8 il həbs yatdı, küçəyə çıxanda... - Rus qəbiristanlığında basdırılan azərbaycanlı qadın haqqında maraqlı faktlar

8 il həbs yatdı, küçəyə çıxanda... - Rus qəbiristanlığında basdırılan azərbaycanlı qadın haqqında maraqlı faktlarBiG.AZ Kulis.az-a istinadən 60-cı illərin dəb ikonası, musiqişünas Nərgiz Xəlilova haqqında on maraqlı faktı təqdim edir.

Nərgizin atası Ramazan Xəlilov Tbilisidə yaşayıb. O, avar knyazının oğlu olub. Jurnalistika üzrə təhsil alıb. 1930-cu ildə "Bakinskiy raboçiy" qəzetinin müxbiri kimi Leninqrada (Sankt-Peterburq) akkreditə edilib və orada da Nərgizin gələcək anası əslən Belorusiyadan olan Elvira ilə tanış olub ailə qurublar. Onlar 20 il bir yerdə yaşayıb.

***

Nərgiz Xəlilova Leninqradda doğulub. Böyük Vətən Müharibəsi bitdikdən sonra, Nərgiz anası ilə birlikdə atasının yaşadığı Bakıya gəlir və onlar bəstəkar Üzeyir Hacıbəyovun evində məskunlaşırlar. Nərgizin ata nənəsi Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin həyat yoldaşlarının bacısı idi. Üzeyir Hacıbəyov və onun həyat yoldaşı Məleykə Hacıbəyli Nərgiz Xəlilovanın ilk musiqi müəllimləri idi. Üzeyir Hacıbəyov dəfn olunanda orta məktəb şagirdi olan Nərgiz Xəlilova onu məzarı başında fəxri qarovul dəstəsində dayananlardan biri olub. Bu kadr hətta "Üzeyir ömrü" filmində də yer alıb.

Nərgiz qayğısız uşaqlıq illəri yaşayıb. İsti ailə münasibəti, diqqəti ilə əhatə olunsa da, çox keçmir xəstəliyindən əziyyət çəkən anası Elvira xanım dünyasını dəyişir. Həyat yoldaşı öləndən sonra Nərgizin atası dərin depressiyaya düşür. Lakin bir müddət keçəndən sonra o, yenidən ailə həyatı qurur. Deyilənə görə Nərgiz o qədər gözəl imiş ki, o, küçəyə çıxan zaman avtomobil qəzaları baş verirmiş.

***

Nərgiz çox hörmətli bir ailədən olan yaraşıqlı gənc mühəndis Məlik Axundovla tanış olur. Onun anası tibb elmləri doktoru, atası isə səhiyyə naziri idi. Nərgiz Məliklə evlənir. Lakin bu evliliyin ömrü qısa olur. Bir neçə il sonra Nərgiz və Məlik ayrılırlar. Səbəb kimi isə Nərgiz xarakterlərin uyuşmazlığını, ortaq maraqların olmamasını və həyat yoldaşının əsassız qısqanclıqlarını göstərir. Boşanandan sonra Nərgiz ata evinə qayıdır.

O, təkcə gözəlliyi ilə deyil, həm də stili ilə diqqət cəlb edir. Müslüm Maqomayev ona xaricdən dəbə uyğun geyimlər gətirir. Bakıda şalvarlı kostyumu ilk dəfə Nərgiz geyinir.

***

Bir dəfə o, qardaşının ortağı Slavik Aqaranovla tanış olur. O varlı tat yəhudilərindən birinin oğlu idi. Slavik Nərgizi dəlicəsinə sevir və onlar vətəndaş nikahında yaşayırlar. Daha sonra cütlük Moskvaya köçmək qərarına gəlir. Orada sevgilisi Slavik valyuta tacirləri qrupuna qoşulur. Əcnəbilərlə tanış olur, onların dillərini öyrənir, rublu sərfəli qiymətlə valyutaya çevirir, həmçinin Bakıya dəbli və tapılmayan malları gətirərək hədsiz baha qiymətə satır. Əvvəlcə o tək işləyir. Sonra dəstə şəklində işləməyə başlayılar və qızıl alıb xaricə satırlar. Qohumlarından heç biri Nərgizin Moskvada nə işlə məşğul olduğunu bilmir. Nərgiz onlara deyir ki, Moskvada dissertasiya üçün material toplayır və onun üzərində işləyir. Slavik isə Beynəlxalq Münasibətlər İnstitutunda oxuyur. Günlərin birində isə onlar şübhəli şəxs kimi saxlanırlar, Bakıdakı mənzillərində olan hər şeyi müsadirə olunur. Axtarış zamanı Nərgiz Xəlilovanın mənzilindən Boris Pasternakın "Doktor Jivaqo", Anna Axmatovanın "Rekviyem", Aleksandr Soljenitsının "İlk dairədə", Vladimir Nabokovun xaricdə nəşr olunmuş üç kitabını tapırlar.

Nərgiz Xəlilova valyuta cinayətində ittiham olunur və səkkiz il həbs cəzasına məhkum edilir. O, ilk yarım ili Rusiyanın Lefortovo həbsxanasında, beş ili isə Bakıdakı ümumi rejimli qadın kolonunda cəza çəkir. Nərgiz dəstə üzvlərinin sadəcə adını bilir. Amma SSRİ hakimiyyəti onu onlarla əlaqədə günahlandırır. KQB-inin müstəntiqi evli və iki qızı olan İsaak Qerşveld Nərgizi həbsxanaya düşməzdən əvvəl tanıyırmış və ona gizlicə aşiq imiş. Nərgiz azadlığa çıxan gün o, Nərgizə ürəyini açıb və ona aşiq olduğunu qeyd edir. Nərgiz Qerşveldə təklifinə razılıq verib ona ərə gedir. Onunla 16 il bir yerdə yaşayır. Onlar nikaha girəndən sonra Qerşveld bir daha sistemdə işləmək hüququndan məhrum edilməklə tutduğu vəzifədən azad olunur. Nərgiz Qerşveldlə ailə qurduqdan sonra yenidən Moskvaya köçür. Qerşveld Moskvada tipoqrafiya açır. Nərgiz həbsdən çıxandan sonra onun keçmiş sevgilisi Slavik Aqaranov ona yanına qayıtması üçün yalvarsa da, Nərgiz bundan imtina edir.

***

Nərgiz Xəlilova fəal işgüzar həyat yaşayıb. O, həm də dünyəvi bir qadın olaraq Azərbaycan Milli İncəsənət Muzeyində çalışıb, xeyriyyə işləri görüb, Üzeyir Hacıbəyov fondunu zənginləşdirib, gənc musiqiçilərə və digər mədəniyyət xadimlərinə sərmayə qoyurdu. Tez-tez baş rolları Lyüdmila Duxovnaya və Murad Yegizarovun oynadığı Rus Dram Teatrını ziyarət edir, təkcə Bakıda deyil, Moskvada müxtəlif sərgilərə və tədbirlərə qatılır. 1998-ci ildə Nərgizin atası Üzeyir Hacıbəylinin ev-muzeyi direktoru vəfat edir. Onun ölümündən sonra Nərgiz vəzifəni öz üzərinə götürür. O, muzeyin yenidən qurulmasını planlaşdırır.

1990-cı illərin sonlarında Nərgiz özünü pis hiss etməyə başlayır. Halsızlıq, tez yorulma onu əldən salır. Həkimlər səhvən ona ağciyərlər soyuqlaması diaqnozunu qoyurlar. Nərgizi güclü antibiotiklərlə müalicə etməyə başlasalar da, vəziyyəti getdikcə daha da pisləşməyə başlayır. 1998-ci ildə qardaşı Rüfət Nərgizi Moskvaya aparır. Orada onu yoxlanmaq üçün Gertsen adına Onkologiya İnstitutuna yerləşdirirlər. İnstitutuda Nərgizə leykoz diaqnozunu qoyulur. Heç vaxt övlad sahibi olmayan Nərgiz Xəlilova vəfat edəndə onu sink tabutda Bakıya gətirdilər. Hava limanında çoxlu sayda tanış və tanış olmayan adamlar toplaşır. O, Bakıda yerləşən rus qəbiristanlığında dəfn olunur.

***

Deyilənə görə, Nərgiz 17 yaşı olanda Bakının sabiq meri olmuş Ə. Ləmbəranskinin sevgilisi olub. 1961-cı ildə Əliş Ləmbəranski onun şərəfinə Bakının Fəvvarələr meydanında "Nərgiz" kafesini ucaldıb, həm də Parisdə restoran və Nyu-Yorkda iki mağaza adlandırılıb.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1157   Tarix: 19 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.