Dünyada ən çox nümayiş olunan filmimiz - Bu adda Tbilisidə restoran-kafelər AÇILIB

Dünyada ən çox nümayiş olunan filmimiz - Bu adda Tbilisidə restoran-kafelər AÇILIBAzərbaycanın xarici ölkələrdə ən çox nümayiş olunan filmi Üzeyir Hacıbəylinin əsəri olan "Arşın mal alan" filmidir.

Bizim.Media-nın məlumatına görə, film dünya xalqlarının dilinə tərcümə edilərək 130-dan çox ölkədə nümayiş etdirilib.

"Arşın mal alan" bir neçə dəfə ekranlaşdırılıb. musiqili komediyanın ilk ekran variantı 1916-cı ilə aiddir. Rejissor V.Svetlanovun çəkdiyi səssiz filmdə H.Sarabski, Ə.Ağdamski, Y.Nərimanov, Ə.Hüseynzadə, M.Əliyev çəkiliblər.

II Dünya müharibəsi illərində SSRİ-də "Arşın mal alan" bədii musiqili filminin çəkilişlərinə başlanıb və film 1945-ci ildə ekranlara buraxılıb.

1965-ci ildə "Azərbaycanfilm" kinostudiyasında "Arşın mal alan" bədii filmi ikinci dəfə rəngli şəkildə çəkilib.

"Arşın mal alan"ın populyarlığına dair tarixdən belə bir fakt gətirmək olar: Qafqazda bu adla kafelər, restoranlar, dükanlar açılıb. Əsər 1915-ci ildə Tbilisidə eyni gündə dörd yerdə, dörd dildə - Azərbaycan, rus, gürcü və erməni dillərində oynanılırdı.

Qeyd edək ki, "Arşın mal alan" böyük Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın müəllifi Üzeyir bəy Hacıbəylinin sonuncu, üçüncü musiqili komediyasıdır. Bəstəkar onun üzərində 1913-cü ilin yayında hələ Bakıda olarkən işləməyə başlayıb və əsəri yayın sonunda, artıq Sankt-Peterburqda olarkən tamamlayıb.

XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində ailə-məişət məsələlərində şəriət qanunları ilə diktə edilmiş köhnəlmiş adət-ənənələrə qarşı tənqidi, etiraz dolu münasibət formalaşır. Əsas müzakirə mövzularından biri qadının azadlığı və hüquqları uğrunda mübarizə idi.

"Arşın mal alan" operettasının maraqlı süjeti də elə bu ideyanı əks etdirir. Üzeyir bəyin qəhrəmanı - gözəl, yaraşıqlı, iradəli Gülçöhrə öz hüquqları, sevgisi uğrunda mübarizə aparan Azərbaycan qızlarının yeni nəslinin nümayəndəsidir.

Üzeyir Hacıbəyli "Arşın mal alan"da xalq mahnı-rəqs və muğam ənənələrini sintezləşdirərək parlaq, yeni vokal üslubu yaradıb. Milli musiqi təfəkkürü, milli üslub Avropa vokal üslubu ilə qovuşub. Parlaq məzmun ilə yanaşı, bu musiqi novatorluğu operettanın dünya miqyasında şöhrət tapmasının əsas şərtlərindən biri olub.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 958   Tarix: 25 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 556
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1658
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 395
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 358
.

Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü

İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"

10.11.2026 345
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 493
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10.11.2026 272
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 684
.

111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı

Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar

08.11.2026 331
.