Ukrayna lideri Zelenskidən ŞOK BƏYANAT - Putinlə...

Ukrayna lideri Zelenskidən ŞOK BƏYANAT - Putinlə..."Artıq Putinlə bir masa arxasında oturmaram"

Rusiyanın Ukraynaya hücumunun birinci ildönümündə Vladimir Putinin ünvanına sərt ifadələr işlədən Ukrayna prezidenti Vladimir Zelenski onunla heç bir görüşü qəbul etməyəcəyini bəyan edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü hər iki ölkənin liderləri ilə telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, Ukrayna lideri Kiyevdə mətbuata açıqlamasında Türkiyənin yeni təşəbbüslə ortaya çıxıb-çıxmadığı barədə sualı belə cavablandırıb:

"Türkiyə prezidenti cənab Ərdoğan ölkəmiz üçün bir sıra mühüm işlərə imza atıb. Birincisi, taxıl dəhlizi sazişinə böyük töhfələr verib. Onun ikinci yardımı o oldu ki, ruslar bizim Mariupol şəhərimizi tutanda oradakı dəmir-polad zavodunda girov götürülən əsgərlərimizin dəyişdirilməsi prosesini başlatdı. Rusiya ilə görüşə gəlincə, Türkiyə prezidenti mənim bu məsələ ilə bağlı fikirlərimi bilir. O, çox yaxşı bilir ki, mən Putinlə görüşə razılıq verməmişəm. Təxminən bir il əvvəl, müharibənin başlamasına bir neçə gün qalmış mən ondan və digər dünya liderlərindən xahiş etdim ki, böyük və dağıdıcı müharibə başlamazdan əvvəl Putini danışıqlar masasına oturmağa razı salsınlar. Bir il əvvəl heç kim Putini mənimlə görüşməyə razı sala bilmədi. İndi onun danışıqlar masasına oturması ehtimalı var. Amma artıq mümkün deyil. İndiki məqamda Rusiyanın başında duran o adamı həmsöhbət kimi görmürəm. İstanbulda mümkün liderlərin görüşü təşkil edilsə və məni dəvət etsələr belə, gedib o masaya oturmazdım".

Xatırladaq ki, liderlər səviyyəsində olmasa belə, Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında son təmas 29 mart 2022-ci ildə Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. Tərəflər arasında keçirilən görüşdən sonra Moskva ilə Kiyev arasında əlaqələr kəsilib. Bəzi böhranların mesbət istiqamətdə həllində fəal rol oynayan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan müharibənin birinci ilindən (24.02.2022 - 24.02.2023) bir gün əvvəl Ukrayna və Rusiya liderləri ilə telefon danışığı aparıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1012   Tarix: 26 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.