Son zamanların dəbi: Elektron siqaretlər zərərlidir, ya yox? – ARAŞDIRMA

Son zamanların dəbi: Elektron siqaretlər zərərlidir, ya yox? – ARAŞDIRMASon zamanlar insanların əlində tez-tez balaca bir aparat görürük. Soruşanda elektron siqaret olduğunu deyirlər. Çəkənlərin fikrincə, bu aparat adi siqaretdən ziyansızdır və ondan siqareti tərgitmək üçün istifadə edirlər. Lakin son zamanlar yayılan məlumatlara görə, bu aparatlar heç də təhlükəsiz deyil. Hətta onların insanların əlində partlaması ilə bağlı da məlumatlar var. Bəs, əslində, elektron siqaret nədir? Həqiqətən də, deyildiyi qədər zərərsizdirmi?

Elektron siqaret mağazasında satıcı işləyən Nazim Məcidli "Kaspi"yə açıqlamasında dedi ki, elektron siqareti adi siqaretdən içindəki maddələr, ziyanları fərqləndirir: "Hazırda satılan siqaretlərin içində karbonmonoksid, qətran kimi kimyəvi maddələr və s. maddələr var. Elektron siqaretin içində isə pambıq, onun da tərkibində yağ olur. Yağın tərkibi 3 hissədən ibarətdir: Glikol, gliserin və duzlu nikotin. Gliserin tüstünün çıxmağına kömək edir. Glikol isə ətirlə nikotinin qarışmağına səbəb olur. Duzlu nikotin qana tez qarışır. Tez təsir etdiyinə görə insanın siqaret çəkmək istəyini ertələyir. Elektron siqaret içindəki spiral batareyanın köməyi ilə isinir".

Satıcı elektron siqaretlərin partlama riskindən danışarkən bildirdi ki, buna səbəb düzgün istifadə edilməməsidir: "Tək istifadəlik siqaretləri enerjiyə qoyurlar ki, daha çox istifadə etsinlər. Amma, əslində, onlar adapterlə doldurulmamalıdır. Elektron siqaret adapterdə olarkən partlaya bilər. Çünki mexanizm elə quraşdırılmayıb. Zavod istehsalı olanlar daha uzunömürlüdür və partlama baş verməsi qeydə alınmayıb".

N.Məcidli qeyd etdi ki, əslində, real həyatda nikotin maddəsi hər kəsə lazımdır: "Siqaret çəkməyən insanın da gündəlik istifadəsində nikotin var. Amma hamının müəyyən dozası mövcuddur. Siqaret çəkməyən insanın gündəlik nikotin dozası daha az olur. Siqaret çəkən bədənini nikotinə öyrəşdiribsə, gündəlik dozasını qəbul etməlidir ki, beyindəki bəzi vitaminlər ifraz olunsun və özünü rahat hiss etsin".

Satıcı elektron siqaretdən özünün də istifadə etdiyini və bunun fərqli bir istək olduğunu bildirdi: "Siqaret nəfəsimizin valını və həcmini çox daraldır. Elektron siqaret isə daha az təsir göstərir. Müsbət cəhəti iqtisadi baxımdan sərfəli olmasıdır. Həm də siqaret dişləri saraldır, ağızda bərbad bir qoxu yaradır, ətrafa bərbad iy saçır ki, bu siqaret çəkməyən insanların xoşuna gəlmir. Amma elektron siqaretin qoxusu normaldır, dişlərə də elə pis təsir etmir. Təbii ki, elektron siqaret də xeyirli deyil. Amma bir insan siqareti tərgitmək istəyirsə, elektron siqaret məsləhətdir. Çünki adi siqaretlə müqayisədə ziyanı daha azdır".

Pulmonoloq Əsəd Beydullayev isə dedi ki, elektron siqaretlər sadəcə siqareti tərgitmək istəyənlər üçün yaradılmış yeni bir məhsuldur: "2006-cı ildən etibarən meydana gələn elektron siqaretlər, əsasən, iki cür - nikotinli və nikotinsiz olur. Məntiqlə, ciddi bir fərq yoxdur. Hansı insanlar ki, siqaret çəkir və atmağı düşünür, sağlamlığa daha az zərər verəcək alternativ axtarırlar. Elektron siqaret məhz həmin insanları əldə etmək üçün kəşf olunub. Siqaretdən faydalıdır, daha az ziyanı var? Bunu indi üçün demək qeyri-mümkündür. Çünki elektron siqaretlər yeni dövriyyəyə çıxdığı üçün ortaya çıxmış xəstəliklərin araşdırılması elə ciddi aparılmayıb. Ənənəvi siqaret barədə isə yüz illərdir araşdırmalar gedir. Hansı xəstəlikləri yaratdığını da, müalicəsini də bilirik".

Həkimin fikrincə, insanların elektron siqareti zərərsiz hesab etməsi çox yanlışdır: "Elektron siqaretlərin daxilində qızdırıcı vasitəsilə buxar halına gətirilən nikotin, xüsusi bitki yağları var. Hansı ki, buxar halına gəlib tənəffüs yollarına gedir və insan bunu tüstü olaraq qəbul edir. Elektron siqaretin zərərli tərəfləri heç də siqaretdən az deyil. Onun tərkibindəki nikotin siqareti əvəz edir, amma asılılığı aradan qaldırmır. Asılı adam yenə də çəkməyə davam edir və atdığı zaman eyni hissləri yaşayır. Yağı qızdıqda meydana gələn zərərli maddələr tənəffüs yollarının divarlarına eyni, bəlkə, daha da ağır təsir edir".

Ə.Beydullayevin sözlərinə görə, elektron siqaretin yaratdığı xəstəliklər barədə artıq ilkin araşdırmalar aparılıb: "Araşdırmalar zamanı onların ürək üzərində ciddi təsirləri meydana çıxıb. Ürək döyüntülərini artırdığı, infarkta səbəb olduğu, təzyiqi yüksəltdiyi müşahidə edilib. Elektron siqaretlərin onkoloji xəstəliklər yaratmaq riski də var. İnsanın tənəffüs sistemi çox zərif olduğuna görə yad maddələrdən qorunmalıdır. Ocaq tüstüsü, sulu qəlyan, elektron siqaret - bunlar hamısı insan tənəffüsü üçün zərərlidir və bunlardan mümkün olduğu qədər uzaq durulmalıdır. Elektron siqaretlərin diş ətinə və dişə təsiri adi siqaretdən az deyil. Bəzi xanımlar elektron siqaretdən istifadə edib düşünürlər ki, daha az zərər görəcəklər. Amma, təəssüf ki, belə deyil. İstər adi siqaret, istərsə də elektron siqaret təsirini dərhal göstərmir. Cavan biri çəkir və deyir, 5 ildir heç bir problemim yoxdur. Bu, yanlış yanaşmadır. Çünki ziyanlar ortaya çıxmağa başlayanda artıq gec olur".

Həkim sonda məsləhət gördü ki, mümkün olduğu qədər tərkibində tüstü, nikotin, bilmədikləri maddələr olan vasitələrdən uzaq dursunlar.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1080   Tarix: 19 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 556
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1658
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 395
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 358
.

Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü

İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"

10.11.2026 345
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 493
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10.11.2026 272
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 684
.

111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı

Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar

08.11.2026 331
.