Xəzər dənizində Azərbaycan sərhədini pozan şəxs qayığı gözətçi gəmisinə çırpıb, xəsarət alan var
Xəzər dənizində Azərbaycan sərhədini pozan şəxs qayığı gözətçi gəmisinə çırpıb, xəsarət alan var.
Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanın dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Fevral ayının 17-də saat 23:40-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Pirallahı istiqamətində Neft Daşlarına doğru sürətlə hərəkət edən 1 (bir) ədəd naməlum hədəf müşahidə edilib və dərhal sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib.
Sərhəd gözətçi gəmisi tərəfindən ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində Neft Daşlarının şimal-qərbində estakadaların arasında 1 (bir) nəfərin qayığın bortunda olan bağlamaları estakadanın üzərində olan naməlum şəxsə ip vasitəsilə ötürülməsi və estakadanın arasından çıxaraq sürətlə hərəkətini Cilov adası istiqamətində davam etdirməsi müşahidə olunub.
Azərbaycanın ərazi sularında üzmə qaydalarını pozaraq gecə vaxtı strateji əhəmiyyətli infrakstrukturun təhlükəsizlik zonasına daxil olmuş qayığı idarə edən naməlum şəxs sərhədçilərin qanuni dayan tələblərinə məhəl qoymayaraq idarə etdiyi qayığı təqibdən yayınmaq məqsədilə sərhəd gözətçi gəmisinin ön sol bortuna vurub. Daha sonra sahilə doğru hərəkətini davam edərkən idarəetməni itirərək adanın cənub-şərqində olan estakadaya çırpılmış və qayığı idarə edən şəxs baş nahiyəsindən xəsarət alıb.
Sərhəd gözətçi gəmisinin heyəti tərəfindən PR-2077 bort №-li, taxta tipli, yamaha-55 və yamaha-75 mühərrikli qayığın heyət üzvü 02.11.1991-ci il təvəllüdlü Pirallahı rayon, Pirallahı qəsəbə sakini Panfilov Roman Viktoroviç saxlanılaraq gəminin bortuna gətirilib, ilkin tibbi yardım göstərildikdən sonra sahilə çıxarılaraq Cilov adasında yerləşən Xəstəxanaya yerləşdirilib.
Fakt üzrə araşdırma tədbiri davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 901 Tarix: 18 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAraz Ağalarovun xanımının milyonluq zinət əşyaları gündəm oldu
Rusiya mətbuatı iş adamı Araz Ağalarovun həyat yoldaşı Alyona Ağalarovanın bahalı zinət əşyalarından yazıb. Axşam.az xəbər verir ki, xarici KİV-də yer alan məlumata görə, Alyona Ağalarovanın taxdığı məşhur brendlərə məxsus zinət əşyalarının qiyməti diqqət çəkib. Belə ki, onun "Cartier" brendin
04.08.2026 599 Bu il Günəş son dəfə tutulacaq
2026-cı ilin ikinci və son Günəş tutulması avqustun 12-də baş verəcək. Bu tutulma, tam Günəş tutulması olacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanı
04.08.2026 153 Cərimələrin icra edilməməsi hansı hallarda həbsə səbəb olur?
"İnzibati cərimə və ya ictimai işlər növündə inzibati tənbehin icra edilməməsi İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsi ilə məsuliyyət yaradır". Bunu BİG.Az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, qanunvericiliyə əsasən, inzibati cərimə növünd
04.08.2026 229 "AzerGold" QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
"AzerGold" QSC tərəfindən "Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması" layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim və mediatur təşkil olunub. Səhmdar Cəmiyyətinin fəaliyyətinin 10 illiyi çərçivəsində keçirilən tədbirdə ölkənin aparıcı onlay
04.08.2026 200 "Dream Fest" festivalına qanunsuz girən həbs olundu
"Dream Fest 2026" festivalına qanunsuz daxil olmaq istəyən həbs edilib. -ın xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "See Breeze" istirahət mərkəzində baş verib. 20 yaşlı Murad Abdinov (şərti adla) həmin ərazidə keçirilən "Dream Fest"
04.08.2026 215 Metronun əvəzinə bu avtobuslar işləyəcək - Gedişhaqqı 60 qəpik-Video
Avqustun 15-dən "Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çəçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məluma
04.08.2026 323 19 yaşlı hokkeyçi sevgilisi ilə görüş zamanı öldü
19 yaşlı rusiyalı hokkeyçi Amir Xanov Ufada görüş zamanı vəfat edib. -ın xarici mediaya istinadən məlumatına görə, gənc idmançı sevgilisi ilə birlikdə qatıldığı modelləşdirmə seminarı zamanı huşunu itirib. O, daha sonra dünyasını dəyişib. Ölümün dəqiq səbəbi hələlik açıqlanmayıb. Xanov 2017-ci ildə
04.08.2026 242 Şahbuzda 3 ballıq zəlzələ oldu
Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 11:54-də baş verən zəlzələnin maqnitudası 3 olub. Yeraltı təkanlar 7 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədə
04.08.2026 188 Efesdə 1000 ildən çox gizli qalan körpə məzarı tapıldı - Sirri nədir?
Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Arxeologiya İnstitutunun tədqiqatçıları qədim Efes şəhərində, dünyanın yeddi möcüzəsindən biri hesab edilən Artemida məbədinin yaxınlığında diqqətçəkən arxeoloji tapıntıya imza atıblar. Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Childhood i
04.08.2026 172