"Bəzən qiymətlərin yüksək olması obyektiv səbəblərdən olmur"
"Bu, münasib bazar şəraitinə uyğun gəlmir. Çünki bütün dünya artıq bu yanaşmadan istifadə edir. Elektron ticarət şəbəkəsi bütün dünyada inkişaf edib. Azərbaycanda da biz bunu təkmilləşdirməliyik. Burada məqsəd alıcının ucuz və keyfiyyətli məhsul almasına xidmət etməkdir. Düşünürəm ki, Azərbaycan Respublikasında hazırda mövcud olan gömrük tarifləri haqqında gömrük qanunvericiliyinə müvafiq dəyişikliklər olunmalıdır ki, Azərbaycana birbaşa mal gətirən hüquqi və fiziki şəxslər zərərə uğramasınlar yəni rəqabət apara bilsinlər".
Bu fikirləri BiG.AZ-a açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.
O bildirib ki, xaricdən onlayn şəkildə alış-veriş zamanı məqsəd alıcıların ucuz və keyfiyyətli məhsul əldə etməsinə şərait yaratmaqdır:
"Bu baxımdan bir çox işlər görülməlidir. Bildiyimiz kimi, Azərbaycan gətirilən bir çox məhsulları xaricdən idxal edir. Bu idxal zamanı hər kəsin qiymətlərin yüksək olmasından şikayətlənir. Baha olmasının səbəbi də bir çox daxili və xarici faktorlardan ibarət olan məsələlərdir. Yəni orada qiymət əmələ gəlmə prosesi həddindən artıq çox xərclər olduğuna görə yüksək başa gəlir. Azərbaycan vətəndaşı da bu yollardan istifadə edir. Xüsusilə, geyimləri elektron, onlayn ticarət platformalarından əldə edirlər. Bunun məhdudləşdırılmasını düzgün hesab etmirəm. Bunu əvəzinə müvafiq qanunverici sənədlərə dəyişikliklər edilməlidir ki, Azərbaycan fəaliyyət göstərən hüquqi və fiziki şəxslər rəqabət apara bilsinlər.
Xüsusilə, təbliğat işləri də aparılmalıdır. Elektron ticarət platformalarından edilən alış-verişin də mənfi cəhətləri var. Bəzən sifariş verilən məhsul artıq ünvana çatdıqdan sonra onun da neqativ halları var. Amma yenə də buna baxmayaraq, təkcə Azərbaycan vətəndaşı deyil, bütün dünya ölkələrində bu, var. İnsanlar ucuz məhsulu əldə etmək üçün həmin platformalara baş vururlar. Bəzən qiymətlərin yüksək olması obyektiv səbəblərdən olmur. Lakin məhsulların xərci yüksək olduğuna görə onu satan adam da təbii ki, çalışacaq onu baha satsın".
Qeyd edək ki, ötən gündən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın "Trendyol"a qarşı tədbirlər görə biləcəyi ilə bağlı iddialar yayılıb. Qurum bu məlumatlara aydıqlıq gətirərək bildirib ki, onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil. Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur.
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 693 Tarix: 24 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175 Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"
"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs
07.11.2026 194 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:
07.11.2026 152 Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü
Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad
07.11.2026 172 Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"
"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit
07.11.2026 163 Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər
Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d
07.11.2026 185 Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
00:11 128 Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
07.11.2026 168 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video
44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri
07.11.2026 195