Hacı Şahinin ölümündən əvvəl yazdığı SON STATUS - FOTO
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli vəfat edib.
BAKU.WS xəbər verir ki, Ş.Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.
İlahiyyatçı ölümündən qabaq dünən axşam saatlarında Ramiz Rövşənin şeirini paylaşıb.
Həsənli Şahin Hüseyn oğlu 1974-cü ildə iyulun 7-si Bakı şəhərində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbində təhsil almağa başlayıb və 1991-ci ildə təhsilini başa vurub. 1995-1997-ci illərdə cəbhə bölgəsində hərbi xidmət çəkib. 1991-1999-cu illərdə Azərbycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsində oxuyub. 2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. Ərəb, fars və rus dillərini bilir. Ailəlidir, dörd övladı var.
Hacı Şahin Həsənli 1991-ci ildən başlayaraq fərdi qaydada dini təhsil almağa başlayıb. 1992-ci ildə isə, Bakı şəhəri Yasamal rayonunda yerləşən "Hüseyniyyə" adlı kiçik ibadət evində ruhani fəaliyyətinə başlayıb. 2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaatdır.
Bu və öncəki illərdə müstəqil şəkildə dini təhsil almaqla yanaşı, dini mövzularda dərs tədris edib. Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərinin tədrisinə xüsusi diqqət yetirib. 2013-cü ildə "Məşədi Dadaş" məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyəli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub. Uzun illərdir ki, Həcc və Ərəfə karvanlarına rəhbərlik edir, zəvvarlara xidmət göstərirdi.
1998-2001-i illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinin sədri olaraq ictimai fəaliyyət göstərib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndiliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib.
Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub. 2007-ci ildə "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edirdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 6425 Tarix: 02 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMetronun əvəzinə bu avtobuslar işləyəcək - Gedişhaqqı 60 qəpik-Video
Avqustun 15-dən "Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çəçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məluma
04.08.2026 311 Bu il Günəş son dəfə tutulacaq
2026-cı ilin ikinci və son Günəş tutulması avqustun 12-də baş verəcək. Bu tutulma, tam Günəş tutulması olacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanı
04.08.2026 114 "İkinci Yer"in izləri tapıldı
Alimlər Yerdən təxminən 49 işıq ili uzaqlıqda yerləşən ekzoplanetdə atmosferin mövcudluğuna dair mühüm dəlillər əldə ediblər. Tədqiqatçılar hesab edirlər ki, LHS 1140b adlı planet həyat üçün əlverişli şəraitə malik ola biləcək ən maraqlı namizədlərdən biridir. "Qafqazinfo" xəbər verir ki, "Supe
04.08.2026 102 Cərimələrin icra edilməməsi hansı hallarda həbsə səbəb olur?
"İnzibati cərimə və ya ictimai işlər növündə inzibati tənbehin icra edilməməsi İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsi ilə məsuliyyət yaradır". Bunu BİG.Az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, qanunvericiliyə əsasən, inzibati cərimə növünd
04.08.2026 221 Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanovun səsinin yer aldığı iddia olunan audioyazı yayılıb. "Qafqazinfo" Bakupost-a istinadla xəbər verir ki, audioyazıda icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsinə görə ödəniş tələb edildiy
04.08.2026 148 Pilot uçuşdan sonra saxlanıldi: indi ölüm cəzasıilə üzləşib: çantasında nə tapılıb?
Testlər göstərib ki, kişi uçuş zamanı bira anda bir neçə növ narkotik istifadə edib. İndoneziyada 39 yaşlı pilotun əl baqajında 70 min dən çox ekstazi həbi tapıldıqdan sonra həbs edilib. Müstəntiqlərin sözlərinə görə, kişi yalnız narkotik daşımayıb, həm də beynəlxalq uçuş zamanı onların təsiri altınd
04.08.2026 206 Oğlundan ayrılan bloqeri canlı yayımda öldürdü: dəstə başçısı TUTULDU
Meksikada xüsusi təyinatlılar "Xalisko Yeni Nəsil" narkokartelinin yüksək vəzifəli üzvlərindən biri hesab olunan "R1" ləqəbli Ramon Anxel Alvares Ayalanı saxlayıblar. xarici mediaya istinadla xəbər verir ki, o, Xalisko ştatının Atotonilko-el-Alto şəhərində keçirilən əməliyyat zaman
04.08.2026 233 Doğuş Xoşqədəmin qısqanclığından danışdı
Müğənni Doğuş həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızının qısqanclığı ilə bağlı zarafat edib. Axşam.az xəbər verir ki, sənətçi canlı yayım zamanı bu barədə danışıb. Doğuş bildirib ki, Xoşqədəm ona tez-tez görüntülü zəng edir:. "Yatıram, yatıram, birdən görüntülü zəng edib deyir ki, "Mən
04.08.2026 269 Nağdsız ödənişlərə illərlə təşviq, indi isə məhdudiyyət - Niyə?
"Kartdan-karta köçürmələrə limit tətbiq edilməsi problemi həll etmir, sadəcə onu başqa istiqamətə yönəldir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib. O, qeyd edib ki, Azərbaycanda illərdir dövlət nağdsız ödənişlərin genişlənməsi üçün vətəndaşları bank kartlarından istifadəy
04.08.2026 223