Ana südü yeməyən uşaqlarda nevroz yaranır - Həkim
Son illər uşaqlarda nevroloji xəstəliklərin sayında artımla yanaşı, xəstəliklərin əlamətləri və gedişində dəyişikliklər də müşahidə olunur.
Bu, ekoloji gərginlik, stress faktorlarının artması və başqa ənənəvi səbəblərlə əlaqədardır. Eyni zamanda, təbabətin inkişafı uşaqlarda nevroloji xəstəliklərin vaxtında aşkar edilməsi və əksər hallarda səbəblərin dəqiq təyin olunmasına imkan verir.
"Medicina" xəbər verir ki, bunu professor Aytən Məmmədbəyli bildirib.
Onun sözlərinə görə, müasir müayinə üsullarından dəqiq radioloji (pozetron emission tomoqrafiya, maqnit rezonans tomoqrafiya və s.), elektroneyrofizioloji (elektroensefaloqrafiya, elektroneyromioqrafiya və s.), biokimyəvi və nəhayət, son illər ölkəmizdə tətbiq olunan genetik müayinələr vaxtında düzgün diaqnoz qoyulmasına imkan yaradır. Həmçinin hamiləliyin ilk aylarından başlayaraq mama-genekoloqun, uşaq doğulandan sonra neonatoloqun nəzarəti, uşağın gələcək inkişaf etaplarında isə sahə həkiminin məsləhəti ilə nevroloqun və lazım gəldikdə uşaq psixoloqunun cəlb olunması çox vacibdir: "Uşaqlarda nevroloji xəstəliklərin kökü hamiləlik dövrünə gedib çıxır. Müasir təbabətin tövsiyəsinə əsasən, nikahdan əvvəl gələcək ata və ana həm ailələrdə ola biləcək genetik xəstəliklər, həm də bəzən gizli keçən infeksiyalar (VİÇ infeksiya, sifilis, TORCH infeksiya və s.) üzrə yoxlanmalıdır.
Hamilə qadın mama-ginekoloqun nəzarətində olmalı və rast gəlinə bilinən somatik xəstəliklərin profilaktika və müalicəsi aparılmalıdır. Alkoqollu içkilər, nikotin, narkotiklər, ciddi ehtiyac olmadıqda dərman preparatları istifadə olunmamalıdır. Doğum mütləq tibbi müəssisədə, mümkün qədər fizioloji üsulla baş tutmalıdır. Keysəriyyə əməliyyatı və başqa yardımlar qeyri-fizioloji sayılır və uşağın gələcək inkişafında müəyyən problemlər yarada bilər. Uşağın qidalanmasında ana südü çox vacib rol oynayır. Kafedramızın əməkdaşlarının tədqiqatları göstərir ki, ana südündən məhrum olan uşaqlarda gələcəkdə nevrozun əmələ gəlmə ehtimalı yüksəlir".
Mütəxəssis bildirib ki, uşaqlarda nevroloji xəstəliklərin əlamətləri müəyyən yaş qruplarında müxtəlif olur və çox vaxt başqa xəstəlikləri xatırladır, yaxud onların nəticəsi olur:
"Məsələn, baş ağrıları uşaqlarda əksər hallarda başqa xəstəliklərin simptomudur. Müalicə başlamazdan əvvəl xəstəliyin mümkün qədər səbəbi araşdırılıb diaqnoz dəqiqləşdirilməlidir. Müasir müalicə arsenalı zəngindir. Bura həm dərman preparatları ilə müalicə, həm fizioterapevtik üsullar, həm psixoloji yardım, həm də xalq təbabəti üsulları daxildir. Tibb elminin inkişafı həm də bəzi anadangəlmə genetik xəstəliklərə müalicə yolu açır. Ölkəmizdə müasir avadanlıqlar ilə təchiz olunmuş uşaq reabilitasiya mərkəzləri var. Orada müalicə massajı, müalicə bədən tərbiyəsi, müəyyən xüsusi aparatlar və xüsusi elektrofizioloji üsullarla müalicə aparılır. Düşünürəm ki, gələcəkdə gen mühəndisliyi yolu ilə genetik xəstəliklər həyatın ilk dövrlərində aşkarlana və tam sağalma ilə nəticələnə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1014 Tarix: 15 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan
07.11.2026 223 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto
Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu
07.11.2026 171 Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
07.11.2026 159 İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs
01:19 0 Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed
00:27 99 "Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
07.11.2026 136 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175 İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı
07.11.2026 172 Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
00:07 100