"Şagird "TikTok"dadırsa, müəllim də orada dərs keçməlidir" – Təhsildə YENİ QAYDALAR

"Şagird "TikTok"dadırsa, müəllim də orada dərs keçməlidir" – Təhsildə YENİ QAYDALAR"Qrupa şeir atdım, uşaqlara öyrədin", "Yazını vatsapda atdım", "Düzgün cavabları vatsapda göndərin" və gündəmimizi tutan daha bir çox "Whatsapp" yazışmaları...

Bu günümüz texnologiya dövrüdür. Bütün həyatımızı ələ alan texnikalar təhsilə də təsirsiz ötüşmür. Son zamanlar məktəbləri müşahidə etsək, müəllimlərin valideyn və şagirdlərə dərs vəsaitini çox zaman "Whatsapp" qrupları üzərindən göndərdiyinin şahidi olarıq.

Hətta tək dərs vəsaitlərinin yox, qanunsuz pullar belə "Whatsapp"da yığıldığının zaman-zaman görürük.

Bəs, təhsilin "Whatsapp"a daşınması, bəzi hallarda bu platforma üzərindən idarə olunması nə dərəcədə doğrudur? "Whatsapp" daşınan təhsilimiz hansı vəziyyətdədir?

Məsələ ilə bağlı Lent.az-a danışan təhsil eksperti Kamran Əsədov deyir ki, təhsilin əlçatanlığının təmin edilmə məqsədi ilə texniki avadanlıqlardan istifadə etmək məqsədəuyğun hesab olunur:

"Şagird "TikTok"dadırsa, müəllim də orada dərs keçməlidir" – Təhsildə YENİ QAYDALAR"Nəzərə alsaq ki, bu gün bizim 4432 orta ümumtəhsil məktəblərində 1,6 milyon şagird təhsil alır. Bu şagirdlərlə 150 min müəllim məşğul olur. Etiraf edək ki, proqramın çoxluğu və vaxt azlığı müəyyən qədər müəllimlərin tam olaraq şagirdlərə nəzarət etməsinə imkan vermir. Eyni zamanda, müəllimlərin şagirdlərin ev tapşırıqlarını yoxlayıb izah etməsinə uzun vaxt sərf olunur.

Hesab edirəm ki, texniki resurslardan istifadə etmək yaxşı haldır. Düşünürəm ki, dünyada da qəbul olunmuş təhsildə texniki resurslardan düzgün istifadə etmək, bizdə də olmasını müsbət amildir".

O, eyni zamanda texnologiyanın hər zaman düzgün istifadə olunmadığını da diqqətə çatdırıb:

"Amma çox təəssüf ki, həmişə müsbət istifadə olunmur. Bəzən görürük ki, əsassız pul tələblərini də müəllim və direktorlar "Whatsapp" vasitəsi ilə həyata keçirirlər. Müəllim və valideyn kommunikasiyasının qurulması üçün texniki resurslardan istifadə müsbətdir.

Ümumilikdə təhsilin səviyyəsindən razı deyilik. Çünki dərsliklər şagirdlərin yaşına və psixologiyasına uyğun deyil. Bizim ən başlıca şagirdlərin tədrisə cəlb olunması üçün onların maraq dairələrini araşdırmalıyıq. Əgər şagird "Tiktok"dadırsa, müəllim də orada dərs keçməlidir. "İnstagram"dadısa, ordan. Çünki yeni nəslin tələbatı dəyişilib. Biz də buna uyğunlaşmalıyıq".

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucovun fikrincə, tədrisdə "Whatsapp"dan istifadənin pis qələmə verilməsi doğru deyil:

"Şagird "TikTok"dadırsa, müəllim də orada dərs keçməlidir" – Təhsildə YENİ QAYDALAR"Tədrisin "Whatsapp" üzərindən idarə olunması ittihamları və bu nəticəyə gəlinməsini düzgün hesab etmirəm. Mən belə düşünmürəm.

Təbii ki, "Whatsapp" üzərindən müəllimin şagirdə yazı və ya məlumatı göndərməsində bir qəbahət yoxdur. Bu əlavə bir dəstəkdir və qəbul ediləndir. "Whatsapp"da tədrislə bağlı hər hansı bir yazışmanın olmasını mən qeyri-adi hesab etmirəm. Yeni texnologiyaların inkişaf etdiyi bir zəmanədəyik. Bu imkanlardan məhz tədris naminə səfərbər olub, istifadə olunacaqsa, müsbət haldır".

İ.Orucov "Whatsapp" qruplarından direktorların pul yığmaq üçün istifadəsini yolverilməz hesab edir:

"O ki qaldı direktorların səs yazılarının yayılmasına, bu təbii ki, yol verilməzdir. Müəllim və direktorların vəzifələrindən sui-istifadə etməsidir. Bununla bağlı, müəyyən tədbirlər görülür.

Amma "Whatsapp"ın təhsildə istifadə olunmasını pisləmək düzgün deyil. Məncə, yeni texnologiyalar fərqli imkanlar yaradır və bunlar hər hansı ümumi bir işin lehinədirsə, alqışlamaq lazımdır. Mənim də övladım məktəbdə oxuyubdur, onun da müəllimləri hansısa dərs vəsaitini "Whatsapp" üzərindən göndərirdi. Düzgün istifadə zamanı bu addımlar müsbətdir.

Azərbaycan təhsilində yanlış direktor məsələsi var. Direktorların seçimində kifayət qədər ehtiyatlı olmaq lazımdır. Direktorların seçimində onların "müasir direktor necə olmalıdır" bu obrazı biz mütləq şəkildə formalaşdırmalıyıq. Bizim Azərbaycan təhsilində ənənəvi direktor obrazı var. Hansı ki, o direktorlar kifayət qədər bilavasitə nəyinki məktəbin yükü, həmçinin cəmiyyətin yükünü, yaşadığı kəndin yükünü daşımaq iqtidarında olur. Əlbəttə ki, biz bu cür insanları tapıb təhsilin idarə edilməsinə gətirməliyik. Onları məktəb idarəçiliyinə şövq etməliyik. Yoxsa direktorların səsi yayılanda... Açığı mən də bu cür hallarla tez-tez rastlaşıram – mətbuatda, sosial şəbəkələrdə qanunsuz pul tələb etmək, hədə-qorxu gəlmək. Düşünürəm ki, bunlar yolverilməzdir".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1906   Tarix: 24 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 556
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1658
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 395
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 358
.

Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü

İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"

10.11.2026 345
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 493
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10.11.2026 272
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 684
.

111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı

Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar

08.11.2026 331
.