Sosioloq: "Qızları abortla məhv edən həkim və valideynlər məsuliyyətə cəlb olunsunlar"

Sosioloq: "Qızları abortla məhv edən həkim və valideynlər məsuliyyətə cəlb olunsunlar"Azərbaycanda yeni doğulan uşaqlar arasında oğlanların payı çoxluq təşkil edib. İllər əvvəlki vəziyyət dəyişir və qızların sayı azalmaqda davam edib. Bu isə cəmiyyətdə kəskin sosial problemlərin carçısıdır. Müşahidələr və statistik göstəricilər göstərib ki, son onilliklərdə Azərbaycanda yeni doğulanlar arasında cinsi nisbətin disbalansı baş verib. Bu isə həqiqətən də ciddi problemdir.

Bəs demoqrafik bəlanın qarşısını necə alaq?

Mövzu ilə bağlı Bizim.media-ya danışan sosioloq Ağasəlim Həsənovun fikrincə, sosial bəlaya qarşı ən effektiv mübarizə metodu maarifləndirmədir. Sosioloq ailələrdə qız uşaqlarına münasibətin dəyişməsi üçün sosial çarxların, kütləvi tədbirlərin köməyi ilə ciddi maarifləndirmə işləri aparmağın vacibliyini qeyd edib:

"Qız və oğlan övladlarının balansı istənilən halda qorunmalıdır. Təcrübə göstərir ki, normal qəbul ediləcək nisbət 49 faizin 51 faizədir. Statistik göstəricilər bu şəkildə olarsa, biz bunu normal hesab edə bilərik. Təəssüf ki, Azərbaycanda son illər yeni doğulanlar arasında cinsi nisbət oğlanların xeyrinə davam etməkdədir.

Bunun təbii bir proses olduğunu şübhə ilə qarşılayıram. Əlbəttə ki, bu məsələdə subyektiv amillərin təsirlərinin rolu var. İlk səbəb ailədə ənənəvi olan baxışların hələ də hakim olmasıdır.

Yəni mütləq şəkildə oğlan uşağının doğulması bir şərt kimi qəbul olunur. Valideynlər bu istəklərinə çatmaq üçün müasir texnoloji yeniliklərin imkanlarından istifadə edərək ana bətnindəki dölün cinsiyyətinə kənar müdaxilələr edirlər. Doğulacaq körpə qızdırsa, aborta gedilir. Bu da həm tibbi, hə də dini baxımdan zərərlidir. Beləliklə, normal gediləcək proseslərin qarşısı alınır. Məlum subyektiv təsirlər nəticəsində disbalans reallıq ortaya çıxır".

Ağasəlim Həsənovun sözlərinə görə, reallıq odur ki, Azərbaycan ailələrində cütlük oğlan övladının doğulmasını bir ailənin və nəslin davamçısı kimi qəbul edirlər:

"Məhz bu düşüncə hər bir ailədə oğlan övladının olmasını zəruri şərt kimi ortaya qoyur. Fikrimcə, bu baxış yanlışdır və bu istiqamətdə Azərbaycan gənclərinə aşılayacaq xeyli işlər həyata keçməlidir. Dövlət və cəmiyyət olaraq birmənalı şəkildə buna qarşı olmalıyıq. XXI əsrdə belə bir düşüncənin dominant olmasından narahat olmalıyıq və ona qarşı mübarizə aparmalıyıq".

Sosioloq mübarizə yollarından biri kimi inzibati cəza növünün tətbiq edilməsini də təklif edib:

"Abortla qızın məhv edilməsi faktı olarsa, bu məsələyə qarşı nəzarət gücləndirilməlidir. Abortu həyata keçirən həkimə və qərarı vermiş cütlüyə qarşı qanunda nəzərdə tutulmuş cəza tədbirləri sərtləşdirilməldir. Ona da əmin deyiləm ki, inzibati yollarla aparacağımız sərt mübarizə mövcud problemi tam həll edə bilər. Amma sayının azalmasına və tendensiyanın zəifləməsinə, tədricən isə müsbətə doğru irəliləməsinə şərait yarada bilər. Ən təsirli və mübarizə metodu məhz maarifləndirmədir. Xüsusilə gənc ailələrlə geniş iş aparılmalıdır.

Maarifləndirmə işinə dini, mənəvi və tibbi aspektdən yanaşmaq lazımdır. Bu sahə ilə məşğul olan mütəxəssislər işə cəlb olunmalıdırlar. Universitet auditoriyalarında, layihələr çərçivəsində bu işə təkan verməliyik. Həm də gender bərabərliyi qabardılmalıdır. Məsələyə sosial aspektdən yanaşsaq, ən yüksək işlərdə, vəzifələrdə nümunə çəkə biləcəyimiz xanımlarımız var.

Qadına münasibət dəyişməlidir. Onların da hansısa işlərdə heç də kişilərdən geri qalmaması önə çəkilməlidir. Təkcə onu unutmaq lazım deyil ki, ötən əsrin 20-ci illərində qadına seçmək və seçilmək hüququ verən xalqıq. Azərbaycanda Cümhuriyyət dövründə bu imkanlar yaradılanda bu, əslində qadına verilən ən yüksək dəyər idi. Bu kimi tariximizdə olan müsbət örnəklərdən çıxış edərək, gənclərimizlə iş aparmalıyıq".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 974   Tarix: 26 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

08.11.2026 352
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12.11.2026 171
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

08.11.2026 326
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 782
.

Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı

Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar

07.11.2026 407
.

Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü

Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb

07.11.2026 350
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 538
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

01.11.2026 732
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

08.11.2026 546
.