Xarici ölkə vətəndaşına narkokuryerlik edən 2 nəfər tutulub
Narkotik qarşılığında xarici ölkə vətəndaşına narkokuryerlik edən iki nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Ağcabədi rayon sakinləri Azər Həsənli və Həsən Hüseynov rayonunun Sarıcalar kəndi ərazisində saxlanılıblar.
Həmin şəxslərdən təmiz çəkisi 2 kiloqram 55 qram olan narkotik vasitə - heroin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər ifadələrində narkokuryerlik etdiklərini etiraf ediblər.
Araşdırmalar zamanı A.Həsənlinin və H.Hüseynovun kənd ərazisində gizlədilən narkotik vasitələri götürərək Bakı şəhərində qabaqcadan təyin olunan yerə çatdırmalı olduqları müəyyən edilib. Həmin narkotacir isə narkokuryerlərə bunun müqabilində 50 qram heroin verəcəyini vəd edib.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 863 Tarix: 23 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Respublikasının Silahlı Qüvvələri Günü
1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunu
12:49 159 Kamçatka yaxınlığında 6,9 bal gücündə 16 ZƏLZƏLƏ baş verib
Kamçatka sahillərində iki saat ərzində 6,9 bal gücündə 16 zəlzələ baş verib . Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Federal Geofiziki Tədqiqatlar Mərkəzinin Kamçatka şöbəsinin məlumat yayıb. Bildirilib ki, seysmik aktivlik UTC vaxtı ilə saat 6:51-də başlayıb. Birinci zəlzəl
19.06.2026 209 Azərbaycan nefti BAHALAŞDI
Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2.89 ABŞ dolları və ya 3.61% artaraq 82.95 ABŞ dolları olub. Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 80.06 ABŞ dolları təşkil edib
11:15 144 Putin danışıqlara hazırdı - Peskov
Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Rusiyanın Avropa ilə danışıqlara hazır olduğunu bildirib. xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib və qeyd edib ki, Rusiya bu əlaqələrin məhdudlaşdırılmasının təşəbbüskarı olmayıb. Kreml sözçüsü bildirib: "Preziden
19.06.2026 256 Putin Təhlükəsizlik Şurasını çağırdı
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Rusiyanın xarici siyasəti ilə bağlı görüş keçirib. xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Əsas məruzəni xarici işlər naziri Sergey Lavrov təqdim etdi . Görüşdə xarici işlər naziri Sergey Lavrov, həmçini
19.06.2026 278 İran üzərində tam hərbi qələbə qazandıq - Tramp
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yaxın Şərqdə həyata keçirdiyi hərbi və diplomatik addımlardan danışıb. xəbər verir ki, Axios nəşrinə verdiyi müsahibədə Tramp bildirib ki, ABŞ İrana müxtəlif yollarla, o cümlədən dəniz blokadası vasitəsilə təzyiq göstərib və bu, İranın hərbi-dəniz qüvvələri üçü
12:45 152 Luvrun direktoru həyəcan təbili çaldı
Luvr Muzeyinin direktoru Lorans de Kar dünyanın ən məşhur muzeyinin ciddi infrastruktur böhranı yaşadığını bəyan edib. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, muzey rəhbərliyi mövcud vəziyyətin təcili olaraq dəyişmədiyi təqdirdə kompleksin normal fəaliyyətinin bərpaolunmaz dərəcədə təhlük
15:50 122 "Tramp anlayıb ki, bu gün ukraynalılar qalibdir" - "The Economist"
Donald Tramp artıq başa düşür ki, bu gün Ukrayna tərəfi qalib mövqedədir, Vladimir Putin isə məğlub tərəfdir. xəbər verir ki, bu barədə "The Economist" Fransa diplomatik mənbəsinə istinadən G7 sammitinin nəticələrinə dair yazır. Məlumata görə, ABŞ daxil olmaqla yeddi ölkə Ukraynaya "sarsılma
19.06.2026 234 Sıfır bal ən çox bu fənlərdən toplanıb
Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrə qeydə alınıb. Axşam.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlar
16:30 112