Zəlzələ turizm sektoruna necə təsir edəcək?
Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə baş verən zəlzələlər Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirilir.
Türkiyədə baş verən zəlzələlərin turizmə ciddi şəkildə təsiri ilə bağlı fikirlər səslənir. Hadisənin miqyasının böyüklüyünü nəzərə alsaq qaçılmazdır.
Bəs görəsən, Türkiyədəki zəlzələ turizmə təsir göstərəcəkmi? Türkiyəni seçənlər indi diqqətlərini Azərbaycana yönəldə bilərlərmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurovun sözlərinə görə, Türkiyə ötən il rekord sayda turist qəbul edib:
"Türkiyə turizm ölkəsidir. Ən çox turist qəbul edən 10 ölkə arasındadır. Ötən il ilk 5-likdə idi. 2022-ci ildə Türkiyə rekord sayda turist qəbul edib. Pandemiyadan öncəki rekordunu təzələdi. 56 milyon turist qəbul etdi. 2023-cü il üçün hədəf 60 milyon idi".
Ekspert qeyd edib ki, zəlzələ turizm sektorundan da təsirsiz ötüşməyəcək:
"Zəlzələdən əziyyət çəkənlərin əksəriyyəti Antalyada hotel və yataqxanalara yerləşdirilib. Antalya hər il 12 milyon turist qəbul edirdi. Daha çox yataq sayı olduğuna görə, zəlzələdən zərərçəkənlər ora yerləşdirildi. Miqyas böyükdür. Bu Türkiyənin turizm sektoruna təsir edəcək.
Zəlzələ insanların qərarlarına da təsir edəcək. Türkiyənin hətta zəlzələ baş verməyən ərazisinə səhayət etməyi düşünənlər də rezervasiyalarını təxirə salacaqlar. İstənilən halda turizm özünü daha tez bərpa edən, tez çıxış yolu tapan sektordur. Aprel ayının əvvəlində təxirə salınan Emid sərgisi təşkil ediləcək. Bu onu göstərir ki, sənaye dayanmayıb. Qısa şəkildə bərpa olunacaq. Tezliklə turizm bərpa ediləcək. Antalyada zərərçəkənlərin yerləşdirilməsinə baxmayaraq, mövsümlə əlaqədar tədbirlər görüləcək ki, turizmə təsir etməsin. Lakin rekordu təzələyəcəkləri məlum deyil".
C.Aşurov əlavə edib ki, Azərbaycan turizm ölkəsi olaraq çox kiçikdir:
"Türkiyə ilə müqayisə oluna bilməz. Türkiyəyə gedən böyük, bizə qonşu və yaxın olan ölkələrin Azərbaycanı seçmək imkanları da Azərbaycanın sərhədlərinin açıqlığı və ölkə olaraq turistlərin əlçatanlığı ilə bağlı olacaq. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsi bitməyib. İnsanlar müharibədən əziyyət çəkirlər. Dünyada qlobal turistlərin sayına ciddi təsir göstərəcək.
Azərbaycan 2022-ci ilin nəticələrinə görə, pandemiyadan sonra turizmin 50 faizini bərpa edə bilib. 1,6 milyon xarici vətəndaş Azərbaycana gəlib. 2023-cü ildə bir qədər daha çox xarici vətəndaşların qəbulu həyata keçiriləcək. Təhlükəsizlik və sabitlik önəmlidir. Ümid edirik ki, Azərbaycan turizmində müsbət tendensiyalar müşahidə edə biləcəyik".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 858 Tarix: 15 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin
Xalçalara hopan arzuolunmaz qoxuları kənarlaşdırmaq üçün bahalı təmizlik vasitələrinə ehtiyac yoxdur. Mətbəxdə olan sadə bir ərzaq - çay sodası xüsusilə yemek və ev heyvanlarından yaranan yüngül qoxuları azalda bilir. xəbər verir ki, tətbiqdən əvvəl xalça səthinin tamamilə quru olduğuna əmin olun. Sod
01.11.2026 453 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1577 Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal
06.11.2026 409 Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili
01.11.2026 458 Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
Payız və qış aylarında düzgün qidalanma immun sisteminin fəaliyyətini dəstəkləyə bilər. Diyetoloq Polin Koks soyuqdəymə və qrip riskini azaltmaq üçün gündəlik rasiona daxil edilməli qidaları açıqlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, mütəxəssisin sözlərini "Deyli Mirror" nəşri yayıb. Diyetolo
31.10.2026 427 Qaralmış gümüşü ovmadan təmizləyən üsul
Gümüşlərin zaman keçdikcə matlaşaraq qaralması çirk deyil, havadakı kükürd molekulları ilə təmas nəticəsində səthdə gümüş sulfid təbəqəsinin yaranmasıdır. Gümüşü bezlə və ya kimyəvi maddələrlə ovub təmizləmək metalı cızır və nazildir, elektrokimyəvi reaksiya fiziki sürtünmə olmadan qaralmanı saniyələ
01.11.2026 462 Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb
Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər
01.11.2026 477 Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər
Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır
01.11.2026 681 Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
ABŞ-də aparılan yeni elmi araşdırma 65 yaş və yuxarı şəxslərdə tez-tez, qeyri-iradi və qısamüddətli gündüz yuxularının demans və yaddaş problemləri riski ilə əlaqəli olduğunu üzə çıxarıb. "Qafqazinfo" xəbər verir ki, "The Journals of Gerontology: Series A" jurnalında dərc olunan tədqiqa
05.11.2026 414