Alimpaşa Məmmədov büdcədən 71 min manatı necə mənimsəyib?
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.
"Qafqazinfo"nun məlumatına görə, hakim Natiq Əliyevin sədirliyi ilə baş tutan prosesdə kommunal sahədə baş verən qanun pozuntuları ilə bağlı ifadələr dinlənilib.
Məlum olub ki, kommunal sahədə çalışan işçilərin yaxın ətrafının adına saxta bank kartları açılıb. Hansı ki, adıçəkilən şəxslərin heç biri işə cəlb edilməyib.
Həmin insanların adları sadəcə, formal olaraq yazılıb. Bəzi hallarda isə adlarına kart hesabı açılan şəxslər ancaq məhkəmədə bu faktı öyrənib.
Budəfəki prosesdə 10-dan artıq şahid dindirilib. Bir çox hallarda kommunal sahədə çalışanlar üçün ayrılan geyim dəstləri, müxtəlif mal-materiallar da sadəcə, qaimələrdə göstərilib.
Məhkəmədə Alimpaşa Məmmədov tərəfindən Mənzi-Kommunal İstismar İdarəsinin rəisi təyin edilən, hazırda isə rayon İcra Hakimiyyətində çalışan Teymur Hacıyevin və vaxtilə onun tabeliyində olan şəxslərin ifadələri də alınıb.
Bəlli olub ki, sürücü qismində siyahıda 10 əvəzinə, 19 sürücü göstərilib. Beləliklə hər il say süni şəkildə artırılıb. Nəticə etibarı ilə təkcə bu epizod üzrə dövlət büdcəsinə 71 min manat ziyan vurulub.
Bundan əlavə texnikaların nəzərdə tutulan ərazilərdə işləməməsi, daha dəqiq desək, Şəmkir rayonuna aid olmayan Ceyrançöl ərazisində istifadə edilməsi kimi faktlar da ortaya çıxıb. Teymur Hacıyev belə bir göstərişi hazırda İcra Hakimiyyəti başçısının köməkçisi işləyən Mahir Əliyevdən aldığını deyib. Bundan əlavə Alimpaşa Məmmədova məxsus olan "21-ci Əsr" şirkəti də kommunal sahəyə cəlb edilib. Beləliklə yanacaq və avtomobillərin ehtiyat hissələri üçün ayrılan vəsaitlər bu şirkətə yönləndirilib.
Məhkəmə prossesi təxminən 3 saatdan artıq davam edib. Bu fakt üzrə şahidlərin dindirilməsi növbəti prsesdə də davam etdiriləcək.
Xatırladaq ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin (mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, 311.3.2 və təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 918 Tarix: 28 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175 Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,
07.11.2026 171 "Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
07.11.2026 136 Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü
Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad
07.11.2026 172 Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı
Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin
00:17 98 Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
07.11.2026 183 "Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir
"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv
07.11.2026 174 HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
07.11.2026 194 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır
07.11.2026 186