Ermənilər Eldar Mansurovun əsərlərini oğurladı

Ermənilər Eldar Mansurovun əsərlərini oğurladı"Qədim türk mətbəx mədəniyyətinin şirniyyat növlərindən biri olan baklavanın (paxlava) ermənilər tərəfindən öz qeyri-maddi mədəni irs nümunəsi kimi dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət hazırlamaları barədə erməni mətbuatında gedən yazılarla əlaqədar agentlik tərəfindən sübutedici sənədlər və tarixi mənbələr əsasında arayış hazırlanıb və yayılıb".

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin (COPAT) hesabatında qeyd edilib.

"Görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun "Zərif gülüşlüm" adlı musiqi əsərinin ermənilər tərəfindən oğurlanması və erməni mahnısı kimi "Youtube" kanalında yayılması, həmçinin Azərbaycanın xalq artisti, bəstəkar Eldar Mansurovun "Bayatılar", "O gələndə", "Bir payız gecəsi", "Yarı səndə, yarı məndə" və "Gecələr keçir" əsərlərinin müxtəlif erməni ifaçıları tərəfindən mənimsənilməsi və "Youtube" kanalında və digər internet şəbəkələrində yayılması faktları ilə bağlı agentlik tərəfindən arayışlar hazırlanıb və KİV-də yayılıb.

Növbəti erməni saxtakarlığı Azərbaycan xalqına məxsus balaban, tütək, kamança və qanun (kanon) musiqi alətlərinin erməni milli musiqi alətləri kimi Cenevrə Etnoqrafiya muzeyinə hədiyyə edilməsi barədə informasiyanın yayılması olub. Bununla bağlı, Əqli Mülkiyyət Agentliyi qədim tarixi və ədəbi nümunələrə, tanınmış mütəxəssislərin araşdırmalarına əsaslanaraq həmin musiqi alətlərinin Azərbaycan xalq musiqisində qədim dövrlərdən bəri geniş istifadə edilən və populyarlığını bu günədək qoruyub saxlayan türk mənşəli alətlər olması ilə bağlı geniş arayış hazırlayıb və KİV-ə təqdim edib", - hesabatda bildirilib.

Hesabata görə, növbəti erməni saxtakarlığı Azərbaycan xalqına məxsus balaban, tütək, kəmança və qanun (kanon) musiqi alətlərinin erməni milli musiqi alətləri kimi Cenevrə Etnoqrafiya muzeyinə hədiyyə edilməsi barədə informasiyanın yayılması olub: "Bununla bağlı, Əqli Mülkiyyət Agentliyi qədim tarixi və ədəbi nümunələrə, tanınmış mütəxəsislərin araşdırmalarına əsaslanaraq həmin musiqi alətlərinin Azərbaycan xalq musiqisində qədim dövrlərdən bəri geniş istifadə edilən və populyarlığını bu günədək qoruyub saxlayan türk mənşəli alətlər olması ilə bağlı geniş arayış hazırlamış və KİV-ə təqdim edib".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 808   Tarix: 27 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

00:19 92
.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

07.11.2026 183
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet

00:29 81
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

07.11.2026 195
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

07.11.2026 163
.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

07.11.2026 124
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.