Sevgililər günü haqqında bilmədiklərimiz: Hansı ölkələr 14 fevralı qeyd etmir?

Sevgililər günü haqqında bilmədiklərimiz: Hansı ölkələr 14 fevralı qeyd etmir?Sabah müqəddəs Valentin günüdür. Yəni Sevgililər günü... Belə ki, həmin gün bir çox ölkədə hər il fevralın 14-də qeyd olunan xüsusi bir gündür.

Bəs, bu gün necə yaranıb və nə vaxtdan qeyd edilir?

Lent.az xəbər verir ki, 14 fevral anlayışı ilk dəfə Qədim Romada yaranıb. Bu gün bütün romalılar üçün həm əhəmiyyətli, həm də müqəddəs gün hesab olunur. Belə ki, Roma Katolik Kilsəsinin inancına görə, bu gün San Valentin adlı bir din xadimi üçün elan edilmiş bayram günü olaraq ortaya çıxıb. Buna görə də bəzi ölkələrdə 14 fevral "Müqəddəs Valentin Günü" kimi qeyd edilir. Valentin sözü Qərb mədəniyyətində xoşlanılan insan və ya sevgili mənasında istifadə olunur.

Həmin dövrlərdə daha sonra 15 fevral günündə "Lupercalia" adlanan bayram başlayırdı. Bu bayram gənclər üçün çox vacib idi. Çünki həyatlarını məhdudlaşdırılmış qaydalar ilə yaşayan gənclər sadəcə bayram günləri ərzində bir-biriləri ilə partnyor olurdular. Onlar partnyorlarını püşkatma ilə müəyyən edirdilər. Belə ki, romalı qızlar adlarını kiçik kağızlara yazaraq qaba qoyurdular. Kişilər isə qabdan təsadüfi bir kağızı çəkərək üzərində hansı qızın adı yazılıbsa, həmin xanımla cinsi münasibətə girirdilər.

Sevgililər günü haqqında bilmədiklərimiz: Hansı ölkələr 14 fevralı qeyd etmir?Ancaq bir müddət sonra Roma imperiyasının imperatoru II Kladius bu bayramın əxlaq dəyərlərinə zidd olduğunu bildirərək onu ləğv edir. Hətta həmin ərəfələrdə evlilik qadağan olunur.

O zamanlar Romada rahib olan Valentin isə bu bayramı gizli şəkildə keçirməyə davam edir. Bunu öyrənən imperator Valentini zindana atdırır və qədim Roma təqviminin sonuncu ayı, eramızdan əvvəl 269-cu ilin 14 fevralında edam etdirir.

Əfsanələrə görə, o, zindanda olarkən öz yoldaşlarına, xüsusilə keşiş dostunun bacısı Mariusaya "Valentini unutma", "Səni sevirəm", "Valentinindən" imzalı məktublar göndərirdi. Onun homoseksual olması da iddialar arasındadır.

Sevgililər günü haqqında bilmədiklərimiz: Hansı ölkələr 14 fevralı qeyd etmir?Sevgililər Günü ilə bağlı bir neçə maraqlı fakt da var. Belə ki, hər il bu tarixdə təxminən 200 min nəfər evlilik təklifi edir. Dünya üzərində 50 milyondan çox qızılgül, 60 milyondan çox ürək formalı şokolad qutusu satılır. Onların satışından milyardlarla dollar qazanılır.

Məlumata görə, 55 faiz kişi bu gün üçün əvvəlcədən plan qurmur. 40 faizə yaxın insan isə bu bayrama nifrət edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanda Sevgililər Günü münasibətilə istifadə olunan bütün məhsulların satışı rəsmən qadağan edilib. Özbəkistan, Türkmənistan, Malayziya, İndoneziya, İran və Pakistan 14 fevralı qeyd etməyən ölkələrdir.

Sevgililər günü haqqında bilmədiklərimiz: Hansı ölkələr 14 fevralı qeyd etmir?St. Valentin və II Kladius


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2150   Tarix: 13 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 613
.

Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu

Axşam yeməyi hazırlayarkən dondurucudan çıxarılan qiymənin gec əriməsi mətbəxdə ən çox qarşılaşlan problemlərdəndir. Dondurulan ətin mərkəzinə istilik gec çatdığı üçün ərimə prosesi saatlar çəkir. Lakin dondurucuya qoymazdan əvvəl tətbiq ediləcək sadə bir üsulla bu müddəti dəqiqələrə endirmək mümkündür

01.11.2026 599
.

Sankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb

Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən

01.11.2026 441
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 409
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 177
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 582
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 166
.

Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb

Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın

01.11.2026 449
.

İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət

İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini

01.11.2026 561
.