Zəlzələyə görə Bakıda həyət evləri bahalaşıb?

Zəlzələyə görə Bakıda həyət evləri bahalaşıb?Türkiyədə minlərlə insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli zəlzələ Azərbaycanın əmlak bazarına da öz nəticəsini göstərir. Belə ki, faciəvi hadisədən sonra Bakıda hündürmərtəbəli bina evlərinin alqı-satqısında durğunluq yaranıb. Yeni tikililərin təhlükəli olduğunu düşünən insanların daha çox həyat evlərinə üstünlük verdikləri deyilir.

Alıcıların sözlərinə görə, əvvəlki günlərlə müqayisədə son bir həftə ərzində Bakıda həyət evlərinin qiymətində bahalaşma müşahidə olunur. Mənzil bazarına üz tutan vətəndaşlara qiymət artımının zəlzələ ilə əlaqədar olduğu deyilir.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, həyat evlərinə üstünlük verənlər olsa da, satışda artım qeydə alınmayıb.

"Həyat evlərini alanların sayında hələ çoxluq müşahidə edilmir. Ona görə də qiymət təzyiqi normadadır. Bu sahədə üstünlüyün olması üçün müəyyən müddət, təxminən bir-iki ay keçməlidir ki, biz onu hiss edə bilək. İnsanları bu istiqamətdə hansı qəraraların qəbul olunacağı maraqlandırır. Bazarda hələlik axın görünmür. Ümumilikdə əmlak bazarında passivlik var. Əvvəlki dövrə baxanda insanlar daha çox gözləmə mövqeyindədir. Ona görə də bazarda durğunluq hökm sürür. Müəyyən müddət lazımdır ki, son hadisələr unudulsun və potensial alıcılar yenidən bazara qayıda bilsinlər. Onu da qeyd edim ki, son günlər ərzində bina evlərini satıb, həyət evi almaq istəyənlərə rast gəlməmişik. Bu da onu göstərir ki, hələlik həyət evlərinə axın hiss olunmur", - deyə əmlak üzrə ekspert vurğulayıb.

Reiltorlar isə qeyd edirlər ki, son günlər alıcılar bina ilə yanaşı, həyət evləri ilə də maraqlanırlar, lakin satışda artım müşahidə edilmir.

"Bəzi əmlak sahibləri mövcud durumdan istifadə edərək, qiymətləri qaldıra bilərlər. Bu, istisna deyil. Ancaq bazarda durğunluq olduğundan alıcılar mənzil almağa tələsmirlər. Kimsə öz əmlakını baha qiymətə satışa çıxarırsa, bu, onun seçimidir. Son qərarı alıcı və əmlak sahibləri verir. Biz bu prosesə müdaxilə edə bilmirik. Ümumi vəziyyətə gəlincə, həyət evlərinin satışı əvvəlki günlərdəki kimidir, ciddi artım yoxdur", - deyə əlavə saxladığımız reiltorlar vurğulayıblar.(redaktor.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1664   Tarix: 12 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

00:10 133
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar

07.11.2026 172
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

00:31 97
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

07.11.2026 124
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

07.11.2026 194
.