Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət edir

Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət edirAzərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar  ölkəmizi düşdüyü çətin vəziyyətdən xilas edə biləcək  bir siyasi qüvvənin yaradılmasını qarşısıalınmaz  tələbə çevirdi. Azərbaycanın gələcək taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir siyasi partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək  bu məqsədlə  zəngin dövlətçilik təcrübəsinə malik  Liderin, Heydər Əliyev şəxsiyyətinin ətrafında birləşdilər. Xalq Heydər Əliyev ətrafındakı dönməz və sarsılmaz birliyini siyasi cəhətdən təşkilatlandırmaq, liderin ölkəyə demokratik yolla rəhbər seçilməsini qanuniləşdirmək istəyirdi.
2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının   VII qurultayı əlamətdar  tarixi hadisə, Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq atılan addım kimi  dəyərləndirildi.  Qurultayda ölkə həyatının bütün istiqamətlərində, o cümlədən  YAP-ın  qarşısında dayanan  vəzifələr diqqətə çatdırılmışdır. Möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin  vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var: "Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın."
VII qurultaydan sonra Yeni Azərbaycan Partiyasına 17940 qadın, 15120 gənc olmaqla 29829 yeni üzv qəbul olunub. 773770 nəfər partiya üzvü respublika üzrə fəaliyyət göstərən 85 yerli təşkilatın 6628 ərazi partiya təşkilatında uçotdadır ki, onların da 376884 nəfərini (48,7%) qadınlar, 267470 nəfərini (34,6%) gənclər təşkil edir. 773 770 nəfər YAP üzvündən 343 607 nəfəri (44,4%) ali təhsillidir.
VII Qurultaydan ötən 2 il ərzində YAP-ın Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi və yerli təşkilatları tərəfindən milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi – milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə mühüm işlər görülüb. YAP Mərkəzi Aparatının, o cümlədən Veteranlar Şurası və Gənclər Birliyinin təşkilatçılığı ilə 147 tədbir keçirilib. Bunlarla yanaşı, YAP yerli təşkilatları tərəfindən ümumilikdə 7 minə yaxın müxtəlif səpkili ictimai-siyasi aksiya və tədbir təşkil edilib. YAP Gənclər Birliyinin tərkibində hər biri 6 üzvdən ibarət olmaqla 5 komitə – Beynəlxalq əlaqələr, Dayanıqlı inkişaf, YAP yerli təşkilatları ilə əlaqələr və QHT-lərlə iş, Şəhid ailələri və qazilərlə iş, Milli dəyərlər komitələri yaradılaraq qeyd olunan istiqamətlər üzrə 5500-dən çox gəncin iştirakı ilə müxtəlif tədbirlər həyata keçirilib.
Son 20 ildə Azərbaycanın Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində qazandığı uğurlar xalqımızın seçimində yanılmadığını təsdiqləyir. Ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. Xüsusilə qürurvericidir ki, bu proses günümüzdə daha təkmil şəkildə davam etdirilməkdədir.
Azərbaycan dövlətinin daxili və xarici siyasəti sahələrində qazandığı uğurları və 30 illik torpaq həsrətimizə son qoyulması görülən işlərin, əldə olunan uğurların aydın mənzərəsini yaradır. Prezident qətiyyəti, rəşadətli ordu, xalq birliyi, ən əsası torpaq, Vətən sevgisi 30 ilin işğalına 44 gündə son qoydu.
Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin energetika sektorunda əldə etdiyi nəticələrin yalnız müəyyən bir hissəsidir. 

Nur Axundlı - "Gənc Velosipedçilər" Ictimai Birliyinin sədri


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 668   Tarix: 01 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?

Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanovun səsinin yer aldığı iddia olunan audioyazı yayılıb. "Qafqazinfo" Bakupost-a istinadla xəbər verir ki, audioyazıda icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsinə görə ödəniş tələb edildiy

04.08.2026 148
.

Regionun ən böyük kitab festivalı qayıdır

Regionun ən böyük kitab festivalı - 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi bu il 21-27 oktyabr tarixində Bakı Ekspo Mərkəzində kitabsevərlərin görüşünə gələcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, sərgi "Azərbaycan Mədəniyyəti-2040"

04.08.2026 219
.

"İkinci Yer"in izləri tapıldı

Alimlər Yerdən təxminən 49 işıq ili uzaqlıqda yerləşən ekzoplanetdə atmosferin mövcudluğuna dair mühüm dəlillər əldə ediblər. Tədqiqatçılar hesab edirlər ki, LHS 1140b adlı planet həyat üçün əlverişli şəraitə malik ola biləcək ən maraqlı namizədlərdən biridir. "Qafqazinfo" xəbər verir ki, "Supe

04.08.2026 102
.

Evi ilə işi arasında 150 kilometr məsafə var: Ulduz oyunçu hər gün işəhelikopterlə gedir

"Filadelfiya"ya keçən Lebron Ceyms Nyu-Yorkda yeni ev alıb. İddialara görə, ulduz oyunçu hər gün evi ilə iş yeri arasındakı 150 kilometri helikopterlə qət edəcək. -ın xarici mediaya istinadən xəbərinə görə, NBA əfsanəsi LeBron Ceyms "Los-Anceles Leykers" komandasından ayrılaraq "Filadelfiya"y

04.08.2026 185
.

Prezidentdən Naim Cahidzadə ilə bağlı iki SƏRƏNCAM

Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikas

04.08.2026 233
.

Metronun əvəzinə bu avtobuslar işləyəcək - Gedişhaqqı 60 qəpik-Video

Avqustun 15-dən "Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çəçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məluma

04.08.2026 311
.

Doğuş Xoşqədəmin qısqanclığından danışdı

Müğənni Doğuş həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızının qısqanclığı ilə bağlı zarafat edib. Axşam.az xəbər verir ki, sənətçi canlı yayım zamanı bu barədə danışıb. Doğuş bildirib ki, Xoşqədəm ona tez-tez görüntülü zəng edir:. "Yatıram, yatıram, birdən görüntülü zəng edib deyir ki, "Mən

04.08.2026 269
.

ABŞ-nin 25 ştatı yeni tariflərə görə Tramp Administrasiyasını məhkəməyə verib

Demokratların rəhbərlik etdikləri ABŞ-nin 25 ştatından ibarət koalisiya idxal mallarına yeni tariflərin tətbiq edilməsi ilə əlaqədar Prezident Donald Tramp Administrasiyasına qarşı iddia qaldırıb. -ın DW nəşrinə istinadla verdiyi məlumata görə, iddiaçı ştatlar 60 tərəfdaş ölkədən idxal olunan və ümum

04.08.2026 141
.

Mafiyanın hədəfində Ukraynada istifadə olunan dronlar var

İtaliya mafiyasının Ukraynada istifadə olunan dronları və digər müasir silahları qara bazardan əldə etməyə çalışdığı bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliya rəsmilərindən biri açıqlama verib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları artıq Balkanlar marşrutu ilə İtaliyay

04.08.2026 178
.

TOP MP3