımında yazıb.

Əməkdar artist Elşən Cəbrayılov "Əxlaqlı insan idin, Hacı... Yerin cənnət olsun. Heç gözləmirdim" deyə, Hacı Şahinlə bağlı paylaşım edib.

Müğənni Xuraman Şuşalı "Günün ən üzücü xəbəri: Hacı Şahin rəhmətə getdi. Allah sizə rəhmət eləsin. Kaş bu xəbər yalan olaydı" sözləri ilə, onun ailəsinə başsağlığı verib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2563   Tarix: 02 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 178
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 173
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 25
.

Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,

07.11.2026 169
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

07.11.2026 188
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 181
.

Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi

Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili

07.11.2026 174
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 0
.

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

07.11.2026 147
.