Marketlərdə bu torbaların qiyməti aşağı salınmalıdır - AÇIQLAMA

Marketlərdə bu torbaların qiyməti aşağı salınmalıdır - AÇIQLAMAXəbər verdiyimiz kimi, artıq bu gündən etibarən Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbalar ödənişli olacaq. Belə ki, torbaların müştərilərə ödənişli qaydada təqdim edilməsi ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədi daşıyır . Artıq bu gündən market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli təqdim edilir.

Bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxları ekoloji müdafiəni dəstəkləyərək bu addımı müsbət qarşılayıb. Bəziləri isə etiraz edərək bunu əhaliyə maddi ziyyan kimi qiymətləndirib.

Mövzu ilə bağlı iqtisadçı ekspert Azər Mehdiyev BiG.AZ-a açıqlamasında bildirib ki, politelien torbaların ödənişli olması insanları əlavə torba almaqdan çəkindirir, onların istifadə həcmi azalır:

"Polietilen torbaların istehsalı yaxud ölkəyə gətirilməsi mütləq marketlərə xərclə başa gəlir. Yəni pulla alınırdı və onları bu pulu sadəcə olaraq mağazalarda satılan məhsullların qiymətində bu və ya digər formada çıxarırlar. Ancaq biz bir şeyi görürük ki, faktiki olaraq dolayısı ilə bunu ödəyirdilər. İndiyə qədər insanlar bunu pulsuz aldıqlarını düşünürdülər. Bir çox hallarda görürük ki, insanlar o torbalardan həddindən artıq istifadə edirlər. Şəhər, kənd və bütün yerlərdə baxırıq ki, ətrafı o cür torbalar bürüyüb və natəmizlik yaranır. Bunlar da həm insan, həm də ekoloji sağlamlığa təsir edir. Bu da dünya təcrübəsində istifadə olunan bir haldır ki, politelien torbaların ödənişli olması dəyəri olmasa da, hər halda insanları əlavə torba almaqdan çəkindirir, onların istifadə həcmi azalır".

Ekspertin sözlərinə görə, ekoloji təmiz torbaların qiymətinin daha aşağı salmaq lazımdır ki, onların əhali tərəfindən alınmasını stimullaşdırsın:

"Mən əminəm ki, bu addım da buna gətirib çıxara bilər ki, ən azı o torbalardan istifadə həcmi azalsın. Bu, dünya təcrübəsində qəbul olunmuş bir şeydir. Bu baxımdan ümid edək ki, doğrudan da bu addımın bir faydası olacaq. Ancaq bu addım da kifayyət deyil. Məncə, burada müəyyən ekoloji maarifləndirmə ilə yanaşı, öz-özlüyündə maarifləndirmə, əgər onun arxasında ciddi işlər dayanmırsa bir nəticə verə bilmir. Məncə daha önəmli olan bir məsələ ekoloji təmiz torbalardan istifadənin stimullaşdırılmasıdır. Son zamanlar bəzi mağazalarda ekoloji təmiz torbalar olur. Lakin onların qiyməti digərlərindən fərqli olaraq bir qədər bahadır. Ona görə də, əsas məsələ ekoloji təmiz torbaların daha ucuz olmasına diqqət yetirmək və insanları ekoloji təmiz torbalardan istifadəyə stimullaşdırmaqdır. Əvvəllər setka deyilən torbalar - zənbillər var idi. İndi də onlardan istifadəyə və daha geniş istifadə olunmasına şərait yaratmaq lazımdır. Özü də onlar çox və dəfələrlə istifadəyə yararlı olur. Yəni bu cür elementlərin stimullaşdırılmasına ehtiyac var ki, həqiqətən də polietilen torbalardan istifadə imkanı azaldılsın. Eyni zamanda mağazalarda insanların zibil atması üçün ekoloji torbalar var. Bu baxımdan da həmin o ekoloji təmiz torbaların qiymətinin daha aşağı salınaraq onların əhali tərəfindən alınmasının stimullaşdırılmasına ehtiyac var, nəinki polietilen torbaların pullu edilməsi.

Çünki 3 qəpik qiymət olaraq insanlara çox da böyük bir maddi təsir göstərmir. Bu addım dünyada qəbul edilmiş təcrübədir. Məncə, burada insanların maddi ziyana salınması məsələsini önə çəkmək lazım deyil. Ümid edək ki, bir müddətdən sonra monitorinq olacaq, yəni əvvəl və sonra. Bununla da pullu olmayana qədər dövrdə bu torbalardan istifadə vəziyyəti ilə ödənişli tətbiq olunduqdan sonra həmin torbaların istifadəsində nə qədər bir fərq yaranıb, bunun cəmiyyətdə açıqlaması olacaq.

Ekoloji təmiz torbalar, yəni tamamilə parça olmayan, polietilen torbalara oxşayan paketlər mağazalarda satılır. O yalnız parçadan ibarət olmur. Ancaq bəzən polietilen olmayan o cür paketlər də olur. Onlar biraz bahadır. Ona görə düşünürəm ki, bunların qiymətini qaldırmaqdansa, ekoloji təmiz paketlərin daha ucuz olmasına nail olmaq daha məqsədəuyğun olardı. Zibil tullanması üçün olan ekoloji təmiz torbaların daha ucuz olması lazımdır. Çünki bizdə onlar istehsal olunmur, xarici ölkələrdən gətirilir. Ona görə də baha başa gəlir. Halbuki o cür torbaların istehsal olunmasını ölkədə təşkil etmək mümkün olarsa və kütləvi istehsal daha ucuz başa gələrsə elə insanlar birdəfəlik o torbalardan ala bilər. Artıq mağazalarda alınan məhsulların daşınması üçün istifadə olunan torbaların həcmini azaltmaq olar".

Qeyd edək ki, polietilen torbaların qiyməti bazar prinsipləri əsasında 3-5 qəpik civarında təklif olunur.

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1777   Tarix: 15 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

07.11.2026 223
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

07.11.2026 171
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video

İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs

01:19 0
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı

07.11.2026 172
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.