Göbək bağı dağıntılar altında kəsilən körpədən yeni xəbər var - FOTO
Suriyada baş verən zəlzələ zamanı dağıntılar altında dünyaya gələn körpənin xəbəri bütün dünyanı təsirləndirmişdi. Göbək bağı binanın qalıqları altında kəsilən uşaq dərhal xəstəxanaya yerləşdirilib. Təəssüf ki, uşağın valideynləri xilas ola bilməyiblər. Bu səbəbdən körpəni həyatda qalan yeganə qohumu - xalası və onun yoldaşı övladlığa götürüblər.
Uşağa müalicə aldığı xəstəxanada Eye adı verilsə də, yeni ailəsi onu anasının adı ilə Afra adlandırıb. Hazırda onlar çadırda yaşayırlar.
Afranın xalasının əri Halil Şam Sevadinin sözlərinə görə, onlar 2014-cü ildə İŞİD terror təşkilatının əlindən əvvəlcə İdlibə, daha sonra terrordan azad edilən bölgələrə köçüblər.
"Fevralın 6-da baş verən zəlzələlər zamanı mən, həyat yoldaşım və uşaqlarımla binanı tərk etdik, ancaq Afranın ana-atasının qaldığı bina uçdu. Bir dostumla inşaat cihazı götürüb dağıntı yerinə getdik. Xilasetmə işləri zamanı ilk olaraq körpənin anasının ayaqlarını gördük. Tavan onun üstünə çökmüşdü. Dağıntıları qazarkən səslər gəldi, əmimin oğlu (Afranın atası) olduğunu düşündüm. Qazmağa davam etdikcə körpə olduğunu gördüm", - deyə o, olanları xatırlayıb.
Sevadi bundan sonra dağıntılar altından körpənin göbək bağını kəsib və xəstəxanaya aparıb.
Afranın hazırda sağlamlıq vəziyyəti yaxşıdır.
"O, mənə atasından bir xatirədir. Bütün ailəsi həyatını itirib. Biz onun mərhum atası ilə qardaşdan daha yaxın idik. O getdi, əmanəti qaldı", - deyə Sevadi bildirib. (Oxu.az)










BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1933 Tarix: 22 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTelefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın
04.11.2026 556 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1658 Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
07.11.2026 395 Meqan Marklın atası həbs edildi
Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd
07.11.2026 358 Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü
İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"
10.11.2026 345 Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm
06.11.2026 493 "Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10.11.2026 272 Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri
01.11.2026 684 111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı
Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar
08.11.2026 331