Xocalı faciəsi - insanlığa qarşı terror və vəhşilik

Xocalı faciəsi - insanlığa qarşı terror və vəhşilikÖtən əsrdə xalqımıza qarşı Erməni şovinistlərinin törətdiyi ən qanlı və faciəvi soyqırım hadisəsi olan Xocalı soyqırımından 31 il keçir. 1992-ci il  ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Bu soyqırım nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 76 nəfəri uşaq olmaqla 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.
Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi və digər tarixi və mədəni abidələr dağıdılıb. Qeyd edək ki, hazırda Xocalıdan olan məcburi köçkünlər ölkənin 50 şəhər və rayonunda müvəqqəti məskunlaşıblar.
Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə "Ana harayı" abidəsi önündə anım mərasimi keçirilir.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb.
Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən "Xocalıya Ədalət" kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. "Xocalıya ədalət" kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və 100 minlərlə şəxs və 115-dən çox təşkilat onun fəaliyyətini dəstəkləyir.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, "Dəmir yumruq" qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "Xocalı şəhidlərinin qanı yerdə qalmadı".
Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır. Bütün işlər başa çatandan sonra məcburi köçkünlərin, o cümlədən Xocalıların öz doğma torpaqlarına, evlərinə qayıdışı təmin ediləcəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 883   Tarix: 21 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"AzerGold" QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib

"AzerGold" QSC tərəfindən "Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması" layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim və mediatur təşkil olunub. Səhmdar Cəmiyyətinin fəaliyyətinin 10 illiyi çərçivəsində keçirilən tədbirdə ölkənin aparıcı onlay

04.08.2026 200
.

Prezidentdən Naim Cahidzadə ilə bağlı iki SƏRƏNCAM

Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikas

04.08.2026 244
.

Yeniyetməni telefondan uzaqlaşdırmağın 3 üsulu

"Bir də beş dəqiqə"! - demək olar ki, hər valideynin eşitdiyi bu cümlə axşamları evdə gərginliyə səbəb ola bilir. 12-17 yaşlı yeniyetmələrə qoyulan sərt qadağalar isə əksər hallarda etiraz və gizli müqavimətlə nəticələnir. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, qadağalarda

04.08.2026 225
.

Doğuş Xoşqədəmin qısqanclığından danışdı

Müğənni Doğuş həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızının qısqanclığı ilə bağlı zarafat edib. Axşam.az xəbər verir ki, sənətçi canlı yayım zamanı bu barədə danışıb. Doğuş bildirib ki, Xoşqədəm ona tez-tez görüntülü zəng edir:. "Yatıram, yatıram, birdən görüntülü zəng edib deyir ki, "Mən

04.08.2026 282
.

Dərmandan daha faydalı - Təzyiqi salmağa kömək edən içkilər

Yay istisi yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün əlavə risk yaradır. Mütəxəssislər bildirirlər ki, bəzi içkilər həm orqanizmi susuzlaşmadan qorumağa, həm də qan təzyiqini nəzarətdə saxlamağa kömək edə bilər. -ın xarici mediaya istinadən xəbərinə görə, dietoloqlar sağlam qan təzyiqini dəstəkləy

04.08.2026 178
.

Məşhur aktrisanın qeyri-adi ritualı: Duşda buzlu çay içir

Hollivudun sevilən aktrisalarından Zendaya son illərdə sağlam həyat tərzi sahəsində populyarlaşan buz vannası trendi ilə gündəmə gəlib. xarici KİV-ə istinadla xəbər verir ki, aktrisa soyuq su terapiyasını heç vaxt sevmədiyini bildirib. Onun sözlərinə görə, uzun və isti duşlar daha rahatladıcı təsir göstərir

04.08.2026 197
.

Mafiyanın hədəfində Ukraynada istifadə olunan dronlar var

İtaliya mafiyasının Ukraynada istifadə olunan dronları və digər müasir silahları qara bazardan əldə etməyə çalışdığı bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliya rəsmilərindən biri açıqlama verib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları artıq Balkanlar marşrutu ilə İtaliyay

04.08.2026 179
.

Kompüteri xərcsiz sürətləndirməyin YOLU

"Windows" əməliyyat sistemi ilə işləyən kompüterin performansını artırmaq üçün əlavə proqramlara ehtiyac yoxdur. "MakeUseOf" nəşri bunun üçün bir neçə sadə ayarın kifayət etdiyini bildirib. xəbər verir ki, mütəxəssislər ilk növbədə sistemin "Quraşdırılmış tətbiqlər" bölməsin

04.08.2026 182
.

Oğlundan ayrılan bloqeri canlı yayımda öldürdü: dəstə başçısı TUTULDU

Meksikada xüsusi təyinatlılar "Xalisko Yeni Nəsil" narkokartelinin yüksək vəzifəli üzvlərindən biri hesab olunan "R1" ləqəbli Ramon Anxel Alvares Ayalanı saxlayıblar. xarici mediaya istinadla xəbər verir ki, o, Xalisko ştatının Atotonilko-el-Alto şəhərində keçirilən əməliyyat zaman

04.08.2026 249
.

TOP MP3