"Beş qəpik verib torba almaqdan utanmalısan" - Yeni "problem"

"Beş qəpik verib torba almaqdan utanmalısan" - Yeni "problem"Marketlərdə polietilen torbaların pulla satılması bir çoxlarının narazılığına səbəb olub. İnsanlar bunun ciblərinə ziyan olduğundan gileylənirlər. Amma yaranmış vəziyyətdən həm cibimizin, həm də təbiətin xeyrinə çıxmaq üçün alternativ variantlar da var.

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Bir müddətdir ki, marketlərdə polietilen torbalar pulludur. Kiçiyi 3, böyüyü 5 qəpiyə satılır. Mütəxəssislər alıcılara bu torbaları pulla almamağı, bazarlıq üçün xüsusi torbalardan istifadə etməyi tövsiyə edir, "həm cibinizə xeyirdir, həm də təbiətə" deyirlər. Bir neçə marketdə apardığımız müşahidələrə əsasən deyə bilərik ki, insanların əksəriyyəti, xüsusilə də bəylər buna əməl etmirlər. Kimisi bazarlıq üçün özü ilə xüsusi çanta götürməyi kompleks edir, kimisi də 5 qəpiyin az miqdar olduğunu düşünüb pulundan keçir. Bəs nə etməli? Ümumiyyətlə, hazırda bazarda polietilen torbaların alternativi varmı?

"Polietilen torbalar nədir - bilmirdik"

Sovet dövründə bazarlıq üçün xüsusi zənbillər var idi. Daha çox isə kağız paketlərdən istifadə olunurdu. Köhnə filmlərimizin bazar səhnələrində həmin çantaları görmək olur. Sürəyya nənə deyir ki, "Qastronom"da nə alırdınsa, kağıza büküb verirdilər:

"Bazarların girişində isə kağız paketlər 3-5 qəpiyə satılırdı. Demək olar ki, hər kəsin evində həsir zənbillər var idi. Polietilen torbalar nədir - bilmirdik".

Həsir, toxunma, parça, kağız...

Bu gün dünyada polietilen torbalarla mübarizəyə başlanılıb. Artıq bir çox ölkədə onlardan istifadə tamamilə ləğv edilib. Yenidən həsir zənbillər, parça torbalar dövrünə qayıdırıq. Həm də bu yeni biznes növüdür. Artıq sosial şəbəkələrdə torba toxuyanlar işlərini reklam edir, sifariş üçün ünvanlarını yazırlar. Kişiyə, qadına, gənclərə, uşaqlara uyğun torbalar toxunur. Bu torbaların qiyməti əl əməyi olduğu üçün ölçülərinə uyğun olaraq 5-25 manat arasında dəyişir.
İkinci seçim kağız torbalardır. Uzunmüddətli istifadəyə yararlı olmasa da, ətraf mühit üçün ən zərərsiz vasitədir. Mağazalarda kağız torbalara rast gəlmədik. Satıcılar bu məhsulla rastlaşmadıqlarını bildirdilər.

Xüsusilə qadınlar üçün ən rahat üsul təkərli bazar çantalarıdır. Həm tutumu çoxdur, həm də ağırlıq qaldırmağa ehtiyac yoxdur. Qiyməti isə 20 manatdan başlayır.

Ən ucuz və uyğunu isə parçadan tikilən torbalardır. Həm marketə aparılması rahatdır, həm də dəfələrlə yuyulub istifadə edilə bilər. Qiyməti 3 manatdan başlayır. Kustar üsulla tikilənlərin isə qiyməti 1-2 manat arasında dəyişir.

Dədə-babamızdan miras qalan həsir zənbillərdən istifadə isə əsl nostalgiyadır. Üstəlik, hər zaman dəbdədir. Bu qaydalar qüvvəyə minməzdən öncə də həsir zənbillərdən gündəlik bazarlıqda istifadə olunurdu. Bu çantalar daim dəbdə olduğu üçün bahadır. Qiyməti 25 manatdan başlayır, 100 manata qədər davam edir.

Mərhələ-mərhələ zərərli vasitələrdən imtina

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə düşünür ki, sellofan torbalarla bağlı hazırda görülən tədbirlər onlardan istifadəni azaldacaq. Həmsöhbətimizin sözlərinə görə, torbaların pullu olmasının məqsədi ətraf mühiti qorumaqdır:

"Biz əminik ki, bu tədbirlərin görülməsi onlardan istifadəni azaldacaq. Mərhələ-mərhələ zərərli vasitələrdən imtina edəcəyik. Bunu təcrübə də göstərir. Türkiyədə bu üsul tətbiq olunandan sonra polietilen torbalardan istifadə təxminən 40 faiz azalıb. Dünyanın bir çox ölkələrində isə bu üsulun tətbiqindən sonra 70-90 faiz azalma özünü göstərir".

5 qəpik verib torba almaqdan utanmalısan

Marketoloq Qələndər Məmmədli bu addımı doğru hesab edir. Mütəxəssisin sözlərinə görə, bəzi insanların məsələyə komplekslə yanaşmasının səbəbi bu qərarın mahiyyətinin cəmiyyətə düzgün çatdırılmamasıdır:

"Müxtəlif kommunikasiya kanalları vasitəsilə cəmiyyətə izah olunmalıdır ki, bu torbalara tətbiq edilən 3-5 qəpiyin səbəbi bunun istifadəsini azaltmaq, ətraf mühitə fayda verməkdir. Yəni sən digər vasitələrdən istifadə etməkdən yox, 5 qəpik verib torba almaqdan utanmalısan. Cəmiyyət düşünür ki, sanki bunu əlavə qazanc məqsədilə ediblər. Atılan addımın ətraf mühitlə bağlı görülən işlərin tərkib hissəsi olduğunu əksər insanlar qəbul etmir. Marketinq gedişləri düzgün qurulmalı, cəmiyyətə posterlər, videolarla doğru informasiyalar ötürülməlidir".

Bu, vərdiş halına gəlməlidir

Marketoloq deyir ki, istər firmalar, istərsə də ayrı-ayrı şəxslər bu istiqamətdə aksiyalar təşkil etməlidirlər ki, fərqlilik yaransın:

"Bura məşhur şəxslər, dövlət xadimləri, müğənnilər qoşulmalıdırlar. Seriallar, kinolar vasitəsilə öyrədici nüanslar təlqin edilməlidir. Məsələn, adətən, kişilər torba daşımaq istəmirlər. Amma onlara göstərilməlidir ki, bu sellofan torbalardan istifadə övladlarının gələcəyi üçün ziyandır. Hamı övlad və gələcək üzərindən xəyallar qurur. Bu, çox təsirli vasitə ola bilər. Marketlərdə torbalarla bağlı təbliğat aparıla bilər. İnsanlar bunu ətraf mühit üçün etməyi vərdiş halına gətirməldirlər".

Ekoçanta istehsalı polietilen torbanın istehsalı qədər deyil

Marketoloq Elxan Mərdanlı da düşünür ki, əsas məsələ cəmiyyətin maarifləndirilməsidir:

"Sosial çarxlar hazırlanmalı, polietilenin canlı aləm üçün zərərləri açıqlanmalıdır. Şəhərin bir çox yerlərində xüsusi məntəqələr fəaliyyət göstərməlidir. O məntəqələrdə, məsələn, 1 kq polietilen torba gətirənə 1 ədəd ekoçanta hədiyyə olunmalıdır. Hazırkı vəziyyət əhalinin bir çox kəsimində narazılıq yaradır. Çünki ölkədə yerli olaraq ekotorbaların istehsalı polietilen torbanın istehsalı qədər deyil. Belə olduqda alış-veriş zamanı çətinlik yaranır. Paralel olaraq yerli ekoçantaların istehsalı başlanmalı və maarfiləndirilmə aparılmalıdır".

Məlumat üçün bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi marketlərin birində "plastik butulkanı ekoçantaya dəyiş" aksiyası keçirib. Aksiya zamanı ümumi tutumu 1110 litr olan plastik butulka yığılıb, əvəzində iştirakçılara ekoçantalar verilib.

Hazırkı qərarın polietilen torbalardan istifadəni nə qədər məhdudlaşdıracağını bilməsək də, pulsuz olduğu üçün marketdən çox sayda plastik paket götürənlərin sayının azalacağı dəqiqdir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1722   Tarix: 25 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 556
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1658
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 395
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 358
.

Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü

İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"

10.11.2026 345
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 493
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10.11.2026 272
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 684
.

111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı

Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar

08.11.2026 331
.