Dayısı qızının evində usta işləyən kişi onun azyaşlı qızına təcavüz etdi
Yevlax şəhərində 1988-ci il təvəllüdlü Kamal usta işlədiyi evin yetkinlik yaşına çatmayan qızı Kəmaləyə (adlar şərti verilib – red.) təcavüz edib.
Teleqraf.com-un məlumatına görə, Kamal 2016-cı il iyun ayının ortalarında istintaqla müəyyən edilməyən gündə günorta saatlarında Səliməyə məxsus evin həyətində usta işləyərkən həmin evdə yaşayan 2006-cı il təvəllüdlü Kəmalənin köməksiz vəziyyətindən istifadə edib.
Evin birinci mərtəbəsindəki otaqda Kəmalə ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.
Ustadan seksual hərəkət
Kamal Səlimənin evində usta kimi işinin davam etdirən zaman yenə də onun qızına qarşı iyrənc hərəkətlərini davam etdirib. İyul ayın sonlarında işdən sonra alətlərini aparmağa gələrkən yenə də Kəmalənin evdə tək olduğunu görüb. O, bundan istifadə edərək Kəmalə ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.
Bundan əlavə, Kamal axşam saatlarında qohumu Mahmuda məxsus evə qonaq gəlib. Həmin evdə yaşayan 2006-cı il təvəllüdlü Sadiqlə qeyri-təbii yolla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Kamalın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər törətmək) və 29, 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər törətməyə cəhd) maddələri ilə ittiham elan edilib.
"Zor tətbiq etməmişəm"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamal ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, dayısı qızı Səlimənin evində usta işləyib: "Daha sonra Səlimədən qalıq 550 manat pulumu istədim. O da barəmdə polis şöbəsinə şikayət etdi. Polisdə təsir altında Səlimənin qızı Kəmalə ilə qeyri-təbii yola cinsi əlaqədə olmam barədə etrafedici ifadələr vermişəm.
Kəmaləyə, həmçinin digər zərərçəkmiş Sadiqə qarşı heç bir zor tətbiq etməmişəm. Onlarla cinsi əlaqədə olmamışam".
Məhkəmədə təqsirləndirilən şəxsin bu ifadəsi özünü müdafiə xarakterlin hesab edilib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunub.
"Məni hamama apardı"
Kamal istintaq zamanı verdiyi ifadəsində göstərib ki, dayısı qızı Səlimənin evində təmir işi apararkən qızı Kəmalə onun yanına gəlib: "Evin otağında Kəmaləni soyundurduqdan sonra ona qarşı əxlaqsız hərəkətlər etsəm də, nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Sadiqə qarşı isə heç bir seksual xarakterli hərəkətlər etməmişəm".
Cinayət işi üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, qohumları Kamal 2016-cı ilin iyun ayının ortalarında, dəqiq xatırlamadığı gündə günorta saatlarında evdə təmir işi apararkən onu yanına çağırib: "Mənə bir şey edəcəyini, amma bunu heç kimə deməməyi, əgər desəm, mənə kassa düzətməyəcəyini dedi. Mən heç bir şey başa düşmədim, razılaşdım.
Kamal məni evin birinci mərtəbəsinə, hamama apardı. Orada üzümü digər tərəfə, arxamı özünə tərəf çevirdi. Sonra mənə sakit durmağı tapşırdı. Mənimlə qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə oldu. Həmin vaxt ağrı hiss etsəm də, Kamalın mənə qarşı etdiyi hərəkətin mahiyyətini dərk etmədim".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2183 Tarix: 21 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:
07.11.2026 152 Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
00:11 128 ASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
07.11.2026 207 Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
07.11.2026 159 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video
44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri
07.11.2026 195 Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"
"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit
07.11.2026 163 Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
07.11.2026 172 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175 Deputatın həyat yoldaşı vəfat etdi
Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır
07.11.2026 122