Karantin rejimi uzadılır - Quru sərhədləri yaya kimi açılmayacaq
Azərbaycanda ötən ilin sonunda uzadılan xüsusi karantin rejiminin vaxtı martın 1-dək nəzərdə tutulub. Son günlər koronavirusa yoluxma hallarının sayının kəskin azalması fonunda karantin müddətinin yenidən artırılıb-artırılmayacağı məsələsi maraq doğurur. Eyni zamanda quru sərhədlərinin açılıb-açılmayacağı da geniş müzakirə predmetinə çevrilib.
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, qış aylarında karantin rejiminin aradan qaldırılması gözlənilmir.
"Epidemioloji vəziyyəti elan edən Ümumdünya Səhiyyə Təşkilatıdır və bu vəziyyətin nə vaxt sonlanacağını da onlar elan edəcək. Ancaq karantin rejiminin müddətinin uzadılması və ya qaydaların yumşalması kimi qərarları dövlətlər özləri verir" - deyə komitə sədri bildirib.
1218435
M.Quliyev vurğulayıb ki, dünya ölkələri üzrə yoluxmaların xüsusilə yaz mövsümündə artımı müşahidə olunur:
"Öncə onu demək lazımdır ki, Çində hələ də COVID-19 virusuna yoluxanların sayı çoxalır. Buna görə də indiki situasiyada Azərbaycanda karantin rejiminin ləğvi real deyil. Əgər yoluxanların sayı yay mövsümünə qədər çoxalmasa, bu qərarı yenidən nəzərdən keçirmək olar. Çünki qış və yaz mövsümlərində infeksiyalara tutulan insanların sayında artım müşahidə edilir. İndiki situasiyada karantin rejiminin ləğv olunması həqiqətə uyğun deyil".
Quru sərhədlərinin açılmasına dair təkliflərə gəlincə, komitə sədri hələlik bu barədə qərar verməyin tez olduğunu vurğulayıb:
"Quru sərhədlərinin açılması ilə bağlı qərar vermək üçün hələ tezdir. Hər ölkənin epidemioloji vəziyyəti nəzərdən keçirərək özünü müdafiə etmək metodları fərqlidir. Operativ Qərargahın qərarı yoluxmaların azalmasında xüsusi rol oynayır. Mən özüm də bu cür qərarların yayda nəzərdən keçirilməsinin tərəfdarıyam".
Xatırladaq ki, ötən ilin dekabr ayının 22-də Azərbaycanda xüsusi karantin rejiminin müddəti artırılıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 mart saat 06:00-dək uzadılıb.
Azərbaycanın quru sərhədləri isə 2020-ci ilin mart ayından bağlıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1341 Tarix: 21 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:
07.11.2026 152 Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
00:11 128 ASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
07.11.2026 207 Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
07.11.2026 159 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video
44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri
07.11.2026 195 Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"
"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit
07.11.2026 163 Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
07.11.2026 172 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175 Deputatın həyat yoldaşı vəfat etdi
Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır
07.11.2026 122